Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1745/2020 23.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, x7 iclas katibliyi ilə, Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru x6, tələbkar (zərərçəkmiş şəxs) x1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru x8 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(060)-126/2020 nömrəli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2003-cü il təvəllüdlü x3 və xx.xx.2007-ci il təvəllüdlü x4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində pul tutularaq x2 ödənilməlidir. Borclu Şəxs dəfələrlə xəbərdarlıq olunmasına və izahatlarının alınmasına baxmayaraq icra sənədi üzrə hazıradək yaranmış 3520.00 (üç min beş yüz iyirmi) manat aliment borcunu icra etməkdən və icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru x8 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(060)-126/2020 nömrəli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2003-cü il təvəllüdlü x3 və xx.xx.2007-ci il təvəllüdlü x4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində pul tutularaq x2 ödənilməlidir.xx xxxxxx 2020-ci il tarixli icra sənədi üzrə xx.xx.2020-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş və icra sənədinin surəti birlikdə icra edilməsi üçün borclu Şəxs göndərilmişdir. O, məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icra edilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət barədə xx xxxx 2020-ci il tarixdə xəbərdarlıq edilmiş, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə izahatı alınarkən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin məzmunu ona izah edilməklə məsuliyyət barədə yenidən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Hazıradək icra işi üzrə məcburi icra tədbirlərinin həyata keçirilməsi məqsədilə onun tərəfindən zəruri tədbirlər görülmüş, müvafiq qurumlara sorğular göndərilmiş, elektron mərkəzləşdirilmiş sistemə baxış keçirilmiş, lakin borclunun mülkiyyətində hər hansı bir əmlakı, bankda hesabı, əmək haqqı, pensiya və ya digər vəsaiti aşkar edilməmişdir. Görülmüş tədbirlərə baxmayaraqŞəxs icra sənədi üzrə hazıradək heç bir ödəniş etməmiş və 3520.00 (üç min beş yüz iyirmi) manat aliment borcu ödənilməmiş qalmışdır. Hətta icra zamanı tələbkar qeyd edilən borcun hissə-hissə ödənilməsi ilə bağlı borluya təklif irəli sürməsinə baxmayaraq, Şəxs bu təkliflə də qərəzli olaraq razılaşmamış və icra sənədinin icrası ilə bağlı hər hansı bir müsbət istiqamətdə hərəkət etməmişdir. Odur ki, Şəxs icra sənədini icra etməkdən üzrsüz səbəbdən qəsdən boyun qaçıraraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Hazırki məhkəmə iclasınadək Şəxs tərəfindən mövcud aliment borcu üzrə hər hansı bir ödəniş həyata keçirilməmişdir. x8 qeyd olunanlara əsasən, Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, hazırda Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(060)- 126/2020 nömrəli icra sənədinə əsasən 3520.00 (üç min beş yüz iyirmi) manat borcu qalmışdır, o, icra məmurundan gizlənmir, onun çağırışlarından yayınmır. O, şöbədə icra məmuru tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icra edilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Hal-hazırda heç bir yerdə işləmədiyi üçün aliment borcu üzrə hər hansı məbləğdə ödəniş edə bilməmişdir. Hazıradək yaranmış 3520.00 (üç min beş yüz iyirmi) manat aliment borcunu ödəmək imkanı yoxdur, həmin məbləği yaxın gələcəkdə hissə-hissə ödəməyə də razı deyil, uzun müddətdir xəstəlikdən əziyyət çəkir, yalnız işlədikdən sonra tələbin onun məvacibinə yönəldilməsini istəyir və göstərilən hallar nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar (zərərçəkmiş) x5 izahatında göstərdi ki, borclu Şəxs xx.xx.2003-cü il təvəllüdlü x3 və xx.xx.2007-ci il təvəllüdlü x4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində tələbkara ödənilməli, qeyd edilən borc tam şəkildə ödənilmədiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hal-hazırda 3520.00 (üç min beş yüz iyirmi) manat məbləğində borcu qalmışdır. Sonuncu ilə nikahda olduğu dövrdə özü də işləməklə övladlarının saxlanılmasında iştirak etmiş, hətta öz valideynləri ona dəfələrlə maddi köməklik göstərmişdir. O, bu günədək fərdi əməklə məşğul olmuş, hazırda isə xüsusi karantin rejimi olduğundan, ölkə ərazisində pandemiya ilə əlaqədar hərəkət məhdudiyyəti qoyulduğundan işləmək imkan yoxdur, bununla bağlı onun və övladlarının maddi vəziyyəti olduqca çətinləşmişdir. Bu səbəbdən borcun ən azı bir hissəsinin hazırda ödənilməsini tələb edir, qalan hissəsinin isə gələcəkdə hissə-hissə ödənilməsinə razıdır. x5 əlavə olaraq bildirmişdir ki, borclu ilə hər hansı bir barışıq əldə etmək və möhlət vermək niyyətində deyil, belə ki, o dəfələrlə öz vədlərinə əməl etməmiş və öhdəliyini tam olaraq icra etməkdən qərəzli olaraq yayınmışdır. Belə ki, Şəxs bir neçə ay bundan əvvəl “Sovetski” adlanan ərazidən ona məxsus evin sökülməsi nəticəsində 17.000 (on yeddi min) manat məbləğində pul vəsaiti əldə etməsinə baxmayaraq, əldə etdiyi vəsait hesabına ona olan borcundan, yəni övladlarının saxlanılması üçün hər hansı bir ödəniş etməmişdir. Göstərilən hal isə ona dəlalət edir ki, borclu Şəxs qərəzli olaraq aliment borcunu ödəməkdən yayınır. x5 göstərilənləri nəzərə alaraq borclu Şəxs barəsində daha ciddi tədbir görülməsini məhkəmədən xahiş etdi. Tələbkar (zərərçəkmiş) x1 izahatında qeyd edilən xüsusatın yoxlanılması məqsədilə borclu Şəxs verilmiş sual əsasında o, həqiqətən də bir neçə vaxt əvvəl 17.000 manat pul əldə etdiyini təsdiq etdi, lakin həmin vəsaiti digər zəruri ehtiyaclar üçün xərclədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin icra işinin materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindənAzərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki,Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(060)-126/2020 nömrəli icra sənədinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq borclu Şəxs xx.xx.2003-cü il təvəllüdlü x3 və xx.xx.2007-ci il təvəllüdlü x4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində pul tutularaq x2 ödənilməlidir. O, məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icra edilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xx xxxx 2020-ci il tarixdə xəbərdar edilmiş, xx xxxx 2020-ci il tarixdə isə təkrarən izahatı alınmaqla məsuliyyət barədə xəbərdar edilmişdir. İcra sənədi üzrə məcburi icra tədbirlərinin həyata keçirilməsi məqsədilə icra məmuru tərəfindən zəruri tədbirlər görülmüş, müvafiq qurumlara sorğular göndərilmiş, elektron sistemə baxış keçirilmiş lakin borclunun mülkiyyətində hər hansı bir əmlakı, bankda hesabı, əmək haqqı, pensiya və ya digər vəsaiti müəyyən edilməmişdir. Görülmüş məcburi icra tədbirlərinə baxmayaraqŞəxs icra sənədlərini icra etməkdən yayınaraq halhazıradək onun 3520.00 (üç min beş yüz iyirmi) manat məbləğində aliment borcu yaranmışdır və aliment borcundan heç bir ödəniş edilməmişdir. Hətta məhkəmə baxışı zamanı tərəflərin izahatlarından müəyyən edilmişdir ki, borclu Şəxs yaxın vaxt ərzində 17000 (on yeddi min) manat pul vəsaiti əldə etməsinə baxmayaraq, yəni həmin vəsait hesabına övladlarının saxlanılması üçün aliment borcundan ödəniş etməsinə imkan yaranmasına baxmayaraq qəsdən ödəniş etməkdən imtina etmişdir. Eyni zamanda məhkəmə iclasında o, tələbkar tərəfindən ona borcun hissə-hissə ödənişi ilə bağlı verilmiş təklifdən də imtina etmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yetirməməklə və icra sənədini üzrsüz səbəbdən icra etməməklə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və icra işinin materiallarından müəyyən edilir ki, Şəxs xx xxxx 2020-ci il tarixə 3520.00 (üç min beş yüz iyirmi) manat aliment borcu vardır. Beləliklə məhkəmə xx xxxxxx 2020-ci il tarixli 2(060)-126/2020 nömrəli icra sənədi üzrə borclu Şəxs yetkinlik yaşına çatmayan övladlarının saxlanılması üçün hazıradək yaranmış 3520.00 (üç min beş yüz iyirmi) manat aliment borcundan tələbkar x2 hər hansı bir ödəniş etməməsini öz öhdəliklərindən qəsdən üzrsüz səbəbdən yayınması kimi qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.4.-cü maddəsinə əsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir və inzibati həbsdə saxlama müddəti onun məhkəməyə gətirilərək azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən saat 14:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 14:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Yasamal rayon Polis İdarəsinə və Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1745/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1745/2020
23.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver