Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1767/2023 31.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, MÜƏYYƏN ETDİM: Şəxs tərəfindən İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə material Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilib. İnzibati xəta törədilməsi haqqında materialı tədqiq edərək, hesab edirəm ki, bu işin baxılması Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir və işin hakim tərəfindən baxılmasının istisna edən hallar mövcud deyil. İnzibati xəta haqqında protokol İXM-in tələblərinə müvafiq olaraq tərtib edilmişdir və işin icraatını rədd edən hallar mövcud deyil. Mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar vardır. İş üzrə vəsatətlər və etirazlar yoxdur. Eyni zamanda müəyyən edilmişdir ki, məhkəmənin icraatına Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında materiallar daxil olmuş və müvafiq olaraq 3(004)-1766/23 və 3(004)-1768/23 nömrəsi ilə qeydə alınmışdır. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi bir neçə inzibati xəta ilə bağlı 2 (iki) ayrı-ayrı inzibati materiallar 31 mart 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmənin icraatında olan 3(004)-1766/2023, 3(004)-1767/23 və 3(004)-1768/23 nömrəli inzibati işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməli və iş 3(004)-1768/2023 nömrə ilə davam etdirilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 106, 109-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİM: Məhkəməsinin icraatında olan 3(004)-1766/2023, 3(004)-1767/23 və 3(004)- 1768/2023 nömrəli inzibati işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilsin və iş 3(004)- 1768/2023 nömrə ilə davam etdirilsin. Hakim Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1767/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1767/2023
31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver