Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1768/2024 25.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2, AR DİN Bakı şəhəri Baş Polis İdarəsinin X12 İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında protokol üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X4 Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında protokol üzrə qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Bakı şəhər BPİ-nin DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 12 mart 2024-cü il tarixdə +**********77 mobil nömrə vasitəsilə DYPİ Polis X1 tərəfindən istifadəsində olan +**********30 mobil nömrəsinə zəng olunaraq 05 mart 2024-cü il tarixdə inzibati xəta törətdiyi və bununla əlaqədar DYPİ -nə yaxınlaşmalı olduğumu bildirmişdir. Cavabında inzibati xəta törətmişdirsə bununla əlaqədar protokolu tərtib edib qeydiyyatda olduğu ünvana göndərməsini xahiş etmişdir. Telefon danşığı yekunlaşdıqdan sonra hazırda istifadəsində və mülkiyyətibdə olan, 99V0662 dövlət qeydiyyat nişanlı avtomobil 150 AZN cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 13 mart 2024- cü il tarixdə Bakı Şəhəri DYPİ-nə yaxınlaşaraq İXP6097079 saylı protokol üzrə yazılmış qərarın surətini almışdır. İnzibati tənbeh tədbiri tətbiq etmə haqqında TP ******* nömrəli qərarın surətindən görünür ki, törədilən inzibati xəta Yasamal rayonu, Yeni - Yasamal massivi Ə.Əhmədov - Talıblı küçələrinin kəsişməsində qeydə alınmışdır. DYPİ Polis X1 maddi hüquq normalarının tələblərini kobud surətdə pozaraq İXM-nin 327.1-ci maddəsi ilə deyil, qərəzli olaraq İXM-nin 327.4-cü maddəsi ilə cərimə tətbiq etməklə inzibati tənbeh növü tətbiq etmişdir. Belə ki, İXM-nin 327.4-cü maddəsinin dispozisiyasında qeyd olunduğu kimi birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə inzibati xəta müəyyən olunmuşdur. Halbuki, Yasamal rayonu Yeni -Yasamal massivi, Ə.Əhmədov- Talıblı küçələrinin kəsişməsi birtərəfli hərəkət istiqaməti deyildir. Qanun normasından görünür ki, qeyd olunan maddənin sanksiyası birtərəfli hərəkət istiqaməti üçün nəzərdə tutulmuşdur. Bakı şəhəri DYPİ Polis X1nun İXP6097079 saylı 13 mart 2024-cü il tarixli protokolu əsasında yazılmış,TP ******* nömrəli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında AR DİN Bakı şəhəri Baş Polis İdarəsinin X12 İdarəsinin nümayəndəsi X6 qərarın qanuni olduğunu əsas gətirərək, şikayətin təmin edilməməsini xahiş etmişdir Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 5 mart 2024-cü il tarixdə saat 16:04 radələrində idarə etdiyi “Hyundai Elantra” minik markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yeni-Yasamal Ə.Əhmədov – Talıblı küçələrinin kəsişməsində hərəkətdə olarkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Buna görə də o, İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələblərini pozduğu üçün 150 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir Qeyd olunan Məcəllənin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Sözügedən Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Beləliklə, X4 barəsində tərtib edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi mötəbər sübutlarla müşayiət olunmadığından sözügedən qərar ləğv edilməli, şikayət isə əsaslı hesab edilərək təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X2 şikayəti təmin olunsun. X4 barəsində tərtib edilmiş Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarı ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1768/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1768/2024
25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver