Məhkəmə qərarları › İş №3(004)-1768/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1768/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1768/2023 08.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Yasamal aryonu, V.Əliyev küçəsi, ev 66-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.1, 332.4 və 327.6, 511.1.3 və 535.1-cı maddələri ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 322.1, 332.4 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, AP ******* saylı, İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, AP ******* saylı, İXM-nin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci PB-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar və materiallarını araşdırılarkən müəyyən edildi ki, məhkəməyə daxil olmuş həmin işlər üzrə eyni şəxs tərəfindən törədilməsinə görə bir neçə protokol tərtib edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin inzibati xətalara dair işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılmalıdır Həmçinin iş № 3 (004) –1766/ 2023, 3 (004) –1767/ 2023, 3 (004) –1768/ 2023 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilməli olduğundan, həmin işlər 3 (004) – 1766/ 2023 saylı inzibati xəta haqqında iş üzrə icraatda birləşdirilməlidir və həmin nömrə altında baxılmalıdır. Belə ki, İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 34-cü maddələrinə əsasən, QƏRARA ALDİ: 1) 3 (004) –1766/ 2023, 3 (004) –1767/ 2023, 3 (004) –1768/ 2023 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılsın. Həmin işlərə 3 (004) – 1766/ 2023 saylı inzibati xəta haqqında iş üzrə bir icraatda baxılsın. 2) İnzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilsin. 3) İşə daxil olduğu gün baxılsın. 4) İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçıları məhkəmə baxışında iştirak etmələri üçün çağırılsın. 5) İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin. Hakim Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar