Məhkəmə qərarları › İş №3(004)-1749/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1749/2022

19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1749/2022 19.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə Müdafiəçi: Nümayəndə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, ev 97, mənzil 136 olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: X7 Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2021-ci ilin iyun ayından 15 yanvar 2022-ci il tarixə qədər işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da həmin hüquqi şəxs, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən 05.04.2022-ci il tarixli, №1051851 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin müdafiəçisi Nümayəndə bildirdi ki, X7 15 yanvar 2022-ci il tarixə qədər Şəxs MMC-də işləməmişdir, həmin ünvanda başqa bir şirkətdə işləmişdir. 15.01.2022-ci il tarixdən isə onunla əmək müqaviləsi bağlanmış və müqavilə əsasında Şəxs MMC-də işləmişdir. X1 təsir göstərilərək Şəxs MMC-nin əlehinə ifadə alınmışdır. Ondan izahat alınarkən iltizama da qol çəkdirilməmişdir. Bundan əlavə hətta xəta mövcud olsaydı da belə, həmin xəta aşkarlanandan 1 ay yarım sonra protokol tərtib edilməliydi. halbuki İXM-yə əsasən protokol xəta aşkar edildiyi vaxtdan 2 gün ərzində tərtib edilməliydi. buna görə də protokol tərtib edilərkən İXM-nin tələbləri də pozulmuşdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, inzibati xəta hadisəsi baş vermişdir. Belə ki, aşağıdakılara əsasən müəyyən edilir ki, X7 Şəxs MMC-də 15 yanvar 2022ci il tarixə qədər fəhlə kimi çalışmışdır. Lakin bu barədə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq onun əmək müqaviləsi bağlanmamışdır. Yalnız 15.01.2022-ci ildə onunla əmək müqaviləsi bağlanmışdır. Belə ki, iş materiallarında olan X4 AR ƏƏSMN DƏMX-nin Bakı şəhər İdarəsinə ünvanladığı 01.03.2022-ci il tarixli izahatına əsasən o, 2021-ci ilin iyun ayından izahatı yazdığı günə qədər Şəxs MMC-də rəngsaz vəzifəsində çalışır. Əmək haqqını hər ay nağd formada əldən alır. Şəxs MMC-dən əsas tələbi 2022-ci ilin yanvar və fevral ayının əmək haqqının ödənilməsini təmin etməkdir. İş materiallarında olan X4 AR ƏƏSMN DƏMX-nin Bakı şəhər İdarəsinə ünvanladığı 01.04.2022-ci il tarixli izahatına əsasən o, 2021-ci ilin iyun ayından 15 yanvar 2022-ci il tarixədək Şəxs MMC-də rəngsaz vəzifəsində müqaviləsiz çalışmışdır. Yalnız şifahi razılaşma var idi. Məhərrəm Cəfərovda şahiddir. Şəxs MMC-dən əsas tələbi 2022-ci ilin yanvar və fevral ayının əmək haqqının ödənilməsini təmin etməkdir. İş materiallarında olan X3 AR ƏƏSMN DƏMX-nin Bakı şəhər İdarəsinə ünvanladığı 31.01.2022-ci il tarixli kollektiv ərizəsində göstərilmişdir ki, o, Əfqan Əliyev, Atatürk Sadıqlı Şəxs MMC-dən dekabr, yanvar ayının əmək haqqlarını ala bilmirlər. Əmək haqqlarını ala bilmədiklərinə görə işdən çıxmışlar. İş materiallarında olan X3 AR ƏƏSMN DƏMX-nin Bakı şəhər İdarəsinə ünvanladığı 01.04.2022-ci il tarixli izahatına əsasən o, 16 iyul 2021-ci il tarixindən indiyə kimi Şəxs MMC-də çalışmışdır. O, X6 tanıyır və işlədiyi dövrdə Şamil Şükürov da Şəxs MMC-də rəngsaz vəzifəsində çalışırdı. İş materiallarında olan Şəxs MMC-nin AR ƏƏSMN DƏMX-nin Bakı şəhər İdarəsinə ünvanladığı 03.03.2022-ci il tarixli məktubundan görünür ki, vətəndaş X7 Şəxs MMC-də 15.01.2022-ci il tarixdən rəngsaz vəzifəsində işləyir. 2022-ci ilin yanvar, fevral aylarında işə gəlmişdi. 01.03.2022-ci il tarixdən işə gəlməmişdi. Mühasibatlığa heç bir işdən ayrıldığına dair ərizə də təqdim etməmişdi. Buna görə də, X6 Şəxs MMC-də elektron qeydiyyatdan da çıxara bilmirlər. İş materiallarında olan Şamil Şükürovun Azərbaycan Respublikasının 1-ci Vitse Prezidentinə ünvanlandığı 02.02.2022-ci il tarixli teleqrammasında göstərmişdir ki, 2021-ci ilin iyun ayından Şəxs MMC-də fəhlə kimi çalışır. Digər işçilərlə yanaşı onun da əmək haqqısı verilmir. İş materiallarında olan X4 məhkəməyə ünvanladığı 18.04.2022-ci il tarixli teleqramından görünür ki, o, Dalğa Plaza binasının 11-ci mərtəbəsində Şəxs MMC şirkətində 15.01.2022-ci il tarixindən çalışmağa başlamışdır. Əmək haqqı gecikməsi ilə bağlı etdiyi şikayətində dövlət əmək müfəttişi tərəfindən yenidən çağırılaraq ifadəsinin keçən ildən çalışdığına dair dəyişdiriləcəyi təqdirdə maaşını ala biləcəyini deyərək onu aldatmışdır. Halbuki həmin binada 11-ci mərtəbəsində keçən ilki tarixlərdə işlədiyi dövr Şəxs MMC şirkətinə aid deyildi. Əmək müfəttişi tərəfindən təsiri ilə öz iradəsi ilə yazmadığını və aldadıldığını bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iş üzrə yuxarıda sadalanan sübutlara qiymət verərək hesab edir ki, X4 məhkəməyə ünvanladığı 18.04.2022-ci il tarixli teleqramı Şəxs MMC-nin məsuliyyətdən kənarda qalmasına kömək göstərilməsi xarakteri daşıyır. X8 Xidmətində ona hər hansı bir təzyiq göstərməsi barədəki sonuncu teleqrammasındakı məqamlar isə inandırıcı deyildir və həqiqətlə uzlaşmır. Yalan xarakterlidir. Çünki onun əvvəlki teleqramması 02.02.2022-ci il tarixdə olmaqla, hadisənin isti-isti dövrlərindədir. Şəxs MMC ilə münasibətlərinin daha dəqiq təzahürüdür və X8 Xidməti tərəfindən hər hansı bir təsir nəticəsində həmin teleqrammanı vurması istisna edilir. Çünki X8 Xidmətində ilk dəfə izahatı 01.03.2022-ci il tarixdə vermişdir. Həmin tarixədək X8 Xidməti tərəfindən hər hansı bir müdaxilə edilə də bilməzdi. X8 Xidmətində izahat verməzdən əvvəl artıq digər dövlət orqanlarına müraciət edərək göstərmişdir ki, Şəxs MMC-də işləyir və əmək haqqısı verilmir. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Ona görə də Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, iş materiallarında olan və hazırkı qərarda istinad edilən yuxarıdakı yazılı sənədlər, tərəflərin izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 21000 manat (iyirmi bir min manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar