Məhkəmə qərarları › İş №3(004)-1766/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1766/2020

28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1766/2020 28.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Neftçala rayonunun Qədimkənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Mərdəkan qəsəbəsində kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dairAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsi tərəfindən tərtib edilmişxx xxxx 2020-ci il tarixli, MN seriyalı,0641098 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı,0641098 nömrəliinzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixində metronun “Nizami” stansiyasında saat 16:30 radələrində narkotik vasitə istifadəsi ilə bağlı şübhəli bilindiyindən saxlanılmış və müayinə nəticəsində onun narkotik vasitə əldə edərək istifadə etməsi müəyyən edilmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı (qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nə bilavasitə tabe olan Bakı Metropolitenində PŞ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili X8 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Metropolitenində PŞ-nin PPX-nin əməkdaşları metronun “Nizami” stansiyasında xidmətdə olduğu zaman ölkə ərazisində tətbiq olunan xüsusi karantin qaydalarına riayət edilməsi vəziyyətini yoxlayarkən X3 tibbi maskadan istifadə etməməsi aşkar edilmişdir. O, barəsində müvafiq tədbir görülməsi üçün şöbəyə dəvət edilmiş bu zaman X3 özünün və onun yanında olan tanışları 1997-ci il təvəllüdlü Şəxs, eyni zamanda 1994-cü il təvəllüdlü X5 narkotik vasitədən istifadə etmələrinə dair əsaslı şübhə yaranmışdır. Şöbədə müdafiəçinin iştirakı ilə X3 üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar edilərək götürülmüş, Şəxs və X5 üzərilərindən isə hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Aparılan araşdırma zərurəti ilə əlaqədar iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, X6, Şəxs və X9 tibbi müayinə və narkoloji ekspertizalardan keçirilmiş, müayinə nəticəsində onların narkotik vasitədən istifadə etmələri müəyyən edilmişdir. Həmçinin iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertiza rəyi əsasında X3 üzərindən aşkar edilmiş maddənin çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuanna olması, onun təmiz çəkisinin isə şəxsi istehlak miqdarından az miqdarda, yəni 0,314 qram olması müəyyən edilmişdir. Toplanmış material üzrə cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən Polis Şöbəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı Samir Axundovun xx xxxx 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilmişdir. Qəbul edilmiş qərarın surəti isə şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi məqsədilə şöbənin NMQ-na göndərilmişdir. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək hüquq və vəzifələri izah edilməklə surəti ona təqdim edilmişdir. Protokol tərtib etmiş X8 göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs haqqında müvafiq maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o dostları ilə “Nizami” metrostansiyasında platformada qatar gözləyən zaman polis əməkdaşı onlara yaxınlaşıb dostu X1 qaydalarına riayət etmədiyinə görə irad tutmuşdur. Daha sonra isə şəxsiyyətlərinin müəyyən edilməsi üçün onları Bakı Metropolitenin Polis Şöbəsinə dəvət etmişlər. Onların üzərinə hal şahidlərinin iştirakı ilə şəxsi axtarıç keçirilmiş və bu vaxt dostu İlqarın üzərindən narkotik vasitə aşkar olunmuşdur. Lakin onun özünün və yanlarında olan digər dostu Azadın İlqarın üzərində narkotik vasitə olmasına dair məlumatı olmamışdır. İzahatları alındıqdan sonra İlqar şübhəli şəxs qismində tutulmuş, o, isə azadlığa buraxılmışdır. Ekspertiza nəticəsi əldə edildikdən sonra isə İlqar da azadlığa buraxılmışdır. Şəxs əlavə olaraq izahatında bildirmişdir ki, təxminən bir ay bundan əvvəl adgünü məclisində tanımadığı şəxsdən əldə etdiyi narkotik vasitə tiryək qəbul etmişdir. O, aradabir narkotik vasitə istifadə etməsinə baxmayaraq, onda narkotik vasitədən aludəçilik yaranmamışdır. Şəxs evli olmaqla himayəsində azyaşlı uşağın olması nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Bundan əlavə Şəxs ona verilmiş suala cavab olaraq bildirdi ki, barəsində tərtib edilmiş protokol və iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 eyni məzmunlu izahat verərək Şəxs göstərdiyi xüsusatları təsdiq etmişdir. O, həmçinin izahatında bildirmişdir ki, onun üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuana barədə dostları Şəxs və X5 məlumatları olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin polis nəfəri X7 da eyni məzmunlu izahat verərək X4 izahatında göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 27 iyun və xx xxxx 2020-ci il tarixli raportlardan müəyyən edilir ki, xx xxxx 2020ci il tarixdə saat 17 radələrində “Nizami” metrostansiyasında ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi qaydalarını pozmuş X6 və dostları Şəxs, X9 şöbəyə gətirilərək növbətçi hissəyə təhvil verilmişlər. Hal şahidlərinin iştirakları ilə X3 üzərinə şəxsi axtarış keçirilən zaman üzərində bir bükümdə narkotik vasitə olan marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və fiziki şəxsdə olan əşyaların yoxlanılması haqqında protokollardan müəyyən edilir ki, Şəxs və X5 üzərlərindən hər hansı bir qanunsuz aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx xxxx 2020-ci il tarixli 1/3564 nömrəli protokolundan müəyyən edilmişdir ki, Şəxs müayinəsi zamanı onda OPİ (+) preparatlarında istifadə halı aşkar olunmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 7/383 nömrəli rəydən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “X3 üzərində aşkar edilmiş .....” sözləri yazılmış zərfdə bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,314 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuanadır. İş üzrə təyin edilmiş məhkəmə-nakoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 1800 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəydən müəyyən edilir ki, Şəxs narkotik vasitələrdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əziyyət çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Lakin ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı Samir Axundovun xx xxxx 2020-ci il tarixli qərarından müəyyən edilir ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X6, Şəxs və X5 barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati təsir tədbirinin görülməsi məqsədilə qəbul edilmiş qərarın icrası şöbənin NMQ-na həvalə edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 15:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokol tərtib edən şəxsin, iş materiallarını, iş materiallarına əlavə sənədləri araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarında narkotik vasitə əldə edərək qəbul etməsi iş materialları əsasında və özünün səmimi etirafı ilə sübuta yetirilmiş, o, həmin xətanın törədilməsində təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, həmin Məcəllənin 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görəüç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşmançılığını, əvvəllər məsuliyyətə cəlb olunmadığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 15:00-dan hesablansın. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinə və Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar