Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1744/2020 23.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızınınsədrliyiilə, x2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Dövlət x6 (DYPİ) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 13 iyul 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokoldan verdiyi şikayət ərizəsini işin məhkəmədə baxılmasına hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : x1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək barəsində Azərbaycan Respublikasının İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş 13 iyul 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolunun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iş baxılması üçün ərazi adiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarına dair “Elektron Məhkəmə Sistemi”ndən çıxarışdan görünür ki, x5 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Bundan başqa x4 barəsində tərtib edilmiş 13 iyul 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokoldan və şikayət ərizisinə əlavə edilmiş Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün DYİ seriyalı ******* nömrəli icazə vəsiqəsindən də görünür ki, onun yaşayış yeri üzrə qeydiyyat ünvanı ünvan 1 göstərilmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və əcnəbilər barədə onlara verilmiş müvəqqəti yaşamaq üçün icazə vəsiqəsidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 110, 112.4 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : x2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-si tərəfindən tərtib edilmiş 13 iyul 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1744/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1744/2020
23.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver