Məhkəmə qərarları › İş №3(004)-1731/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1731/2021

20.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1731/2021 20.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, şikayətçi "xxxx" MMC-nin direktoru X2 nümayəndəsi X1, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X7, "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin 17 iyul 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin 17 iyul 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, X8 02.06.2021-ci il tarixli ərizəsində göstərmişdir ki, "xxxx" MMC tərəfindən işə qəbul edilib və müqaviləsi hələ də, qüvvədədir. Hazırda iş yeri tərəfindən ona ərizə yazaraq işdən azad olunması tələb olunur. Əks halda iş yeri tərəfindən müqaviləyə xitam veriləcəyi bildirilir. O, öz istəyi ilə işdən azad olunmaq üçün ərizə yazmaq istəmədiyini bildirmişdir. Eyni zamanda Günər Muradov bildirmişdir ki, 01.05.2021-ci il tarixdən etibarən iş yerinə buraxılmır. Həmçinin işlədiyi müddət üzrə əmək haqqı da ödənilmir. O, müqaviləyə xitam veriləcəksə 01.05.2021-ci il tarixdən xitam verilməsini və bu məsələ ilə bağlı köməklik göstərilməsini xahiş edir. Araşdırma zamanı X4 əmək və məzuniyyət haqqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verildiyi aşkar olunmuşdur və bununla bağlı olaraq "xxxx" MMC-nin direktoru barəsində AR İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqına qərar qəbul edilmişdir. AR İXM-də göstərilir ki, İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslərin cərimə edilməsi nəzərdə tutulmuşdur (Maddə 192.4). Aşağıda göstərilən səbəblərə görə qərarı qanunsuz və əsassız hesab edir: "xxxx" MMC-nin 20/01 saylı 02.04.2021-ci il tarixli əmri ilə X8 işə qəbul olunmuş və ona maddi məsul şəxs kimi balans dəyəri 900 manat, həmin vaxt isə 700 manat dəyərində olan BLUBİRD PİDİON tipli 377 nömrəli ratsiya aparatının salamatlığını təmin etməyi öz üzərinə götürməklə göstərilən əmlakın saxlanılması üçün 02.04.2021-ci il tarixdə onunla Tam Maddi-məsuliyyət haqqında müqavilə bağlanmışdır. Bir müddət işləyəndən sonra 01.05.2021-ci il tarixdə AG şəhər ərazisində fəaliyyət göstərərkən bir qrup müharibə əlilləri ilə dava etmiş və ona görədə Xətai RPİ-də həmin faktla bağlı araşdırma aparılmış və tərəflər barışdıqları üçün cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra həmin hadisə ilə bağlı o, dəfələrlə MMC-yə dəvət edilmiş lakin heç bir əsas göstərmədən gəlməmişdir və MMC-yə məxsus BLUBİRD PİDİON tipli 377 nömrəli ratsiya aparatının qaytarmılması bildirilsə də, o, həmin cihazı müəssisəyə qaytarmamışdır. Ona görədə həmin cihazın dəyərinin onun əmək haqqından tutulmasına dair əmr verilmişdir. Sonradan cihazın qaytaracağına söz verdiyinə görə onun əmək haqqı tam olaraq ödənilərək cihazın qaytarılmasına möhlət verilmişdir. Eyni zamanda işə gəlmədiyinə görə Müəssisənin 55/02 saylı 03.06.2021-ci il tarixli əmrlə AR ƏM-nin 68-ci maddəsinin 2-hissəsinin a bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. AR Əmək Məcəlləsində göstərilir ki, İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir (Maddə 205, bənd 1). İşəgötürən işçinin razılığı ilə vurulan ziyanı ödəmək üçün möhlət verə bilər (Maddə 204, bənd 3). AR İXM-də göstərilir ki, İnzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir (Maddə 53.0.2). Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin 17 iyul 2021ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin nümayəndəsi H.M.Süleymanov şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi A.B.Əliyev şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin 17 iyul 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin rəisi X9 tərəfindən qəbul edilmiş 17 iyul 2021-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin işçisi olan X8 03 iyun 2021-ci il tarixdə işdən azad edilmiş və ona işəgötürən tərəfindən son-haqq hesab ödənilməmişdir. Bununla bağlı G.K.Muradov X6nə şikayət etmiş, əmək müfəttişliyində müvafiq araşdırılma aparılmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin rəisi H.T.Ədhəmov tərəfindən qəbul edilmiş 17 iyul 2021-ci il tarixli, MN ******* nömrəli qərara əsasən "xxxx" MMC-nin direktoru N.M.Qocayev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə, inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru N.M.Qocayev tərəfindən müəssisədə çalışan G.K.Muradovun əmək müqaviləsinə xitam verilərkən əmək haqqının (son haqq-hesab) ödənilməsində qanun pozuntusuna yol verilməsi faktı müəyyən edildiyindən qeyd olunan əməlin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tərkibinin yaratması iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görəinzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin 17 iyul 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan şikayətçi "xxxx" MMC-nin direktoru N.M.Qocayevin verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin 17 iyul 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar