Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1762/2021 11.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X6 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1985-ci ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Yasamal rayonu H.B.ünvan 2 yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin (RPİ) X15 Şöbəsi (DYPŞ) tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 27 iyul 2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, 12 iyun 2021-ci il tarixdə saat 22:30 radələrində sürücü Şəxs idarə etdiyi “BMW 535” (minik) markalı **-PV-*** dövlət qeydiyyat avtomobillə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “Saf Su”nun qarşısında tənzimlənməyən piyada keçidində yolu keçən piyadalar X7 və X3 ehtiyatsızlıqdan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X10 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər, X9 isə sağlamlığın uzun müddət pozulmasına səbəb olan, sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarətlər almışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, 12 iyun 2021-ci il tarixdə saat təxminən 22 radələrində idarə etdiyi “BMW” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə üzü “20 Yanvar” metrostansiyası istiqamətində hərəkətdə olan zaman “Saf Su” adlanan obyektin qarşısında piyada keçidinə yaxınlaşdıqda sağ və sol tərəfində hərəkətdə olan avtomobillər dayanmışdır. O, orta hissədən keçmək istədikdə piyada keçidi ilə yolu keçən iki nəfər piyadanı qəflətən görmüş və dərhal əyləci basmasına baxmayaraq, avtomobilin hərəkətini tam dayandıra bilməmiş və nəticədə yolu keçən piyadaları vurmuşdur. Bundan sonra o, dərhal avtomobildən enib piyadanı xəstəxanaya aparmış, hadisə yerinə gələn təcili tibbi yardım avtomobili digər kişi piyadanı xəstəxanaya aparmışdır. Şəxs bildirmişdir ki, yol hərəkəti qaydalarının onun tərəfindən pozulmasını etiraf edir, lakin hadisə zamanı o, spirtli içki qəbul etməmiş, sərxoş olmamış, idarə etdiyi avtomildə tək olmuş, hadisəyə qədər piyadaları tanımamış, onlarla heç bir münasibəti olmamışdır. Şəxs peşman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, iş fəaliyyətinin nəqliyyat vasitəsini idarə etməklə bağlı olmasını nəzərə alaraq məhkəmədən ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal RPİ-nin DYPŞ-nə və zərər çəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, inzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal RPİ-nin DYPŞ-nin nümayəndəsi və zərər çəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsinin və zərər çəkmiş şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 iyul 2021-ci il tarixli qərardan müəyyən edilir ki, toplanmış material üzrə Şəxs barəsində az ağır dərəcəli xəsarət alımış X4 münasibətdə vurulmuş zərər ödənilməklə barışıq əldə edildiyindən həmin faktla bağlı Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş və onun əməlində yüngül dərəcəli xəsarət almış zərərçəkmiş şəxs X8 münasibətdə isə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 iyul 2021-ci il tarixli qərarı ilə həmçinin müəyyən edilir ki, Yasamal RPİ-nin TŞ-də toplanmış 539/21 nömrəli rədd materialında olan Azərbaycan Respublikası Məhkəmə tibbi ekspertizasının Səhiyyə Nazirliyi Ekspertiza və Pataloji Anatomiya Elmi- Təcrübi və Tədris Birliyinin 18 iyun 2021-ci il tarixli 117 nömrəli ekspert rəyinə əsasən X2 almış olduğu sol qasıq sümüyünün və sağ qasıq bitişməsinin sınıqları sıyrıqları küt əşya (alət) təsirindən törənmişdir. Qərarda göstərilən şəraitdə və müddətdə, yəni 12.06.2021-ci il tarixdə piyada qismində olarkən, hərəkətdə olan avtomobilin onu vurması nəticəsində törənməsi mümkündür, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa “az ağır” zərər vurmaya aiddir. Azərbaycan Respublikası Məhkəmə tibbi ekspertizasının Səhiyyə Nazirliyi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 18 iyun 2021-ci il tarixli 118 nömrəli ekspert rəyinə əsasən X5 almış olduğu alının, sağ və sol almacıq nahiyyəsinin, üst dodağın, burunun, sağ diz oynağının, sol əlin sıyrıqları, sol budun hematoması, sağ təpə nahiyyəsinin səthi əzilmiş yarası, yuxarı çənədə mərkəzdən sağa İ dişin hissəvi sınması və diş ətinin qançırı küt əşya (alət) təsirindən törənmişdir. Qərarda göstərilən şəraitdə və müddətdə, yəni 12.06.2021-ci il tarixdə piyada qismində olarkən, hərəkətdə olan avtomobilin onu vurması nəticəsində törənməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aiddir. Təhqiqat materialında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi ilə bağlı 12.06.2021-ci il tarixdə saat 23:45-də tərtib olunmuş 2/16437 nömrəli aktdan görünür ki, Şəxs ayıq vəziyyətdə olmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, 12 iyun 2021-ci il tarixdə təxminən saat 22 radələrində sürücü Şəxs idarə etdiyi “BNW” markalı **-PV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, “Saf Su” obyektinin qarşısında yolu keçən piyadalar X7 və X2 vurmuşdur. X1 yüngül dərəcəli bədən xəsarəti, X9 isə az ağır dərəcəli bədən xəsarəti almışlar. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlindən səmimi peşmançılığını Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir və həmin Məcəllənin 33-cü maddəsinə əsasən isə onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini, məsuliyyətini yüngülləşdirən halı, onun ailədə yeganə qazanc gətirən şəxs olmasını və bunun üçün nəqliyyat vasitəsini idarə etmək zərurətinin olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat miqdarında cərimə növündən inzibati tənbeh tədbiri təyin edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1762/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1762/2021
11.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver