Məhkəmə qərarları › İş №3(004)-1802/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1802/2020

04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1802/2020 04.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlu, X1, Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər isə icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan xəbərnamənin üzərindəki “SS671152178AZ” nömrəli ştrix kodu “xxxxxxxx" MMC-nin “http://www.azerpost.az” rəsmi saytındakı “Poçt göndərişlərinin izlənilməsi” xidməti vasitəsilə məhkəmə tərəfindən yoxlanılarkən müəyyən edildi ki, qeyd olunan qərar xx xxxx 2020-ci il tarixdə “Əliyevə” rəsmi qaydada çatdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə qeyd edilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayətçi X3 tərəfindən verilmiş şikayət qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülməklə məhkəməyə ünvanlanmışdir. Bu səbəbdən də X1 Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 52 və 128-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. Hakim: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar