Məhkəmə qərarları › İş №3(004)-1733/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1733/2024

10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1733/2024 10.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X5, X1 etibarnamə üzrə nümayəndəsi atası X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X6 Mərkəzi mühasibatlıq və təyinat filialının müdiri Şəxs və onun müdafiəçisi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X6 Mərkəzi mühasibatlıq və təyinat filialının müdiri (vəzifəli şəxs) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X6 Mərkəzi mühasibatlıq və təyinat filialının müdiri (vəzifəli şəxs) Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi ilə bağlı Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən inzibati xəta haqqında müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir.Həmin protokola əsasən məcburi iş buraxmaya görə tam ödəniş olunmur, icra sənədinin icrasından imtina olunaraq hazırda 14823 manat vəsait ödənilməmiş qalmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7798/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidən iddiaçı X8 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 07 iyun 2020-ci il tarixli, **********3 nömrəli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal rayon İcra şöbəsinin icra məmuru X9 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X6 Mərkəzi Mühasibatlıq və Təyinat filialının müvafiq vəzifəli şəxsi Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qeyd edilənləri nəzərə alaraq borclu hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X6 Mərkəzi Mühasibatlıq və Təyinat filialının müdiri (vəzifəli şəxs) Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkarın etibarnamə üzrə nümayəndəsi X4 inzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal rayon İcra şöbəsinin icra məmuru X9 tərtib etdiyi inzibati xəta haqqında protokolun təmin edilməsini və əlavə olaraq bildirmişdir ki, indiyədək ümumilikdə 2 dəfə olmaqla cəmi 7751 manat məbləğində ödəniş olunmuşdur. İcrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrası təmin edilmir və icra sənədinin icrasından qərəzli olaraq yayınmalarını nəzərə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X6 Mərkəzi Mühasibatlıq və Təyinat filialının rəhbəri Şəxs tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, hazırda tələbkara ödənilməli olan borc məbləği publik hüquqi şəxsin hesabında mövcud deyil və ödənişin icra edilməsi üçün müəyyən proseslərdən keçdikdən sonra mümkün olacaq. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olduqlarını nəzərə alıaraq bir başa və sərbəst olaraq öz vəsaitlərinin idarə edilməsi hüququna malik deyillər. Bu səbəbdən hal-hazırda qeyd olunan borc məbləğini ödənilməsini həyata keçirə bilmir lakin həmin borc məbləğinin ödənilməsindən yayınmadığını və müəyyən vaxtın veriləcəyi təqdirdə ödənişin icra olunması prosesinə başlayacaqlarını bildirdi. Qeyd olunanları nəzərə müəyyən vaxtın veriməsini və inzibati xəta haqqında müvafiq protokolun təmin edilməməsini xahiş etmişdir. Şəxs ona verilmiş suala cavab olaraq bildirmişdir ki, onun vəzifə səlahiyyətlərinə aid olduğu üçün hazırda icraatında olan on iki məhkəmə qətnaməsi üzrə müvafiq ödənişlər həyata keçirir, Ziya Muradzadənin işi üzrə də əvvəllər edilmiş ödənişləri o, hesablayaraq ödənilməsini təmin etmişdir. X13 ödəniş edilməsi ilə bağlı X6 İdarə heyyətinin sədri M.Abbasbəyli tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə xidməti məruzə ünvanlandığını və həmin vəsait ayrılacağı təqdirdə müvafiq ödəniş həyata keçiriləcəyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X6 Mərkəzi Mühasibatlıq və Təyinat filialının rəhbəri Şəxs müdafiəçisi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, tələbkara ödənilməli olan borc məbləğinin ayrılması üçün nazirliyə rəsmi müraciət edilmişdir. Eyni zamanda publik hüquqi şəxs olaraq qazanc eldə etməklərinə baxmayaraq həmin qazanc olaraq əldə olunan pul vəsaitlərinin xərclənməsi əvvəlcədən müəyyən olunmuş smeta əsasında həyata keçirildiyini və bu səbəbdən hazırki borc məbləği təsdiq olunmuş smeta xərclərində nəzərədə tutulmadığını nəzərə alaraq ödənişin icra edilməsi üçün müəyyən tədbirlər görüldükdən sonra icra edilməsi mümkündür. Eyni zamanda bildirmişdir ki, Şəxs barəsində inzibati protokol tərtib edilməsi əsassızdır, belə ki, o, məhkmə qərarının icrasına məsul şəxs hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq inzibati xəta haqqında müvafiq protokolun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X6 Mərkəzi Mühasibatlıq və Təyinat filialının rəhbəri olaraq vəzifəli şəxs qismində Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7798/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7798/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X6 Mərkəzi Mühasibatlıq və Təyinat filialından iddiaçı X8 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh zərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 07 iyun 2020-ci il tarixli, **********3 nömrəli əmr ləğv edilməsi, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma günlərinə görə əməkhaqqı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 7 iyul 2020-ci il tarixli **********3 nömrəli əmrinin ləğv edilməsi və 28 iyul 2020-ci il tarixli **********7 nömrəli əmrinə dəyişiklik edilməsi haqqında 21 iyul 2022-ci il tarixli **********2 nömrəli əmrinə əsasən “Z.Muradzadənin tutduğu vəzifədən azad edilməsi haqqında” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 7 iyul 2020-ci il tarixli **********3 nömrəli əmri ləğv edilməsi eləcə də, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli bölmələrinin işçilərinin əmək müqavilələrinə xitam verilməsi haqqında" 28 iyul 2020-ci il tarixli **********7 nömrəli əmrinə aşağıdakı yarımbəndlərin əlavə edilməsi əmr edilmişdir: “1.1. “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 24 iyun tarixli 976 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1076 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X11 məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsində çalışan X7 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a" bəndinə əsasən 30 iyul 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin. 1.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun müəyyən olunmuş əmək stajından asılı olaraq Z.M.Muradzadəyə orta aylıq əmək haqqının 1,7 misli miqdarında işdənçıxarma müavinəti ödənilsin.” 1.3. Nazirliyin tabeliyində X12 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1458/2022 nömrəli iş üzrə 16 mart 2022-ci il tarixli Qərarına uyğun olaraq Z.M.Muradzadəyə məcburi işburaxma müddəti üçün (7 iyul 2020-ci il tarixindən 30 iyul 2020-ci il tarixinədək) əmək haqqının ödənilməsini və bu əmrin 2-ci bəndindən irəli gələn maliyyə məsələlərini həll etsin. 1.4. Nazirliyin tabeliyində X12 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1458/2022 nömrəli iş üzrə 16 mart 2022-ci il tarixli Qərarına uyğun olaraq Z.M.Muradzadəni müvafiq vakant vəzifəyə təyin etsiri. 1.5. Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsi Z.M.Muradzadəyə aid əmək kitabçasında müvafiq qeydlərin aparılmasını təmin etsin. 1.6. Nazirliyin Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi bu əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 21 iyul 2022-ci il tarixli **********2 nömrəli əmrinə dəyişiklik edilməsi haqqında 3 fevral 2023-cü il tarixli 3-17/3-4-129/2023 nömrəli əmrinə əsasən aşağıdakılar əmr edilmişdir:

1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 7 iyul 2020-ci il tarixli **********3 nömrəli əmrinin ləğv edilməsi və 28 iyul 2020-ci il tarixli **********7 nömrəli əmrinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 21 iyul 2022-ci il tarixli **********2 nömrəli əmrinin 3-cü bəndində “30 iyul 2020-ci il tarixinədək” sözləri “1 avqust 2022-ci il tarixinədək” sözləri ilə əvəz edilsin.

2. Nazirliyin Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi bu əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin. İş materiallarında olan X6 Mərkəzi Mühasibatlıq və Təyinat filialının **********2 Haqq hesab cədvəlindən görünür ki, həmin qurum tərəfindən Z.Muradzadəyə 09 fevral 2023-cü il tarixdə 7751.58 manat vəsait ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Yasamal rayon İcra şöbəsi tərəfindən X6 Mərkəzi Mühasibatlıq və Təyinat filialının müdiri Şəxs müraciət olunaraq ondan icra vərəqəsin icra olunaması tələb edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icra tədbirlər nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X12 tərəfindən məcburi işburaxma günlərinə görə 7751.58 manat xx.xx.2023-cü il tarixdə tələbkar Z.Muradzadəyə ödənilmiş, bununla bağlı iş üzrə tələbkar ilə əlaqə saxlanılmış və o, həqiqətən həmin vəsaiti aldığını bildirmişdir. Bu səbəbdən icra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixli qərarla xitam verilmişdir. Bununla bağlı iş üzrə tələbkar sözügedən qərardan məhkəməyə şikayət vermiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-233/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən X3 nümayəndəsi X2 şikayət ərizəsi qismən təmin edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarı ləğv edilmişdir və qərara alınmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)- 7798/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra vərəqəsi üzrə icra tədbirləri bərpa edilərək davam etdirilməlidir. Sözügedən qərardad xx.xx.2023-cü il tarixdə Yasamal İcra şöbəsində daxil olmuş və bununla bağlı icraatın təzələnməsi barədə qərar qəbul olunmuş, habelə borclu quruma icra sənədinin məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməsi hissəsində tələbi qanuna müvafiq qaydada tam şəkildə təmin edilməsi ilə bağlı müraciət olunmuşdur. Lakin hal hazıradək icra sənədi üzrə 14823 manat vəsait ödənilməmişdir. Beləliklə müəyyən edilmişdir ki, sözügedən icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X6 Mərkəzi Mühasibatlıq və Təyinat filialına Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Belə ki, yuxarıda sadalanan iş materiallarından da göründüyü kimi borclunun məhkəmə qərarının icrası ilə əlaqdar etdiyi hərəkətlər icra vərəqəsində göstərilənləri tam həcmdə ehtiva etmədiyindən məhkəmə qərarı üzürsüz səbəbdən hələ də icrasız qalmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində protokol tərtib edilmiş şəxs Şəxs sözügedən icra sənədi üzrə cavabdeh şəxs olmaması ilə əlaqədar və yaxud onların ödəniləcək maliyyə vəsaitinə malik olmamaları ilə əlaqədar gətirdiyi dəlillərələ bağlı qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7798/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəf kimi göstərilsə də sonradan nazirliyin həmin məsələ üzrə olan öhdəliyi onun tabeliyində olan Dövlət Məşğulluq Xidmətinə həvalə edilmişdir və iş materiallarından göründüyü kimi məhs həmin qurum tərəfindən Z.Muradzadəyə 09 fevral 2023-cü il tarixdə 7751.58 manat vəsait ödənilmişdir (məhkəmə iclasında Şəxs həmin vəsaitin onun tərəfindən ödənilməsini təsdiq edilmişdir). Digər tərəfdən məhkəmə iclasında Şəxs tərəfindən təqdim edilmiş xidməti məktubun məzmunundan məlum olur ki, Z.Muradzadəyə mövcud icra vərəqi üzrə ödənişin hansı qaydada aprılması ilə bağlı mərkəzi icra hakimiyyəti orqanının rəhbərindən münasibət bildirilməsi xahiş olunur. Məhkəmə hesab edir ki, mərkəzi icra hakimiyyəti orqanının rəhbəri tərəfindən icra vərəqəsinin icra olunmasına münasibət bildirilməsi (və bildirməməsi) onun icra olunmasına maneə hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X6 nizamnaməsinin 5.5-ci bəndinə əsasən Agentlik Qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Agentliyin onun idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququ vardır. Eyni zamanda iş materiallarında X6 Mərkəzi Mühasibatlıq və Təyinat filialının zəruri maliyyə vəsaitinə malik olmamasını təsdiq edən mötəbər sübut da yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxsin təqsiri üzündən məhkəmənin icra sənədi üzrə icra məmurunun qanuni tələbləri yerinə yetirilməmiş və yerinə yetirilməsi üçün üzürlü səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X6 Mərkəzi Mühasibatlıq və Təyinat filialının müdiri Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və baş vermə səbələrini, barəsində protokol tərtib edilmiş şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X6 Mərkəzi mühasibatlıq və təyinat filialının müdiri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1200 (bir min iki yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar