Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1766/2023 31.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Yasamal aryonu, V.Əliyev küçəsi, ev 66-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 322.0.1, 332.4, 327.6 və 511.1.3-cü maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayonu Polis İdarəsindən və Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Yasamal rayonu Polis İdarəsi tərəfindən İXM-in 511.1.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, o xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Yasamal rayonu ərazisində idarə etdiyi “OPEL minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən avtomobili anidən sürətləndirmiş, asfalt üzərində təkər izləri və təkər səsləri çıxarmışdır, həmçinin avtoxuliqanlıq etmişdir. Bundan başqa Şəxs barəsində Yasamal rayonu Polis İdarəsi tərəfindən İXM-in 322.0.1, 332.4 və 327.6-cı maddələri ilə xx.xx.2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, o xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Yasamal rayonu ərazisində idarə etdiyi “OPEL minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən avtomobili “BMW” markalı avtomobilə vuraraq hadisə yerindən qaçmış və sürücülük vəsiqəsinin olmaması məlum olmuşdur. Bundan başqa Şəxs barəsində Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən İXM-in 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, o, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Yasamal rayonu, N.Nərimanov prospektində idarə etdiyi “OPEL minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən manevr qaydasını pozduğu üçün yol polisi əməkdaşları tərəfindən saxla əmri verilmişdir, o, əmrə tabe olmayaraq bilərəkdən hərəkətini davam etdirmişdir. Dəfələrlə saxla əmri verilsə də təkərlərin yerin səthilə sürtünməsi səslərini çıxararaq qaçmışdır. Polis əməkdaşları qarşıdakı naryadlardan kömək istəmişlər, onların köməyi ilə qarşıda süni tıxac yaradaraq onu saxlamışlar. Onlar sürücüyə yaxınlaşaraq onu nizam intizama dəvət etsələr də o, polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Lakin məhkəmə baxışının nəticəsində şəxsin həmin inzibati xətalardan yalnız İXM-in 322.0.1, 332.4, 327.6 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törədiyi müəyyən edildi. İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmədi. Belə ki, Şəxs məhkəməyə verdiyi izahatında özünü İXM-nin 322.0.1, 332.4, 327.6 və 535.1ci maddələri ilə təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Yasamal rayonu, N.Nərimanov prospektində idarə etdiyi “OPEL minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol nişanının tələbini bir dəfə pozub. Polis saxlayarkən saxla əmrinə tabe olmamış. Lakin bunu dəfələrlə etməmiş, heç bir xuliqanlıq hərəkəti etməmişdir. Bu barədə sübut yoxdur. Həqiqətən də bir neçə ay əvvəl nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. Protokol tərtib etmiş Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsi DYPŞ-nin inspektoru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs barəsində İXM-in 511.1.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, o xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Yasamal rayonu ərazisində idarə etdiyi “OPEL minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən avtomobili anidən sürətləndirmiş, asfalt üzərində təkər izləri və təkər səsləri çıxarmışdır, həmçinin avtoxuliqanlıq etmişdir. Protokol tərtib etmiş Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsi DYPŞ-nin inspektoru Miryusif Seyidov məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs barəsində İXM-in 322.0.1, 332.4 və 327.6-cı maddələri ilə xx.xx.2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, o xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Yasamal rayonu ərazisində idarə etdiyi “OPEL minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən avtomobili “BMW” markalı avtomobilə vuraraq hadisə yerindən qaçmış və sürücülük vəsiqəsinin olmaması məlum olmuşdur. Protokol tərtib etmiş Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin sahə inspektoru X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, İXM-in 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, o, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Yasamal rayonu, N.Nərimanov prospektində idarə etdiyi “OPEL minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən manevr qaydasını pozduğu üçün yol polisi əməkdaşları tərəfindən saxla əmri verilmişdir, o, əmrə tabe olmayaraq bilərəkdən hərəkətini davam etdirmişdir. Dəfələrlə saxla əmri verilsə də təkərlərin yerin səthilə sürtünməsi səslərini çıxararaq qaçmışdır. Polis əməkdaşları qarşıdakı naryadlardan kömək istəmişlər, onların köməyi ilə qarşıda süni tıxac yaradaraq onu saxlamışlar. Onlar sürücüyə yaxınlaşaraq onu nizam intizama dəvət etsələr də o, polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarındakı xx.xx.2023-cü il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 14:50 radələrində tutulmuşdur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə yanaşı inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 322.0.1-ci maddəsinə əsasən müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusların müəyyən edilmiş hərəkət cədvəlinə və hərəkət sxeminə riayət olunmaması inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarına, toplanmış materiallara qiymət verərək hesab edir ki, şəxsin əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar mövcuddur. Onun həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Lakin onun əməlində İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş xətanın tərkibinin bütün əlamətləri mövcud deyildir. Çünki İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Şəxsin əməlində “polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq” kimi İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar mövcuddur. Onun əməlində “avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması” kimi İXM-nin 511.1.3-cü maddəsinin tərkibini yaradan əhalinin dincliyini nümayişkaranə şəkildə pozma, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmə ilə müşayiət olunan qərəzli hərəkətlər mövcud deyildir. Hər bir şəxs törətdiyi konkret əmələ görə məsuliyyət daşımalıdır. Şəxsin törətdiyi əməl İXM-nin 322.0.1, 332.4, 327.6 və 535.1-ci maddələrinin tərkibini yaradır, onun həmin əməlli İXM-nin 511.1.3-cü maddəsinin tərkibini yaratmır. Ona görə də inzibati xəta haqqında işi üzrə icraata İXM-nin 511.1.3-cü maddəsi üzrə xitam verilməlidir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in 511.1.3-cü maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.1, 332.4, 327.6 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, 400 manat (dörd yüz manat) məbləğində inzibati cərimə edilsin. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs həbsdən dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1766/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1766/2023
31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver