Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1766/2024 01.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin polis sahə inspektoru X5, zərərçəkmiş şəxslər X8, X1, X4, X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 1 aprel 2024-cü il tarixli MN seriyalı ******* saylı protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs müxtəlif tarixlərdə mütəmadi olaraq ictimai qaydanı yəni qonşular arasında birgə yaşayış qaydalarını pozaraq, qonşuluqda yaşayan şəxslərə nalayiq ifadələrlə söyərək xırda xuliqanlıq törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Yasamal RPİ-nin 26-ci PB-nin polis sahə inspektoru X10 tərtib etdiyi protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, Şəxs qonşuları təhqir etməsi, onların barəsində ağır şəkildə istifadə etmiş olduğu söyüşlərin olmasını sübut edən video diski məhkəməyə təqdim edərək ona baxış keçirilməklə nəzərə alınmasını xahış etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirmişdir ki, Şəxs onu mütəmadi olaraq nalayiq ifadələr və küçə söyüşləri ilə təhqir edir, gün ərzində qapılarına şüşə bankalar ilə zərbələr endirmiş, həmçinin eyvandan və bolkdan üzərlərinə su axıtmışdır. Eyvanın qarşısına gələrək onu və ailə üzvlərini küçə söyüşləri ilə hamının – bütün qonşuların gözü qarşısında təhqir etmiş, şəxsiyyətlərini alçaltmışdır. Buna görə də Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X14 digər zərərçəkmiş şəxs X3 ilə eyni məzmunlu ifadələr verərək Şəxs barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirmişdir ki, 2 ildən çoxdur ki, qonşuluqda yaşayan Şəxs mütəmadi olaraq onunla və digər qonşularla münaqişə yaradaraq, nalayiq və pis söyüşlər istifadə edərək onları söyür, gecə yarısı blokda qışqıraraq onları narahat edir. Onun 2 azyaşlı uşağı Şəxs qışqırıq səslərindən və söyüşlərindən qorxaraq psixoloji travma almışlar. Buna görə də Şəxs şikayətçidir və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 Fuad Muradxan oğlu ilə eyni məzmunlu ifadə verərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək, bildirmişdir ki, yaşadığı beş mərtəbəli binanın 3-cü mərtəbəsində yaşayan qonşusundan və 2-ci mərtəbəsində yaşayan kirayəşinlərdən hər gün müxtəlif saatlarda mənşəyi bilinməyən və təyin edə bilmədiyi qoxular onun hamamtualetinə və mətbəxinə dolur. Bununla bağlı onlara dəfələrlə iradını bildirsə də, hər dəfə müxtəlif bəhanələr gətirmişlər və onu əxlaqsız söyüşlərlə təhqir etmişlər. Onun barəsində edilən şikayətlər tamamilə şər və böhtandır. Buna görə də barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə Şəxs bildirmişdir ki, onun azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdən saat 12:00-dan məhdudlaşdırılmışdır. Şəxs ona verilmiş suala cavab olaraq bildirmişdir ki, məhkəmə iclasında maddi sübut kimi təqdim edilmiş və baxış keçirilmiş video diskdə səslənən fikirlər ona məxsusdur, təhqiramiz sözləri və soyüşləri o ifadə edir, bunu etməkdə məqsədi qonşulara onların öz dillərində cavab vermək olmuşdur. İş materiallarında olan 1 aprel 2024-cü il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, müxtəlif tarixlərdə mütəmadi olaraq ictimai asayişi pozaraq, qonşuluqda yaşayan şəxsləri nalayiq ifadələrlə söyərək Azərbaycan Respublikasının İXM 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətmişdir. İş materiallarına əlavə edilmiş video diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, gecənin qaranlıq saatlarında bir nəfər qadın cinsindən olan şəxs uca səslə qonşularını nalayiq ifadələrlə təhqir edir, ağır söyüşlər söyməklə ictimai qaydanı kobud şəkildə pozur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, proses iştirakçılarının izahatları, inzibati xəta haqqında protokol, maddi sübut olan DVD-disk və digər iş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsi sübuta yetirildi. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda onu da nəzərə alır ki, şəxs qadın olmasına baxmayaraq ətrafda yaşayan qonşularını yüksək səslə ağır şkildə təhqir etməkdən çəkinməyərək onlara nalayıq söyüşlər söymüş, bütün bu baş verənlərdən səmimi peşimançılıq çəkməyərək, üzrxaqlıq etmək və barışıq mövqeyi tutmaq əvəzinə, əksinə məhkəmə iclas zalında inzibati işə baxılan zaman belə orada olan zərəçəkmiş şəxslər barəsində təhqiramiz ifadələr işlətmiş (bundan başqa məhkəmə iclaz zalında orada iştirak edən protokol tərtib etmiş polis əməkdaşları barəsində xoşagəlməz ifadələrdən istifada etməkdən belə çəkinməmiş) qonşulara söyüş söyməyini məhkəmə iclasında etiraf etməklə yanaşı bu hərəkətinə, özünə haqq qazandırmağa çalışmışdır. Halbuki, məhkəmə araşdırması zamanı mötəbər sübutlarla müəyyən edilmişdir ki, Şəxs öz təqsirli hərəkəti ilə ictimai qaydanı yəni konkret olaraq cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının kobud şəkildə pozmuşdur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli, şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən saat 12:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 510-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 5 (beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən saat 12:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1766/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1766/2024
01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver