Məhkəmə qərarları › İş №3(004)-1756/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1756/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1756/2025 02.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlu, X1 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş 17 fevral 2025-ci il tarixli, EQ 26163631 saylı, 19 fevral 2025-ci il tarixli EQ 26200770 saylı, 21 fevral 2025-ci il tarixli EQ 26233915 saylı, 25 fevral 2025-ci il tarixli EQ 26292318 saylı və 27 fevral 2025-ci il tarixli EQ 26324858 saylı qərarlarının ləğv edilməsi barədə şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: X2 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş 17 fevral 2025-ci il tarixli, EQ 26163631 saylı, 19 fevral 2025-ci il tarixli EQ 26200770 saylı, 21 fevral 2025-ci il tarixli EQ 26233915 saylı, 25 fevral 2025-ci il tarixli EQ 26292318 saylı və 27 fevral 2025-ci il tarixli EQ 26324858 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 5 ədəd inzibati qərarla cərimə olunmağı ilə bağlı heç bir bildiriş almamışdır. Belə ki, EQ 26163631 saylı protokol üzrə xx.xx.2025-ci il tarixli qərarla xx.xx.2025-ci il tarixdə Yasamal rayonu, A.Şərifzadə küçəsi 48-də dayanma durma qaydasını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 20 manat məbləğində cərimə edilmişdir. EQ 26200770 saylı protokol üzrə xx.xx.2025-ci il tarixli qərarla xx.xx.2025-ci il tarixdə Yasamal rayonu, A.Şərifzadə küçəsi 50-də dayanma durma qaydasını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 20 manat məbləğində cərimə edilmişdir. EQ 26233915 saylı protokol üzrə xx.xx.2025-ci il tarixli qərarla xx.xx.2025-ci il tarixdə Yasamal rayonu, A.Şərifzadə küçəsi 303-də dayanma durma qaydasını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 20 manat məbləğində cərimə edilmişdir. EQ 26292318 saylı protokol üzrə xx.xx.2025-ci il tarixli qərarla xx.xx.2025-ci il tarixdə Yasamal rayonu, A.Şərifzadə küçəsi 52a-da dayanma durma qaydasını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 20 manat məbləğində cərimə edilmişdir. EQ EQ 26324858 saylı protokol üzrə 27 fevral 2025-ci il tarixli qərarla xx.xx.2025-ci il tarixdə Yasamal rayonu, A.Şərifzadə küçəsi 28b-də dayanma durma qaydasını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 20 manat məbləğində cərimə edilmişdir.Hesab edir ki, 5 ədəd inzibati protokol əsasında çıxarılan elektron qərarlar əsassız və qanunsuzdur. Belə ki, şikayətçi iddia edir ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ölkə xaricində olmuşdur. Ölkə ərazisində olmadığı müddətdə həmin ünvanda dayanma-durmanı qadağan edən nişan quraşdırılıb və bu səbəblə şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Qeyd edilənələrə əsasən 17 fevral 2025-ci il tarixli, EQ 26163631 saylı, 19 fevral 2025-ci il tarixli EQ 26200770 saylı, 21 fevral 2025-ci il tarixli EQ 26233915 saylı, 25 fevral 2025-ci il tarixli EQ 26292318 saylı və 27 fevral 2025-ci il tarixli EQ 26324858 saylı qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs F. Həsənov barəsində ayrı –ayrı vaxtlarda inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Hər bir inzibati tənbeh vermə haqqında elektron qərardan ayrıca şikayət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən verilmiş şikayətə mahiyyəti üzrə baxılmasından öncə inzibati xəta haqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmaması halını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs A.Əliyeva barəsində ayrı-ayrı vaxtlarda inzibati tənbeh vermə haqqında qərarlar qəbul edildiyi üçün həmin şəxs birinci instansiya məhkəməsinə barəsində qəbul edilmiş hər bir inzibati tənbeh vermə haqqında elektron qərardan ayrıca şikayət verilməlidir. İş materiallarında göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən barəsində ayrı-ayrı vaxtlarda inzibati tənbeh vermə haqqında qərarlar qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş 17 fevral 2025-ci il tarixli, EQ 26163631 saylı, 19 fevral 2025-ci il tarixli EQ 26200770 saylı, 21 fevral 2025-ci il tarixli EQ 26233915 saylı, 25 fevral 2025-ci il tarixli EQ 26292318 saylı və 27 fevral 2025-ci il tarixli EQ 26324858 saylı qərarlarının ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar