Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1765/2020 28.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs X3, Müdafiəçi Bakı şəhəri “ Mərkəz” Vəkil Bürosunun vəkili X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1994-cü il tarixdə Neftçala rayonunun, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Neftçala rayonu, Qədimkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı Şəhər Baş Polis X1 Bakı Metropolitenində Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı,0641096 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Bakı Şəhər Baş Polis X1 Bakı Metropolitenində polis şöbəsi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxx 2020-ci il tarixdə metronun “Nizami” stansiyası platformasında saxlanılan zaman dediyinə görə öz istifadəsi üçün cibindən quru halda bir büküm narkotik maddə marixuana aşkar edilmişdir. Bundan başqa o, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində tibbi müayinədən keçərkən onun narkotik vasitə istehlakçısı olması müəyyən edilmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı (qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı Şəhər Baş Polis X1 Bakı Metropolitenində polis şöbəsinin əməliyyat müvəkkili X8 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə tanışı X9 və həmkəndlisi X5 ilə birlikdə metronun “Nizami” stansiyasında qatar gözləyən zaman ağız və burun boşluğunu qoruyan tibbi qoruyucu maskanı çıxartmışdır. Bu vaxt platformada xidmət aparan polis əməkdaşı ona yaxınlaşaraq tibbi maskadan istifadə etməyərək karantin qaydalarını pozduğuna görə yanındakı şəxslərlə birlikdə polis şöbəsinə dəvət edilmişdirlər. Polis şöbəsində onun üzərinə baxış keçirilən zaman şalvarının sağ yan cibindən öz istifadəsi üçün saxladığı ağ kağıza bükülmüş bir büküm olan quru halda narkotik maddə marixuana aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitəni təxminən bir ay bundan əvvəl qeydiyyatda olduğu Neftçala rayonu, Qədimkənd kəndində olan zaman, kanal kənarına balıq tutmağa gedərkən, kanalın kənarından yerdən tapmışdır. Tapdığı həmin marixuananın bir hissəsini siqaretə doldurub içmiş, qalan hissəsini isə öz istifadəsi üçün üzərində saxlayıb Bakı şəhərinə gətirmişdir. O, sonda qeyd etmişdir ki, həmin siqaret kağızında olan marixuana ona məxsus olmamış, lakin yerdən həmin marixuananı istifadə etməsi üçün götürmüşdür. Hazırda əməlindən səmimi peşmandır və barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Bundan əlavə Şəxs verilmiş suala cavab olaraq bildirdi ki, barəsində tərtib edilmiş protokol və iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında iştirak edən müdafiəçi Y.C.Hüseyn bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını və könüllü etirafını nəzərə alaraq onun barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Səhiyyə Nazirliyi Respublika X6 X10 X7 yoxlamanın xx xxxx 2020-ci il tarixli 1801 nömrəli rəyindən görünür ki, ekspress-test üsulu ilə müayinə nəticəsində Şəxs sidiyində OPİ(-) aşkar olunmamış, THC (+) aşkar olunmuşdur. Şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur və lakin, hal-hazırda abstinensiya, intoksikasiya əllamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyax yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzininin xx xxxx 2020-ci il tarixli 054-HK-1/165 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış zərfdə 1 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi 0,314 qram bitki mənşəli kütlə, tərkibində narkotik madədlər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə haqqında xx xxxx 2020-ci il tarixli 1/3563 nömrəli protokoldan görünür ki, Şəxs THC (+) aşkar olunmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli şübhəli şəxs statusundan azad edilməsi haqqında qərardan görünür ki, Şəxs aşkar olunmuş narkotik vasitə sayılan marixuana şəxsi istehlak miqdarından az olduğundan və onun əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri müəyyən olunmadığı üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə əsasən şübhəli şəxs Şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən barəsində hər hansı qətimkan tədbiri seçilmədən dərhal azad edilərək şübhəli olan şəxs statusundan azad edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 15:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 01 (bir) ay 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən saat 15:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı Şəhər Baş Polis X1 Bakı Metropolitenində Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-1765/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1765/2020
28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver