Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1760/2020 06.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi və şikayətçi Valekh Safarovun iştirakı ilə, Valekh Safarovun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin təyin edilməsi haqqında Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polis Şöbəsi (DYPŞ) tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarından verilmiş şikayətinə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Rusiya Federasiyasının vətəndaşı olan Valekh Safarov şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin təyin edilməsi haqqında Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ölkədə tətbiq edilmiş sosial izolyasiya tədbirləri ilə əlaqədar işlədiyi “xxxxxxx” MMC tikinti və layihə şirkəti tərəfindən ona ölkə üzrə işlə əlaqədar sərbəst hərəkət icazəsi verilmiş və bu icazə tələb edilən formada icaze.e-gov.az portalına daxil edilmişdir. Elektron Hökümətin İnkişafı Mərkəzi tərəfindən təqdim edilmiş çıxarışdan da göründüyü kimi ona xx xxx 2020-ci il tarixədək xidməti fəaliyyəti ilə əlaqədar hərəkətinə icazə verilmişdir. Həmin icazə sənədinə eyni zamanda onun istifadəsində olan **-VT-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi barədə məlumatlar da daxil edilmiş və icazə səlahiyyətli dövlət orqanı tərəfindən təsdiqlənmişdir. Buna baxmayaraq xx xxxxx 2020-ci il tarixdə yoxlama zamanı Suraxanı RPİ-nin DYPŞ-nin YPX əməkdaşı X1 onda olan planşetdə bu barədə hər hansı məlumatın aşkar edilməməsini səbəb gətirərək onun barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə xx xxxxx 2020-ci il tarixli İXP ******* tarixli protokol tərtib etmişdir. Suraxanı RPİ-nin DYPŞ-nin xx xxx 2020-ci il tarixli ******* nömrəli qərarına əsasən o, Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Qərar həm maddi, həm prosessual pozuntularla müşayiət edildiyi üçün hesab edir ki, protokol üzrə qəbul edilmiş qərar ləğv edilməlidir. Belə ki, DYPİ-nin elekton informasiya sistemində bu məlumatın aşkar edilməməsi onun təqsiri deyildir. Eyni zamanda protokolda inzibati xətanın aşkar edilməsində istifadə edilən xüsusi texniki vasitə barədə məlumat təqdim edilməmişdir. Qərar qəbul edilən zaman ona bildiriş göndərilməmiş və ona bu barədə məlumat təqdim edilməmişdir. Həmçinin qərarda imza və möhür yoxdur. Bundan başqa onun əməlində qeyd edilən inzibati xətanın tərkib əlamətləri mövcud olmamışdır. Göstərilənlərə əsasən, Valekh Safarov barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Valekh Safarov ərizəsində qeyd olunmuş dəlillərə uyğun çıxış edərək şikayətinin təmin edilməsini, Azərbaycan Respublikası İXMnin 211-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin təyin edilməsi haqqında Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, Rusiya Federasiyasının vətəndaşı olmasına baxmayaraq milliyətcə Azərbaycanlıdır və doğum şəhadətnaməsində tam adı X4 qeyd edilsə də, xarici pasportunda adı Valekh Safarovdur. Qeyd edilən səbəbə görə şikayət ərizəsində adını X4 (Valekh Safarov) kimi göstərmişdir. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada bildiriş göndərilməsinə, eyni zamanda “Elektron Məhkəmə Sistemi” vasitəsilə qurumun rəhbərinin istifadəsində olan mobil telefon nömrəsinə “SMS-bildiriş” vasitəsilə məlumat verilməsinə baxmayaraq qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun olaraq işə qərarından şikayət verilmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki,şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ-nin polis polkovnik leytenantı X3 tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Safarov Valekh xx xxxxx 2020-ci il tarixdə saat 10:00-da İ.Musayev küçəsində “Seat İbıza ST” (minik) markalı **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejiminin qaydalarını pozmuş və o, barəsində tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinə əsasən təqsirli bilinərək barəsində 100 (bir yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayət ərizəsinə əlavə edilmiş “Elektron Hökümətin İnkişafı Mərkəzin”ndən “icaze.e-gov.az” portalı vasitəsilə çıxarılmış ştrix kodlu elektron arayışdan müəyyən edilir ki, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi DYİ0022924, FİN kodu 1042A90 olan, “xxxxxxx” MMC-də təchizat üzrə menecer vəzifəsində işləyən, xx.xx.1967-ci il təvəllüdlü X9 və onun istifadəsində olan **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin karantin rejimi dövründə ölkə ərazisi üzrə sərbəst hərəkəti üçün xx xxxxx 2020-ci il tarixdən xx xxx 2020ci il tarixədək icazəsi mövcud olmuşdur. İş materiallarında olan DYİ seriyalı ******* nömrəli Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsindən müəyyən edilir ki, həmin vəsiqə xx xxxx 1967-ci il təvəllüdlü Valekh Safarova məxsusdur. Valekh Safarovun barəsində protokol tərtib edildiyi vaxt karantin rejimi qaydalarına müvafiq olaraq ölkə ərazisində sərbəst hərəkəti üçün elektron icazəsinin olubolmamasının yoxlanılması məqsədilə məhkəməyə Yasamal RPİ-si tərəfindən təqdim edilmiş cihaz vasitəsilə onun şəxsi məlumatları “İcazələrin Alınması və Monitorinqi Sistemi”nə daxil edilib baxış keçirilərkən müəyyən edildi ki, “xxxxxxx” MMC-də təchizat üzrə menecer vəzifəsində işləyən Valekh Safarovun xx xxxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək ölkə ərazisində sərbəst hərəkəti üçün icazəsi mövcud olmuş, icazə həmin müddətdə hər hansı bir səbəbdən ləğv edilməmiş və qüvvədə olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin xx xxxx 2020-ci il tarixədək qüvvədə olan 211-ci maddəsinin mətninə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslərin yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslərin min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 120 nömrəli qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyətin xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılması və insanların fərdi evlərdən və mənzillərdən çıxışı təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə tərk etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarına əsasən x xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri müəyyən qaydalar çərçivəsində tətbiq edilmişdir. Qərarın 1.2.2-ci bəndinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçilərinin barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.egov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə icazə verilməsi müəyyən edilmişdir. Qeyd olunan hərəkət məhdudiyyəti xx xxx 2020-ci il tarixədək, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 176 nömrəli qərarı ilə həmin tarixdən aradan qaldırılanadək qüvvədə olmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq icazə verilən fəaliyyət istiqaməti üzrə fəaliyyət göstərən “xxxxxxx” MMC-də təchizat üzrə menecer vəzifəsində işləyən xx.xx.1967-ci il təvəllüdlü Valekh Safarov barəsində məlumatlar xx xxxxx 2020-ci il tarixdən “icaze.e-gov.az” portalına daxil edilməklə onun həmin dövrdən xx xxx 2020-ci il tarixədək ölkə ərazisində maneəsiz hərəkəti üçün xidməti icazəsinin olmasına baxmayaraq, xx xxx 2020-ci il tarixdə Suraxanı RPİ-nin DYPŞ-sinin polis polkovnik leytenantı X3 tərəfindən əsassız olaraq qəbul edilmiş TP seriyalı ******* nömrəli qərarla o, Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinə əsasən təqsirli bilinərək barəsində 100 (bir yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallar mövcud olduqda barəsində şikayət verilmiş qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayətçi Valekh Safarovun şikayəti təmin edilməli, onun barəsində tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ-nin polis polkovnik leytenantı X3 tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəliinzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X6 Mərkəzi İnformasiya sistemində Valekh Safarov barəsində yerləşdirilmiş cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Valekh Safarovun şikayəti təmin olunsun. Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ-i tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş xx xxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəliinzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və Valekh Safarov barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. xx xxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X6 Mərkəzi İnformasiya sistemində Valekh Safarov barəsində yerləşdirilmiş cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinsin. Qərarın icrası Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X8 həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1760/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1760/2020
06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver