Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1767/2021 29.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov X1 inzibati xəta haqında iş üzrə qərardan verdiyi şikayətə dair inzibati işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: X2 onun barəsində qəbul edilmiş AR DİN Abşeron rayon Polisi İdarəsinin DYPŞ-nin TP ******* saylı, 29.01.2021-ci il tarixli inzibati xəta haqında iş üzrə qərardan şikayət vermişdir. İş materiallarından görünür ki, inzibati xətanın törədildiyi yer Abşeron rayonu Saray- Novxanı ərazisidir. Protokolu və qərarı Abşeron rayon DYP-si qəbul etmişdir. Bundan əlavə iş üzrə müəyyən edilir ki, hazırkı işə vəsatət üzrə də Yasamal rayon Məhkəməsinə baxıla bilmir. Çünki müəyyən edilir ki, X1 şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən qeydiyyat və yaşayış ünvanı ünvan 1ə də Yasamal Rayon Məhkəməsində baxıla bilmir. Baxmayaraq ki iş materiallarına A.Məmmədov tərəfindən şikayətə onun yaşayış yeri üzrə məhkəmədə baxılması barədə vəsatət əlavə edilmişdir. Lakin vəsatətdə işə Yasamal rayon məhkəməsində baxılması xahiş edilsə də, işə onun vəsatəti əsasında Yasamal Rayon məhkəməsində baxıla bilmir. Vəsatətdə onun Yasamal rayonu Z.Xəlilov küçəsi 586-cı məhəllə, ev 74, mənzil 98 olduğu göstərilsə də, həmin ünvan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələbləri baxımından onun yaşayış yeri sayılmır. Hətta A.Məmmədov Abşeron rayon DYP-yə yazdığı izahatında da yaşayış ünvanını Naxçıvan şəhəri üzrə göstərmişdir. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04.11.2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Belə olduğu təqdirdə şəxsin sənədlərə əsasən yaşayış yeri Yasamal rayonu ərazisi deyil, Naxçıvan şəhəridir. Belə olduğu təqdirdə şikayətə inzibati xətanın törədildiyi yer üzrə Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04.11.2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti verilə bilməz. İXM-in 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. İXM-in 132.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadığı müəyyən edildikdə, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 118, 129, 132ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X1 barəsində qəbul edilmiş inzibati xəta haqında iş üzrə qərardan verdiyi şikayət, aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1767/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1767/2021
29.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver