Məhkəmə qərarları › İş №3(004)-1795/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1795/2025

08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1795/2025 08.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X5, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 15 mart 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 15 mart 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdı ki, 11 mart 2025-ci il tarixində, təqribən saat 10:45 radələrində ona məxsus “BMW 528İ” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Hüseyn Cavid” prospektində hərəkətdə olan zaman 459 nömrəli DYP əməkdaşı X7 tərəfindən saxla işarəsi verilmiş. Avtomobildən ekipajın digər üzvü düşərək avtomobildə duman işıqlarının olmamasını və bununla da texniki vəziyyətin normaya uyğun olmamasını bildirmişdir. İnspektora avtomobilin texniki baxışdan keçməsini, texniki baxış yoxlaması zamanı avtomobilin tam həcmdə muayyinə olunmasını, texniki baxışın 24 yanvar 2026-cı il tarixədək qüvvədə olmasını bildirərək, avtomobilin ön hissəsinə quraşdırılmış ön buferin “BMW” firmasının zavod istehsalı olmasını bildirmişdir. Daha sonra Rasim Kazımov avtomobilin cərimələri səbəbindən həbsinin olmasını bildirdi. “SMS RADAR” vasitəsi ilə avtomobilin həbsinin olmaması tərəfindən müəyyən olundu. İnspektora “SMS RADAR” proqramında həbsin olmasına dair hər hansı qeydin olmaması tərəfindən bildirilmiş, proqram təminatında yaran biləcək hər hansısa problemlə bağlı nasazlığın mümkünlüyünü inspektorun diqqətinə çatdıraraq həbsə əsas olmuş protokol nömrəsinin ona təqdim edilməsini və cərimə məbləğini dərhal ödəməyə hazır olduğunu bildirmişdir. Lakin, inspektor bundan imtina etmişdir. İşi ilə əlaqədar gecikdiyini və avtomobilin açarlarını təhvil verməklə təmin olunmasını xahiş etsə də Rasim Kazımov bundan imtina etmiş və evuakator çağırılacağı təqdirdə evuakasiya xərclərinin onun tərəfindən ödəniləcəyini bildirmişdir. Məcburiyyət qarşısında qalaraq əlavə xərclər yaranmaması məqsədi ilə avtomobili cərimə meydançasına yerləşdirmişdir. Avtomobil cərimə meydançasına yerləşdirildikdən sonra protokolun surəti ona təqdim edilmişdir. Şikayətində göstərdiyi halları qeyd etmiş, əlavə olaraq avtomobildə olan əşyaların siyahıya alınmasına dair aktın təqdim edilməsini tələb etsə də bu məsələyə baxılmamışdır. Protokol ilə bağlı Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinə yaxınlaşdığı zaman 459 nömrəli Yol Patrul Xidməti avtomobilinin tərtib etdiyi protokollardan şikayətlərə həmin idarənin inzibati binasında yerləşən 27 saylı otaqda baxıldığını növbətçi polis nəfəri ona bildirmişdir. 27 nömrəli otaqda əyləşən özünü Elçin Qasımov kimi təqdim edən polis nəfəri, nahar fasiləsi, qeyri-iş vaxtı və ya digər vətəndaş qəbulu olmamasına baxmayaraq gedib sabah gəlməyini, şikayətə vaxtı olmadığından baxmaycağını, şikayətini qəbul etməyərək, izahatını almayacağını bildirmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, texniki baxışdan keçmiş bir nəqliyyat vasitəsinin İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə cərimələnməsi qanunsuzdur, çünki bu maddə nəqliyyat vasitəsinin texniki vəziyyətinin normaya uyğun olmaması ilə bağlıdır. Ona məxsus “BMW” 528İ markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki baxışdan keçib və hər hansı nasazlıq aşkar edilməyib. Texniki baxış yoxlamaq üçün nəqliyyat vasitəsinin aşağıdakı texniki göstəricilərə sahib olmalıdır:

1. Dəm qazı (Avro 2)

2. Şinlərin protektoru (1.6 mm)

3. Avtomomobilin konstruksiyasında nəzərdə tutulubsa, brızqoviklər

4. Çatsız şüşələr (alın şüşə,yan şüşə və AZS ***-**** standartına uyğunluq)

5. İşıqların saz vəziyyətdə olması.

6. Təhlükəsizlik kəməri

7. İşlək əyləc sistemi

8. Yağ və ya yanacaq sızması olmasın. Avtomobildə yanğınsöndürən, qəza-durma nişanı və tibb çantasının olması olmalıdır. Tibb çantasının tərkibi müvafiq siyahıya uyğun olmalıdır. Göründüyü kimi işiqların yoxlanılması texniki baxışda yoxlanılmalı haldır. Habelə qeyd olunmalıdır ki, avtomobildə quraşdırılmış fara universal işıq faraları olmaqla duman işıqlarına məxsus funksiyaları da həyata keçirir. Elə bu səbəbdən də avtomobilin texniki baxışı zamanı hər hansı nöqsanlar qeyd olunmamaqla texniki yararlığı müəyyən edilmişdir. Belə ki, avtomobilə quraşdırılmış “Universal Faralarda”: - “LED” gündüz işıqları (DRL) - Xenon və Led texnologiyası daha yaxşı işıqlandırma funksiyası - X10 - duman rejimi, yəni duman əleyhinə funksiyanın yerinə yetirir “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinin 6-cı hissəsinə əsasən, nəqliyyat vasitələrinin texniki baxışı müəyyən edilmiş müddətlərdə həyata keçirilir. “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə” bu sənəd nəqliyyat vasitələrinin texniki baxışı zamanı yoxlanılacaq komponentləri və tələbləri müəyyən edir. Bu normativ aktlara əsasən, nəqliyyat vasitələrinin texniki baxışı zamanı onun işıqlandırma sistemlərinin, o cümlədən duman əleyhinə işıqlarının mövcudluğu və işlək vəziyyətdə olması yoxlanılır. Qanunvericiliyin tələbindən də göründüyü kimi texniki baxış zamanı bütün bu tələblər yoxlanılsa da istər yol patrol inspektrou Rasim Kazımov və inzibati xəta haqqında qərarı qəbul etmiş Elçin Qasımov hüquqa zidd mövqe göstərərək hüquqlarının pozulmasına səbəb olmaqla avtomobili qanunsuz və əsassız olaraq duracağa təmin etmiş və barəsində inzibati xəta haqqında qərar qəbul etmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin tərtib etdiyi 15 mart 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin tərtib etdiyi 15 mart 2025-ci il tarixli TP seriyalı ******* nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş edir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X7 bildirdi ki, X3 idarə etdiyi “BMW 528İ” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobildə ön buferin dəyişdirilməsi və duman əleyhinə işıqların olmadığı müəyyən edilmiş və bu səbəbdən şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 15 mart 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X4 “BMW 528İ” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobillə 11 mart 2025-ci il tarixdə saat 11:17-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 150 (bir yüz əlli) manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, “BMW 528İ” markalı avtomobilin ön buferi dəyişdirilmiş və duman əleyhinə işıqları yoxdur. İş materiallarında olan “BMW motors” saytından görünür ki, “BMW 528İ” markalı avtomobilin ön hissəsi duman əleyhinə işıqlarla təchiz edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə-yüz əlli manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq,

QƏRARA ALDİ:

X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 15 mart 2025-ci il tarixli TP seriyalı ******* nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar