Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1724/2021 28.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X2 barəsində tərtib olunmuş Bakı şəhər DYPİ-nin inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə müraciətinə baxaraq, m ü ə y y ə n e t d i m: X2 barəsində tərtib olunmuş Bakı şəhər DYPİ-nin inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, X2 inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Halbuki, qanunvericiliyə əsasən, inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Həmin Məcəllənin 129-cu maddəsinin tələblərinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, qanunvericilikdə inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, X1 barəsində tərtib olunmuş Bakı şəhər DYPİ-nin inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə müraciəti Azərbaycan Respublikası İXMnin 128-ci və 129-cu maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: X1 barəsində tərtib olunmuş Bakı şəhər DYPİ-nin inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə müraciəti geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1724/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1724/2021
28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver