Məhkəmə qərarları › İş №3(004)-1723/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1723/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1723/2024 03.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli və İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1723/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərarı ilə (hakim Rauf Daşdəmirov) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli, xx.xx.2024cü il tarixli İXP seriyalı ******* nömrəli və xx.xx.2023-cü il tarixli İXP seriyalı 17419252 nömrəli protokol üzrə barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, Şəxs barəsində 07 mart 2024-cü il tarixli İXP seriyalı ******* saylı protokol üzrə İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1723/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-924/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1723/2024 nömrəli, xx.xx.2024- cü il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmışdır. Şəxs xx.xx.2023-cü il tarixli EQ17456580 nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 50 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir ki, o, həmin inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilmiş cəriməni qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Şəxs xx.xx.2023-cü il tarixli EQ17464097 nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-in 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP6083072 nömrəli protokol tərtib edilmişdir ki, o, həmin inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilmiş cəriməni qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Şəxs xx.xx.2023-cü il tarixli EQ17973867 nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 50 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir ki, o, həmin inzibati tənbeh vermə qərarla müəyyən edilmiş cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Şəxs xx.xx.2023-cü il tarixli EQ17366104 nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 20 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir ki, o, həmin inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilmiş cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Şəxs xx.xx.2023-cü il tarixli EQ 17419252 nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 20 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir ki, o, həmin inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilmiş cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Şəxs xx.xx.2023-cü il tarixli EQ 17973896 nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-in 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 50 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir ki, o, həmin inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilmiş cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Buna görə də səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, cərimə qərarının qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 3 aylıq müddətin bitdiyi vaxtın səhərisi günü şəxsin əməlində İXM-nin 529.3-cü maddəsinin tərkibi yaranır və həmin gün İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın baş vermə gününün əvvəli hesab edilir. Bununla da İXM-nin 529.3-cü maddəsindəki inzibati xətanın baş vermə günündən hesablanmaqla inzibati məsuliyyətə cəlb etmə müddətinin axımının başlanması nəzərə alınaraq, bununla da yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik) törədilməsinin baş verdiyi vaxtdan hesablanmaqla, hazırkı vaxtda artıq İXM-nin 529.3-cü maddəsinə münasibətdə 04 aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 04 ay keçənədək verilə bilər. Həmçinin hazırkı İXM-nin 529.3-cü maddəsindəki inzibati xəta İXM-in 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilən inzibati xətalardan deyil. Cərimə qərarının qüvvəyə mindiyi vaxtdan 03 aylıq müddətin bitdiyi günün səhəri günü İXM-nin 529.3-cü maddəsindəki inzibati xətanın tərkibi yaranır. Bu zaman İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş protokol həmin səhəri gündən hesablanmaqla növbəti 04 ay müddətində tərtib edilə bilər. Bu sonuncu 04 ay müddət bitdikdən sonra, müddətin keçməsi ilə əlaqədar şəxsin barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Yəni, cərimə qərarının qüvvəyə mindiyi vaxtdan 07 ay keçdikdən sonra şəxs İXMnin 38.1-ci maddəsindəki inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar inzibati məsuliyyətdən azad edilir, ona görə də şəxsin barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati iş üzrə icraat başlana bilməz, protokol tərtib edilə bilməz. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Lakin göründüyü kimi hazırkı iş üzrə cərimə qərarının qüvvəyə mindiyi vaxtdan 07 aylıq müddət keçdiyindən, inzibati məsuliyyətdən azad olunmuş şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə qanunsuz olaraq protokol tərtib edilərək məhkəməyə material daxil olmuşdur. Bununla da şəxs inzibati məsuliyyətdən azad edildiyindən və artıq inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmadığından, həmin iş üzrə başlanmış icraata xitam verilməli olduğundan, həmçinin göstərilən əsaslar iş məhkəməyə daxil olanadək yarandığından, göstərilən əsasların yarandığı vaxtı iş hələ də səlahiyyətli orqanın icraatında olduğundan, səlahiyyətli orqan həmin iş üzrə icraata xitam verməli olduğu halda, buna əməl etməyib inzibati məsuliyyətdən azad edilmiş şəxs barədə materialları məhkəməyə göndərmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar