Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1796/2020 04.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi ilə, Şikayətçi X1 inzibati xəta haqqında protokoldan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X2 inzibati xəta haqqında iş üzrə şikayətlə məhkəməyə müraciət edərək, MN ******* saylı protokol üzrə cərimə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayətə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Belə ki, barəsində şikayət edilən protokol əsasında qəbul edilmiş hər hansı bir qərar şikayətçi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Şikayətdən göründüyü kimi səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən protokol tərtib edilmişdir və onun əsasında qərar qəbul edilmiş, lakin həmin qərar şikayətə əlavə edilməmişdir. İXM-in 129-cü maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Yəni məhkəməyə İXM-in 129-cü maddəsinə əsasən şikayət verilirsə, qərar mövcud olmalıdır ki, şikayət verilə bilsin və məhkəmə həmin qərardan şikayətə baxa bilsin. İXM-in 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həll edilən məsələlərdən biri də İXM-in 132.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olub-olmamasını yoxlamaqdır. Eyni zamanda Azərbaycan Respublikası “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Qanununun 6.5-ci maddəsinə görə kağız üzərində yazılı müraciəti fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi imzalamalı və tarix qoymalıdır. Protokoldan şikayətə baxmaq məhkəmənin səlahiyyətinə aid deyildir, protokol əsasında qəbul olunmuş qərar isə şikayətə əlavə edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrinə əsasən, QƏRARA ALDİ: Şikayətçi X1 inzibati xəta haqqında iş üzrə protokoldan verdiyi şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-1796/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1796/2020
04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver