Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1801/2020 30.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X5 iclas katibliyi ilə Hüquqi ünvanı ünvan 1 ünvanında yerləşən Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsindəndaxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə xx.xx.2020-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs MMC tərəfindən X2 qarşı Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsinin (əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib edilir, tərəflərin imzaları ilə təsdiq edilir və bir nüsxəsi işçidə saxlanılır) tələbləri pozulmuşdur. Həmin iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(004) – 1801/2020 saylı qərarı ilə Şəxs MMCİXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilmişdir. Lakin həmin qərardan Şəxs MMC tərəfindən verilmiş şikayətə əsasən Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-1649/2020 saylı qərarı ilə rayon məhkəməsinin qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün rayon məhkəməsinə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin həmin qərarında göstərilmişdir ki, şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X3, bərəsində inzibati qərar qəbul edilmiş Şəxs nümayəndəsi X4 izahatlarını, şahid X1 izahatını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qismən təmin edilməklə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1801/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, inzibati xətaya dair iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş və işdə olan xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxsndə müəyyən işlərə cəlb edilmişdir. Nəticədə Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Birinci instansiya məhkəməsinin hakimi Şəxs tərəfindən X1 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxsndə müəyyən işlərə cəlb edilməsinin təsdiq olunduğu barədə nəticəyə gəlmişdir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, X7 xx xxxxxx 2020-ci il tarixdə Şəxsndə operator vəzifəsinə qəbul edilmişdir. Bildiriş xx xxxxxx 2020-ci il tarixdə sistemə daxil edilərək imzalanmışdır. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, xx xxxx 2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Bildiriş xx xxxx 2020-ci il tarixdə elektron informasiya sisteminə daxil edilmişdir. Qeyd edilən bildirişlərlə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı əmək müqaviləsi bağlanmadığından elektron informasiya sisteminə yerləşdrilmiş həmin bildirişlər, yəni əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi hüquqi qüvvəsi olan sənəd kimi qəbul edilə bilməz. İnzibati iş materiallarından görünür ki, X7 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tiflis prospekti, ev 35 ərazisində yerləşən Şəxsndə işə başlamış və orada xx xxxx 2020-ci il tarixə kimi işləmişdir. Birinci instansiya məhkəməsinin hakimi qərar qəbul edərkən törədilməsi ehtimal edilən inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti ilə bağlı hallara hüquqi qiymət verməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hakimi qərarında törədilməsi ehtimal edilən inzibati xətanın inzibati məsuliyyətə cəlb etmə müddətinin hansı tarixdən hesablanmasına ümumiyyətlə fikir bildirməmişdir. Halbu ki, bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, baş vermiş inzibati xətanın hansı tarixlərdə baş verməsi göstərilməlidir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. "Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. Hazırkı halda törədilməsi ehtimal edilən inzibati xəta hadisəsi xx xxxxxx 2020-ci il tarixdə başlamış və xx xxxx 2020-ci il tarixədək, yəni müəyyən müddət ərzində fasiləsiz törədilmişdir. Bundan əlavə, törədilməsi ehtimal edilən inzibati xəta aşkar inzibati xətadır və X1 əmək müqaviləsi olmadan işləməsi sübut olunacağı halda, X1 ən azından özü əmək müqaviləsi bağlanmadan işə cəlb edildiyini bilmiş və bununla da, Şəxs tərəfindən inzibati xəta törədilməsi artıq ona aşkar olmuşdur. Belə ki, məhkəmə iclasında X7 şahid qismində dindirilərkəndə, xx xxxx 2020-ci il tarixə qədər Şəxsndə çalışdığını, sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə işlərin yerinə yetirilməsinə cəlb edildiyini, həmin tarixdən sonra işə çıxmadığını, həmin tarixdən artıq əmək müqaviləsi olmadan işlənilməsi ilə bağlı hüquqlarının pozulduğunu bildiyini, bununla bağlı 03 dəfə Şəxsnə telefon vasitəsi ilə müraciət etdiyini, müraciətlərin nəticəsi olmadığından bununla bağlı xx xxx 2020-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyinə müraciət etdiyini və xx xxx 2020-ci il tarixdə ərizənin artıq Əmək Müfəttişliyinə daxil olduğunu göstərmişdir. Göründüyü kimi, xx xxx 2020-ci il tarixdən törədilməsi ehtimal edilən inzibati xəta artıq Əmək Müfəttişliyinədə bəlli olmuşdur. Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyinə müraciət etdiyini həmin ərizədə X7 əmək müqaviləsi bağlanmadan xx xxxxxx 2020-ci il tarixdən Şəxsndə işlədiyini, xx xxxx 2020-ci il tarixdə əmək haqqı kartı əlindən alınaraq, işdən çıxarılma barədə ərizə alınmadan işdən çıxarıldığını, artıq işə buraxılmadığından şirkətin rəhbərliyinə müraciət etdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispoziyası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsini nəzərdə tutmuşdur. Protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxs) nümayəndəsi X9 bildirdi ki, Şəxs MMC tərəfindən protokolda göstərilən əmələ görə İXM-nin 192.1-ci maddəsində göstərilən inzibati xəta törədilmişdir. Ona görə də MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi, vəkili X6bildirdi ki, iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin qərarından da göründüyü kimi tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən hüquqi şəxsin təqsirli bilindiyiİXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi Əmək Müfəttişliyinə xx.xx.2020-ci il tarixdə məlum olmuşdur. Hər bir halda inzibati xəta haqqında protokol xx.xx.2020-ci il tarixdə tərtib edilmişdir. İş Bakı Apellyasiya Məhkəməsindən Yasamal Rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Belə olduğu təqdirdə xx.xx.2020-ci il tarixdən hesablanmaqla artıq hazırkı vaxtda 03 aydan çox müddət keçmişdir. İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Həmçinin həmin maddəyə əsasən maddədə göstərilən bir neçə inzibati xətalar üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Lakin hazırkı inzibati xəta haqqında protokolda şəxsin təqsirli bilindiyi inzibati xəta İXM-in 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Ona görə də hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır.İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1801/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1801/2020
30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver