Məhkəmə qərarları › İş №3(004)-1794/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1794/2021

01.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1794/2021 01.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 26 iyul 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 26 iyul 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC mülkiyyətində (istifadəsində) olan “LAND ROVER RANGE ROVER” (minik) markalı, **-PE- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Cəmiyyətin mülkiyyətində olan “LAND ROVER RANGE ROVER” (minik) markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü tərəfindən 25 iyun 2021-ci il tarixdə saat 23:42-də Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Yasamal RPİ-nin DYPŞ-nin sorğusu Cəmiyyətin ünvanına ümumiyyətlə daxil olmamışdır. Yasamal RPİ-nin DYPŞ sorğunu Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, məh 3168, ev 73A, mənzil 116 ünvanına göndərmişdir, hansı ki, Cəmiyyətin hüquqi ünvanı ünvan 2əfindən bununla bağlı Yasamal RPİ-yə məlumat verilmişdir. Bundan başqa, başlanılmış inzibati xəta haqqında iş üzrə icraat zamanı cəmiyyətin səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş və tərtib edilmiş protokolun surəti təqdim edilməmiş, iş materiallarında olan xəbərnamədəki imzanın sahibi olan şəxs isə naməlumdur. Göstərilənlərə əsasən X3 hüquqlarını təmsil etdiyi Cəmiyyət barəsində Yasamal RPİ-nin DYPŞ tərəfindən İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş protokolun əsassız hesab olunmasını və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan xətanın tərkibinin olması sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin Şəxs MMC-yə ünvanladığı sorğu məzmunlu məktubdan görünür ki, 25.06.2021-ci il tarixdə saat 23:42-də cəmiyyətin mülkiyyətində (istifadəsində) olan “LAND ROVER RANGE ROVER” (minik) markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən fiziki şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunan məktubla avtomobili idarə etmiş sürücü barədə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında «SS736418495AZ» ştrix kodlu xəbərnamədəki qeyddən görünür ki, sorğu 12.07.2021-ci il tarixdə ünvan sahibinə çatdırılmışdır. Lakin xəbərnamə ad və soyadı qeyd edilməmiş naməlum şəxs tərəfindən imza olunmaqla qəbul edilmişdir. Qeyd olunan xüsusatın yoxlanılması məqsədilə məhkəmə tərəfindən "xxxx" MMC-yə verilmiş sorğuya cavab olaraq daxil olmuş 11 avqust 2021-ci il tarixli 103-3-22-1/2606 nömrəli cavab məktubundan müəyyən edilir ki, SS736418495AZ saylı sifarişli xəbərnaməli məktub 09.07.2021-ci il tarixdə 122 saylı PŞ-də qəbul olunaraq xidmət ərazisi üzrə 12 saylı PŞ-yə göndərilmiş, həmin məktub 12.07.2021-ci il tarixdə xidmət ərazisi üzrə 12 saylı PŞ-yə daxil olmuş və mövcud qaydaların tələblərinə uyğun sənədləşdirilərək 12.07.2021ci il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin əməkdaşına müvafiq sənədə imza etdirməklə təqdim olunmuşdur. Məktubun xəbərnaməsi isə, sənədləşdirilərək 15.07.2021-ci il tarixdə geri, göndəriciyə qaytarılmışdır. Göründüyü kimi, məktubdan sorğunun Şəxs MMC-nin konkret hansı əməkdaşına, və ya Cəmiyyətlə nə kimi hüquqi bağlılığı olan şəxsə təqdim edildiyini müəyyən etmək mümkün olmamışdır. Göstərilənlər isə, Yasamal RPİ-nin DYPŞ tərəfindən göndərilən sorğunun ünvana həqiqətən də çatdırılıb-çatdırılmaması, əgər çatdırılmışdırsa Cəmiyyətlə hüquqi bağlılığı ola biləcək şəxsə çatdırılmasına dair məhkəmədə kifayət qədər şübhə yaradır. Buna dair isə protokol tərtib etmiş orqan tərəfindən də mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cəmiyyətin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Yasamal RPİ-nin DYPŞ-yə ünvanlanmış məktubdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 8ata alınsa da Şəxs MMC icarə müqaviləsinə əsasən ünvan 9 ünvanında fəaliyyət göstərir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cəmiyyətin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş “VELOKURYER” kuryer xidmətinin 009345 nömrəli mədaxil qəbzindən müəyyən edilir ki, Şəxs MMC tərəfindən Yasamal RPİ-nin DYPŞ-yə ünvanlanmış məktub 29.07.2021-ci il tarixdə poçt xidmətinə təqdim edilmiş, 30.07.2021-ci il tarixdə isə məktub ünvan sahibinə çatdırılmışdır. Eyni zamanda, iş materiallarından müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmiş, onun hüquq və vəzifələri izah edilməmiş, protokolda hüquqi şəxsin izahatı qeyd edilməmiş, eləcə də protokolun surətinin hüquqi şəxsə təqdim edilməsinə dair qeyd aparılmamışdır. Odur ki, göstərilənlərə əsasən məhkəmə iş materiallarında olan ziddiyətləri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin xeyrinə həll edərək belə nəticəyə gəlir ki, Yasamal RPİ-nin DYPŞ-nin sözügedən sorğusunun Cəmiyyətə çatdırılmasına dair DYPŞ-nin irəli sürdüyü dəlillər ehtimallara əsaslanmaqla sorğunun Cəmiyyətlə nə kimi hüquqi bağlılığı olan şəxsə çatdırılmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Qeyd olunan ziddiyyətlərə baxmayaraq, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsinə dair 26.07.2021-ci il tarixli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin tələblərinə görə mövcud şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilərək məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olması sübuta yetirilmir. Belə ki, protokol tərtib etmiş orqanın nümayəndəsi isə bunun əksini sübut edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamları şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilibdir. Qeyd edilir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Həmin Məcəllənin 123.1-ci maddəsinə görə həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2-ci maddəyə görə isə hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. 123.3-cü maddəyə görə Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi həmin Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 26 iyul 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 26 iyul 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar