Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1770/2021 03.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, Yasamal rayon İcra şöbəsinin stajoru (icra məmuru vəzifəsi üzrə) X1, zərərçəkmiş şəxs (tələbkar) X2 nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin stajoru (icra məmuru vəzifəsi üzrə) X3 tərəfindən 03 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(103)-2986/2020 saylı icra sənədi üzrə tələbi icra etmir və bununla bağlı icra məmurunun tələblərini yerinə yetirmir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra şöbəsinin stajoru (icra məmuru vəzifəsi üzrə) A.Y.Aslanbəyli tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(103)-2986/2020 saylı icra sənədinə əsasən Şəxs onda saxlanılan iddiaçıya məxsus qonaq otağına aid olan əşyalar: 1 stol, 6 stul, divan dairəvi, qorka 1 ədəd, 3 cürə bogema fujeri, bagema meyvə qabı, digər meyvə qabı, 24 ədəd xrustal stəkan, 24 ədəd nəlbəki, 12 ədəd mürəbbə qabı kiçik, 6 ədəd Madonna serviz, 12 ədəd obednıy serviz, 12 ədəd armudu stəkan, nəlbəki 12 ədəd, 2 ədəd bogema qənd qabı, 1 ədəd qaşıq çamadanı, 1 ədəd bogema güldan 1 ədəd xrustal güldan, 1 ədəd xalça, 1 ədəd kamod, 1 ədəd güldan, 2 ədəd meyvə qabı, 1 ədəd televizor «LG» və ətrafında 2 ədəd suvenir, 1 ədəd pərdə və 1 ədəd tül, 1 ədəd çilçıraq, 1 ədəd radiator plitka, 1 ədəd şəkil (rəsm əsəri), 1 ədəd süfrə, 2 ədəd gül qabı, divan üstü; Yataq otağına aid olan əşyalar: 1 ədəd şifonyer, 2 ədəd tumboçka, 1 ədəd çarpayı, 1 ədəd trimo (güzgülü), 1 ədəd pərdə və 1 ədəd tül, 1 ədəd çilçıraq, 2 ədəd xalça, 1 ədəd ortopedik matras, 1 ədəd döşək, 2 ədəd yorğan, 2 ədəd balış (tüklü), 4 ədəd sintifon, 2 ədəd yay örtükləri, 1 ədəd qış örtüyü, 3 «tac» pastel, 2 ədəd altın başak pastel 6 ədəd süfrə, çoxlu çay dəsmalları 12 ədəd əl dəsmalları 9 hamam dəsmalı, uşaq çarpayısı və içlikləri (matras, döşəkçələr), uşaq yemək stolu 1 ədəd tozsoran «Henri», 1 ədəd ev telefonu, iynə sap dəsti, geyim əşyaları, uşaq paltarları və zibil qabı plasmas; Mətbəxə aid olan əşyalar: mətbəx mebeli 1 ədəd qaz plitəsi, 1 ədəd soyuducu (metal rəngli) «LG» markalı, 1 ədəd mikrovalnovka, 1 ədəd paltaryuyan maşın (metal rəngli) «SAMSUNG» markalı, 1 ədəd aspirator, 1 ədəd qaz peçi (metal rəngli), 1 ədəd mətbəx jalüzü, 1 ədəd xalça, 1 ədəd sok çəkən maşın, 1 ədəd mətbəx komaynı +(blendr) «KEVONO» markalı, 1 ədəd tok çayniki-samovar, 1 ədəd çaynik «TEFAL», dəm çayniki çaydan (dəmir), mətbəxdə istifadə olunan plastikqablar, 1 ədəd dəmir aşsüzən qazan dəsti (emallı), qazan dəsti (Karaca), 4 ədəd tava, 3 ədəd podnus dəsti (iç-içə), 12 ədəd qab dərin göy rəngli, 12 ədəd qab-duz (göy rəngli), 12 ədəd çəngəl (nerjoverka), 12 ədəd çay qaşığı (nerjoverka), 12 ədəd xörək qaşığı (nerjoveka), 6 ədəd bıçaq (nerjoverka), 1 dəst bıçaqlar (Karaca), 1 dəst çömçə və kartof əzən, 3 ədəd kompot dolçası və 6 ədəd stəkanı (ayrı-ayrılıqda), 1 dəst paltar qurudmaq üçün asılqan, 1 ədəd ütü, 1 ədəd ütüaltı çay dəsmallar, parça salfetkalar, 2 ədəd mürəbbə qabı 2 ədəd qənd qabı, 1 zal üçün palaz, 1 ədəd suşılka, ayaqqabı yığmaq üçün qab, plastmas, 1 ədəd soğan, kartof üçün 3 mərtəbə qab, 2 dəst stəkan, 6 ədəd nəlbəki, 6 ədəd duz qabı, 4 ədəd ləpə qabı, 1 ədəd 3 mərtəbə qab, 2 ədəd böyük Madonna qabı, 1 ədəd dəmir termos, 2 ədəd çörək qabı, rulon salfetka qabı, köhnə cehizlik 2 ədəd göy rəngli giləmeyvə qabı; Hamam otağma aid olan əşyalar: 4-lük dəst hamam ləvazimat, 2 ədəd ayaqaltı, 1 ədəd plastmas vanna, çox saylı paltar şpilkası, paltar asmaq üçün suşılka, paltar yığmaq üçün plastmas qab alınaraq, X4 verilməlidir. Həmçinin iddia tələbi qızıl-zinət əşyalarına münasibətdə təmin edilmiş, həmin qızıl-zinət əşyaları, onlar olmadıqda isə dəyəri, yəni boyunbağı kulon, 585 əyar, 9-10 qram 720 manat, onluq klon, 875 əyar, 8.6 qram 800 manat, 1 ədəd boyunbağı, 583 əyar, 10 qram 650 manat, sırğa brilyant, 583 əyar, 0,80 karat, 9-10 qram 1400 manat, tək qaş brilyant üzük, 750 əyar, 0,30 karat, 5-6 qram 550 manat, alyans üzük, 585 əyar 150 manat, boyunbağı və qolbaq, 585 əyar, 19- 21 qram 1700 manat, “Versace” sırğa, 585 əyar, 7-8 qram 600 manat, “Verace” halqa qolbaq, 585 əyar, 10-11 qram 850 manat olmaqla, cəmi 7420 (yeddi min dörd yüz iyirmi) manat cavabdeh Şəxs alınaraq X4 verilməlidir. İcra sənədi üzrə icraata 03 fevral 2021-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan başqa, borclunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş və hər hansı əmlakı və ya gəlirləri aşkar edilməmişdir. Hazırda borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək göstərmişdir ki, barəsində olan icra sənədindən xəbərdardır, bu günədək icra sənədi üzrə müxtəlif vaxtlarda ödənişlər etmiş və bu barədə qəbzlər də mövcüddur. O, hazırda imkanı olmadığı üçün qeyd olunan icra sənədini tam həcmdə icra edə bilmir. Lakin buna baxmayaraq məhkəmə tərəfindən ona 2 ay müddətinə möhlət verildiyi təqdirdə o, icra sənədini tam icra edəcəkdir. Göstərilən halların nəzərə alınaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) X2 nümayəndəsi X7 öz izahatında göstərmişdir ki, onlar yalnız icra sənədinin icra edilməsində maraqlıdırlar və Şəxs tərəfindən icra sənədinin tam həcmdə icra olunmasını istəyirlər. Göstərilən halların nəzərə alınaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(103)-2986/2020 saylı icra sənədinə əsasən Şəxs onda saxlanılan iddiaçıya məxsus qonaq otağına aid olan əşyalar: 1 stol, 6 stul, divan dairəvi, qorka 1 ədəd, 3 cürə bogema fujeri, bagema meyvə qabı, digər meyvə qabı, 24 ədəd xrustal stəkan, 24 ədəd nəlbəki, 12 ədəd mürəbbə qabı kiçik, 6 ədəd Madonna serviz, 12 ədəd obednıy serviz, 12 ədəd armudu stəkan, nəlbəki 12 ədəd, 2 ədəd bogema qənd qabı, 1 ədəd qaşıq çamadanı, 1 ədəd bogema güldan 1 ədəd xrustal güldan, 1 ədəd xalça, 1 ədəd kamod, 1 ədəd güldan, 2 ədəd meyvə qabı, 1 ədəd televizor «LG» və ətrafında 2 ədəd suvenir, 1 ədəd pərdə və 1 ədəd tül, 1 ədəd çilçıraq, 1 ədəd radiator plitka, 1 ədəd şəkil (rəsm əsəri), 1 ədəd süfrə, 2 ədəd gül qabı, divan üstü; Yataq otağına aid olan əşyalar: 1 ədəd şifonyer, 2 ədəd tumboçka, 1 ədəd çarpayı, 1 ədəd trimo (güzgülü), 1 ədəd pərdə və 1 ədəd tül, 1 ədəd çilçıraq, 2 ədəd xalça, 1 ədəd ortopedik matras, 1 ədəd döşək, 2 ədəd yorğan, 2 ədəd balış (tüklü), 4 ədəd sintifon, 2 ədəd yay örtükləri, 1 ədəd qış örtüyü, 3 «tac» pastel, 2 ədəd altın başak pastel 6 ədəd süfrə, çoxlu çay dəsmalları 12 ədəd əl dəsmalları 9 hamam dəsmalı, uşaq çarpayısı və içlikləri (matras, döşəkçələr), uşaq yemək stolu 1 ədəd tozsoran «Henri», 1 ədəd ev telefonu, iynə sap dəsti, geyim əşyaları, uşaq paltarları və zibil qabı plasmas; Mətbəxə aid olan əşyalar: mətbəx mebeli 1 ədəd qaz plitəsi, 1 ədəd soyuducu (metal rəngli) «LG» markalı, 1 ədəd mikrovalnovka, 1 ədəd paltaryuyan maşın (metal rəngli) «SAMSUNG» markalı, 1 ədəd aspirator, 1 ədəd qaz peçi (metal rəngli), 1 ədəd mətbəx jalüzü, 1 ədəd xalça, 1 ədəd sok çəkən maşın, 1 ədəd mətbəx komaynı +(blendr) «KEVONO» markalı, 1 ədəd tok çayniki-samovar, 1 ədəd çaynik «TEFAL», dəm çayniki çaydan (dəmir), mətbəxdə istifadə olunan plastikqablar, 1 ədəd dəmir aşsüzən qazan dəsti (emallı), qazan dəsti (Karaca), 4 ədəd tava, 3 ədəd podnus dəsti (iç-içə), 12 ədəd qab dərin göy rəngli, 12 ədəd qab-duz (göy rəngli), 12 ədəd çəngəl (nerjoverka), 12 ədəd çay qaşığı (nerjoverka), 12 ədəd xörək qaşığı (nerjoveka), 6 ədəd bıçaq (nerjoverka), 1 dəst bıçaqlar (Karaca), 1 dəst çömçə və kartof əzən, 3 ədəd kompot dolçası və 6 ədəd stəkanı (ayrı-ayrılıqda), 1 dəst paltar qurudmaq üçün asılqan, 1 ədəd ütü, 1 ədəd ütüaltı çay dəsmallar, parça salfetkalar, 2 ədəd mürəbbə qabı 2 ədəd qənd qabı, 1 zal üçün palaz, 1 ədəd suşılka, ayaqqabı yığmaq üçün qab, plastmas, 1 ədəd soğan, kartof üçün 3 mərtəbə qab, 2 dəst stəkan, 6 ədəd nəlbəki, 6 ədəd duz qabı, 4 ədəd ləpə qabı, 1 ədəd 3 mərtəbə qab, 2 ədəd böyük Madonna qabı, 1 ədəd dəmir termos, 2 ədəd çörək qabı, rulon salfetka qabı, köhnə cehizlik 2 ədəd göy rəngli giləmeyvə qabı; Hamam otağma aid olan əşyalar: 4-lük dəst hamam ləvazimat, 2 ədəd ayaqaltı, 1 ədəd plastmas vanna, çox saylı paltar şpilkası, paltar asmaq üçün suşılka, paltar yığmaq üçün plastmas qab alınaraq, X4 verilməlidir. Həmçinin iddia tələbi qızıl-zinət əşyalarına münasibətdə təmin edilmiş, həmin qızıl-zinət əşyaları, onlar olmadıqda isə dəyəri, yəni boyunbağı kulon, 585 əyar, 9-10 qram 720 manat, onluq klon, 875 əyar, 8.6 qram 800 manat, 1 ədəd boyunbağı, 583 əyar, 10 qram 650 manat, sırğa brilyant, 583 əyar, 0,80 karat, 9-10 qram 1400 manat, tək qaş brilyant üzük, 750 əyar, 0,30 karat, 5-6 qram 550 manat, alyans üzük, 585 əyar 150 manat, boyunbağı və qolbaq, 585 əyar, 19- 21 qram 1700 manat, “Versace” sırğa, 585 əyar, 7-8 qram 600 manat, “Verace” halqa qolbaq, 585 əyar, 10-11 qram 850 manat olmaqla, cəmi 7420 (yeddi min dörd yüz iyirmi) manat cavabdeh Şəxs alınaraq X4 verilməlidir. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında 03 fevral 2021-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(103)-2986/2020 saylı icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Beləliklə, müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(103)-2986/2020 saylı icra sənədinə əsasən borclu Şəxs onda saxlanılan iddiaçıya məxsus qonaq otağına aid olan əşyalar: 1 stol, 6 stul, divan dairəvi, qorka 1 ədəd, 3 cürə bogema fujeri, bagema meyvə qabı, digər meyvə qabı, 24 ədəd xrustal stəkan, 24 ədəd nəlbəki, 12 ədəd mürəbbə qabı kiçik, 6 ədəd Madonna serviz, 12 ədəd obednıy serviz, 12 ədəd armudu stəkan, nəlbəki 12 ədəd, 2 ədəd bogema qənd qabı, 1 ədəd qaşıq çamadanı, 1 ədəd bogema güldan 1 ədəd xrustal güldan, 1 ədəd xalça, 1 ədəd kamod, 1 ədəd güldan, 2 ədəd meyvə qabı, 1 ədəd televizor «LG» və ətrafında 2 ədəd suvenir, 1 ədəd pərdə və 1 ədəd tül, 1 ədəd çilçıraq, 1 ədəd radiator plitka, 1 ədəd şəkil (rəsm əsəri), 1 ədəd süfrə, 2 ədəd gül qabı, divan üstü; Yataq otağına aid olan əşyalar: 1 ədəd şifonyer, 2 ədəd tumboçka, 1 ədəd çarpayı, 1 ədəd trimo (güzgülü), 1 ədəd pərdə və 1 ədəd tül, 1 ədəd çilçıraq, 2 ədəd xalça, 1 ədəd ortopedik matras, 1 ədəd döşək, 2 ədəd yorğan, 2 ədəd balış (tüklü), 4 ədəd sintifon, 2 ədəd yay örtükləri, 1 ədəd qış örtüyü, 3 «tac» pastel, 2 ədəd altın başak pastel 6 ədəd süfrə, çoxlu çay dəsmalları 12 ədəd əl dəsmalları 9 hamam dəsmalı, uşaq çarpayısı və içlikləri (matras, döşəkçələr), uşaq yemək stolu 1 ədəd tozsoran «Henri», 1 ədəd ev telefonu, iynə sap dəsti, geyim əşyaları, uşaq paltarları və zibil qabı plasmas; Mətbəxə aid olan əşyalar: mətbəx mebeli 1 ədəd qaz plitəsi, 1 ədəd soyuducu (metal rəngli) «LG» markalı, 1 ədəd mikrovalnovka, 1 ədəd paltaryuyan maşın (metal rəngli) «SAMSUNG» markalı, 1 ədəd aspirator, 1 ədəd qaz peçi (metal rəngli), 1 ədəd mətbəx jalüzü, 1 ədəd xalça, 1 ədəd sok çəkən maşın, 1 ədəd mətbəx komaynı +(blendr) «KEVONO» markalı, 1 ədəd tok çayniki-samovar, 1 ədəd çaynik «TEFAL», dəm çayniki çaydan (dəmir), mətbəxdə istifadə olunan plastikqablar, 1 ədəd dəmir aşsüzən qazan dəsti (emallı), qazan dəsti (Karaca), 4 ədəd tava, 3 ədəd podnus dəsti (iç-içə), 12 ədəd qab dərin göy rəngli, 12 ədəd qab-duz (göy rəngli), 12 ədəd çəngəl (nerjoverka), 12 ədəd çay qaşığı (nerjoverka), 12 ədəd xörək qaşığı (nerjoveka), 6 ədəd bıçaq (nerjoverka), 1 dəst bıçaqlar (Karaca), 1 dəst çömçə və kartof əzən, 3 ədəd kompot dolçası və 6 ədəd stəkanı (ayrı-ayrılıqda), 1 dəst paltar qurudmaq üçün asılqan, 1 ədəd ütü, 1 ədəd ütüaltı çay dəsmallar, parça salfetkalar, 2 ədəd mürəbbə qabı 2 ədəd qənd qabı, 1 zal üçün palaz, 1 ədəd suşılka, ayaqqabı yığmaq üçün qab, plastmas, 1 ədəd soğan, kartof üçün 3 mərtəbə qab, 2 dəst stəkan, 6 ədəd nəlbəki, 6 ədəd duz qabı, 4 ədəd ləpə qabı, 1 ədəd 3 mərtəbə qab, 2 ədəd böyük Madonna qabı, 1 ədəd dəmir termos, 2 ədəd çörək qabı, rulon salfetka qabı, köhnə cehizlik 2 ədəd göy rəngli giləmeyvə qabı; Hamam otağma aid olan əşyalar: 4-lük dəst hamam ləvazimat, 2 ədəd ayaqaltı, 1 ədəd plastmas vanna, çox saylı paltar şpilkası, paltar asmaq üçün suşılka, paltar yığmaq üçün plastmas qab alınaraq, X4 verilməlidir. Həmçinin iddia tələbi qızıl-zinət əşyalarına münasibətdə təmin edilmiş, həmin qızıl-zinət əşyaları, onlar olmadıqda isə dəyəri, yəni boyunbağı kulon, 585 əyar, 9-10 qram 720 manat, onluq klon, 875 əyar, 8.6 qram 800 manat, 1 ədəd boyunbağı, 583 əyar, 10 qram 650 manat, sırğa brilyant, 583 əyar, 0,80 karat, 9-10 qram 1400 manat, tək qaş brilyant üzük, 750 əyar, 0,30 karat, 5-6 qram 550 manat, alyans üzük, 585 əyar 150 manat, boyunbağı və qolbaq, 585 əyar, 19- 21 qram 1700 manat, “Versace” sırğa, 585 əyar, 7-8 qram 600 manat, “Verace” halqa qolbaq, 585 əyar, 10-11 qram 850 manat olmaqla, cəmi 7420 (yeddi min dörd yüz iyirmi) manat cavabdeh Şəxs alınaraq X4 verilməlidir. İcra sənədi üzrə 03 fevral 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin borclu icra sənədlini könüllü icra etməmiş və bunu maddi vəziyyətinin pis olması ilə əlaqələndirmişdir. İcra sənədi bu günədək tam icra olunmur və nəticədə 3641 manat borc yaranmışdır. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasını tam təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-1770/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1770/2021
03.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver