Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-177/2023 14.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X6 iclas katibliyi ilə Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X3, X1nun vəkili X7 iştirakları ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 20 dekabr 2022ci il tarixli MN seriyalı ******* nömrəli qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X4 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 20 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, X10 Xidməti Bakı şəhər İdarəsinin 20 dekabr 2022-ci il tarixli MN №1292239 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə AR İXM-nin 192.4-ci maddəsində göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinərək 1100 (bir min yüz manat) AZN məbləğində inzibati cərimə edilmişdir. İnzibati orqan inzibati tənbeh verilməsi ilə bağlı qərarını belə əsaslandırmışdır ki, baş direktoru olduğu müəssisə tərəfindən işçinin əmək münasibətlərinə xitam verilərkən AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozulmuş və işçiyə son haqq-hesab tam ödənilməmişdir. İnzibati orqana şikayət etmiş və sabiq işçiləri olmuş Şahid işdən çıxdığı günə qədər haqqı olan bütün ödəmələr edilmiş, son haqq-hesabı düzgün hesablanmışdır. X10 Xidməti Bakı şəhər İdarəsində işə baxılan zaman ödənişlərlə bağlı bank çıxarışının təqdim edilməsi həmin sənədin əldə edilməsinin müəyyən qədər vaxt aparması səbəbindən mümkün olmamışdır. Bu səbəbdən inzibati orqan tərəfindən sadəcə şikayətçi vətəndaşın, yəni Şahid bildirdikləri əsas götürülməklə əsassız qərar qəbul edilmişdir. İşə baxan X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən sabiq işçilərinin 43 gün əmək məzuniyyəti olmasına baxmayaraq ona 31 günlük məzuniyyət haqqının ödənildiyi, son haqq-hesab zamanı 12 günlük istifadə edilməyən məzuniyyət pulunun ödənilmədiyi bildirilmişdir. Bu zaman X10 Xidməti Bakı şəhər İdarəsi işçinin 2022-ci il üzrə ödənişlərini nəzərə almış, 2021-ci ildə ona ödənilən vəsaitləri araşdırmamış və işçidən bununla bağlı çıxarış tələb etməmişdir. Odur ki, natamam araşdırma nəticəsində ədalətsiz qərar qəbul edilmişdir. Şahid 2021-ci ilin aprel ayında 7 günlük, həmin ilin oktyabr ayında 6 günlük və 2022-ci ilin iyun ayında da 31 gün olmaqla, yekunda 44 günlük əmək məzuniyyətinə çıxmış və buna müvafiq olaraq məzuniyyət pulunu almışdır. Hazırki halda inzibati tənbeh verilməsi haqqında qərar qəbul edilməsi üçün əsas son haqq-hesabın tam ödənilməməsi olmuşdur, lakin yuxarıda qeyd etdiyi kimi işçiyə baş direktoru olduğu şirkət tərəfindən bütün ödənişlər, eləcə də, məzuniyyət haqqı tam ödənilmişdir. Yekun olaraq o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən barəsində qəbul edilmiş Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsilə olan 20 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1nun vəkili X11 şikayətin dəlillərinə uyğun izahat verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 20 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərar əsassız və qanunsuz olduğundan onu ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X9 şikayət ərizəsinə etiraz edərək bildirmişdir ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, "xxxx" MMC-nin rəbhəri X4 həmin cəmiyyətdə işləmiş Şahid son haqq-hesabı ödəyən zaman ona istifadə edilməmiş məzuniyyət günlərinin kompensasiyası ödənilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 20 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərar qanuni olduğundan qüvvəsində saxlanılmasını şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şahid izahatında bildirmişdir ki, o 12 avqust 2020-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək "xxxx" MMC-də satış meneceri vəzifəsində işləmişdir. "xxxx" MMC tərəfindən ona son son haqq-hesab ödənilən zaman onun istifadə etmədiyi məzuniyyət günlərinin kompensasiyası ona ödənilməmişdir. Məhkəmə tərəflərin izahatını, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş edilmiş 20 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, X4 barəsində tərtib edilmiş 14 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində inzibati 1100 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tədbiq edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Şahid həmin tarixdə "xxxx" MMC-də satış məsləhətçisi-təcrübəçi kimi işə qəbul edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Şahid xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-də işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Şahid tərəfindən "xxxx" MMC-nin baş direktoru Həsən İsrafilzadəyə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə kimi əmək məzuniyyəti verilməsini xahiş etmişdir. Şahid tərəfindən "xxxx" MMC-nin baş direktoru Həsən İsrafilzadəyə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə kimi əmək məzuniyyəti verilməsini xahiş etmişdir. Şahid tərəfindən "xxxx" MMC-nin baş direktoru Həsən İsrafilzadəyə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi əmək məzuniyyəti verilməsini xahiş etmişdir. Şahid tərəfindən "xxxx" MMC-nin baş direktoru Həsən İsrafilzadəyə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi əmək məzuniyyəti verilməsini xahiş etmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş çıxarışdan görünür ki, 7 gün məzuniyyət dövrü üçün Şahid 143.22 manat məzuniyyət ödənişi hesablanmışdır. "xxxx" ASC-nin çıxarışından görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində Şahid hesabına 299.38, 267.93 və 301.62 manat məbləğində əmək haqqı formasında ödəniş edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş çıxarışdan görünür ki, 6 gün məzuniyyət dövrü üçün Şahid 229.11 manat məzuniyyət ödənişi hesablanmışdır. "xxxx" ASC-nin çıxarışından görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində Şahid hesabına 301.62, 280.00, 45.52 və 11.80 manat məbləğində əmək haqqı formasında ödəniş edilmişdir. "xxxx" ASC-nin çıxarışından görünür ki, 30 iyun 2022-ci il tarixdə Şahid hesabına 1338.41 manat məbləğində əmək haqqı formasında ödəniş edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddənin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X8 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Qeyd olunur ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi "xxxx" MMC-nin rəbhəri X4 barədə protokol tərtib edilmişdir ondan ötəri ki, o həmin cəmiyyətdə işləmiş Şahid son haqq-hesabı ödəyən zaman ona istifadə etmədiyi məzuniyyət günlərinin kompensasiyasını ödəməmişdir. Lakin iş materiallarından görünür ki, Şahid xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-də işləmiş və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixə əmək məzuniyyəti hüququndan istifadə etmişdir. Yəni Şahid "xxxx" MMC-də işlədiyi zaman məzuniyyət huququndan tam istifadə etmişdir. Məhkəmə hesab edir ki, X2 əməlində inzibati xəta tərkibinin əlamətləri yoxdur və bu səbəbdən onun təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 şikayəti təmin olunsun. X4 barəsində qəbul edilmiş 20 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 20 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-177/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-177/2023
14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver