Məhkəmə qərarları › İş №3(004)-1781/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1781/2020

17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1781/2020 17.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, məhkəmə iclas katibi İsmayılzadə Turan Tahir qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsi tərəfindən toplanmış inzibatixətahaqqındamateriala məhkəmənin binasında, açıqməhkəməiclasındabaxaraq, məhkəmə Müəyyən etdi: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmişxx xxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki,Şəxs MMC onun mülkiyyətində (istifadəsində) olan“Opel Astra” (minik) markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi “xxxxxxxxxxxxxxxx” MMC‑nin idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, “xxxxxxxxxxxxxxxx” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 bildirmişdir ki, inzibati xəta haqqında protokol əsassız olmaqla iş üzrə icraata xitam verilməlidir. Belə ki, şirkət mövcud karantin rejimi ilə əlaqədar xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixdədək fəaliyyət göstərməmişdir. Yasamal RPİ-nin DYPŞ-si tərəfindən göndərilmiş sorğu “xxxxxxxx” MMC-nin əməkdaşı tərəfindən poçt qutusuna atılmışdır. Şirkətə ünvanlanmış sorğu xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq 5 gün ərzində yəni xx.xx.2020-ci il tarixdə sorğuya rəsmi cavab verilmişdir. Sorğuya verdikləri cavab məktubunu eləcədə onun göndərilməsini təsdiq edən poçt xəbərnaməsini vəçekin surətlərini məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Protokolu tərtib etmiş Bakı şəhər Yasamal rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında vəsatət məhkəməyə verilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “xxxxx” MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş iş materiallarından və işdə olan DİN-nin DYP portal çıxarışından görünür ki, Şəxs MMC-yə, onun mülkiyyətində olan “Opel Astra” (minik) markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2020-ci il tarixdə saat 09:24-də idarə edərək İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş fiziki şəxs barədə məlumat verilməsinin xahiş olunmasına dair Bakı şəhər Yasamal RPİ DYPŞ tərəfindən sorğu verilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən isə görünür ki, onun üzərində yalnız Bakı şəhər, Ə.Quliyev k, ev 72 **-PG-***, xx xxxx 2020-ci il tarixdə məzmunlu qeyd edilmişdir. Lakin xəbərnamədə qeyd olunan sorğunun ünvan sahibinə çatdırılıb-çatdırılmaması və kim tərəfindən qəbul edilməsi barədə heç bir qeyd aparılmamışdır. Bundan başqa xəbərnamədən onun hansı poçt göndərişinə aid olması, yəni hansı ünvana çatdırılması bəlli deyildir. İş materiallarında olan Şəxs MMC tərəfindən Yasamal RPİ DYPŞ-yə ünvanlanmış məlumat xarakterli məktubdan müəyyən edilir ki, müəssisənin balansında olan “Opel Astra” (minik) markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 təhkim olunmuşdur. Sürücülük vəsiqəsinin seriya nömrəsi – AE 527498-dir. Sorğuya cavab olaraq bildirilmişdir ki, xx.xx.2020-ci il tarixli, saat 09:24-də inzibati xətanı X3 törətmişdir. Həmçinin xx.xx.2020-ci il tarixədədək bu avtomobil ilə törədilən bütün inzibati xəta pozuntularını aidiyyatı üzrə X2 təhkim edilməsi göstərilmişdir. İnzibati xəta pozuntularının məktublarını müəssisənin ünvanına göndərilməsi, sürücü dəyişikliyi olarsa yazılı məlumat veriləcəyi bildirilmişdir. İş materiallarında olan “xxxxxxxx” MMC-yə məxsus çekdən müəyyən edilir ki, Şəxs MMC-dən Yasamal DYPŞ-yə xx.xx.2020-ci il tarixdə “SS655010247AZ” saylı ştrix kodlu məktub göndərilmişdir. İş materiallarında olan “xxxxxxxx” MMC-nin xəbərnaməsindən müəyyən edilir ki, Yasamal rayon DYPŞ tərəfindən “SS655010247AZ” saylı ştrix kodlu məktub xx.xx.2020-ci il tarixdə Kərimova S. tərəfindən imza edilməklə qəbul edilmişdir. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən “xxxxxxxx” MMC-yə ünvanlanmış sorğuya daxil olmuş xx xxxxxx 2020-ci il tarixli PƏŞ-2-11-1-17/3041 nömrəli cavab məktubundan müəyyən edilir ki, məhkəmənin sorğusu əsasında aparılan araşdırma zamanı “SS662853209AZ” saylı ştrix kodlu sifarişli məktubun xx xxxx 2020-ci il tarixdə 122 saylı poçt şöbəsində qəbul edilməmiş, xx xxxx 2020-ci il tarixdə xidmət ərazisi üzrə 9 saylı PŞ-yə daxil olmuş, xx xxxx 2020-ci il tarixdə müvafiq sənədə imza etdirməklə ünvanı üzrə çatdırılmışdır. Məktubun xəbərnaməsi isə göndəriciyə qaytarılmışdır. İXM-in 347-ci maddəsinəəsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, qanunvericilik İXM-in 347-ci maddəsi ilə olan inzibati xətanı yalnız səlahiyyətli orqanın sorğusunun daxil olduğu vaxtdan 5 gün müddətində vəzifəli şəxs tərəfindən sorğu verənə göndərilməməsinə görə nəzərdə tutmuşdur. Göstərilən halla bağlı məhkəmə qeyd edir ki, Bakı şəhər Yasamal rayon Polis İdarəsinin DYPŞ tərəfindən göndərilən sorğunun Şəxs MMC-nin tərəfindən alınmasını təsdiqləyəcək heç bir sübut iş materiallarında öz əksini tapmamışdır. Belə ki, Bakı şəhər Yasamal rayon Polis İdarəsinin DYPŞ tərəfindən göndərilmiş sorğunun Şəxs MMC tərəfindən almasını təsdiqləyəcək xəbərnamə əsas götürülərək iş materiallarına əlavə edilsə də, müəyyən edilmişdir ki, sözügedən sorğu cəmiyyət tərəfindən qəbul edilməmişdir. Digər tərəfdən məhkəmə, iş materiallarında olan poçt xəbərnaməsinə dair qeyd edir ki, İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Lakin, iş materiallarında olan poçt xəbərnaməsində isə İXM-in göstərilən tələblərinə riayət edilməmişdir. Bununla yanaşı, iş materiallarında olan poçt xəbərnaməsinin Şəxs MMC-nin nümayəndəsi tərəfindən qəbul edilməsi təsdiq olunmur. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, hazırda baxılan iş üzrə Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhər Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs MMC-nin əməlində İXM-in 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Bakı şəhər Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar