Məhkəmə qərarları › İş №3(004)-1732/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1732/2022

18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1732/2022 18.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlunun sədrliyi, X2 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı səhəri, Yasamal rayonu, Mikayıl Müşfiq, ev 11/13, mənzil 16 olan «LM X1 ve İhracat Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı səhəri, Yasamal rayonu, Mikayıl Müşfiq, ev 11/13, mənzil 16 ünvanında qeydiyyatda olan “LM X1 ve İhracat Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 1 ədəd hesablavıcı maşınına və va şəbəkəyə qoşulma imkanı olan “Heidelberq” markalı ofset çap masını və 1 ədəd tikissiz bərkitmə maşınları yüklərini Bakı Bas Gömrük İdarəsində 22.02.2021-ci il tarixdə **********2659 və **********2661 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında bəyan edərək, 22.02.2022-ci il tarixədək 1 (bir) il müddətinə Böyük Britaniyadan Azərbaycan Respublikasına müvəqqəti olaraq gətirilmiş, lakin malın ölkə ərazisindən aparılma müddəti 22.02.2022-ci il tarix müəyyən edilsədə, adı qeyd olunan Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 1 ədəd hesablavıcı maşınına və va şəbəkəyə qoşulma imkanı olan “Heidelberq” markalı ofset çap maşını və 1 ədəd tikissiz bərkitmə maşınları yükü Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmamış, malların öhdəlik müddəti bitdikdən 10 (on) gün sonra 04.03.2022-ci il tarixdə **********5462 və **********5464 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilərək Sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilmişdir. Bununla da «LM X1 ve İhracat Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının İXM-in 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 15.03.2022-ci il tarixli, 00100-0515/22 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə (hüquqi şəxs) və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, «LM X1 ve İhracat Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 499.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və va nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və va bu əraziyə qaytarılmasına görə, yəni: on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması görə inzibati məsuliyyətə səbəb olur. «LM X1 ve İhracat Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla, 04.03.2022-ci il tarixli, 34/012/004733 saylı raport, 22.02.2021-ci il tarixli **********2659 və **********2661 sorğu nömrəli gömrük bəyannamələri, 34/013/005333 saylı 14.03.2022-ci il tarixli raport, VAİS-dən çıxarış ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «LM X1 ve İhracat Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı X3 Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinərək, 600 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar