Məhkəmə qərarları › İş №3(004)-1803/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1803/2020

04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1803/2020 04.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov Hüquqi şəxs olan Şəxs MMC barəsində tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqında protokola və iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Hüquqi şəxs olan Şəxs MMC barəsində İXM-nin 211.2-ci maddəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 02 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə, MN №0247345 saylı tərtib edilən inzibati xəta haqqında protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən hüquqi şəxs olan Şəxs MMC tərəfindən təqsirli bilindiyi inzibati xətanın törədildiyi yer kimi Sumqayıt şəhəri, Bakı-Quba yolunun 31-ci km.-liyi göstərilmişdir. Belə ki, protokola əsasən xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində Sumqayıt şəhəri, Bakı-Quba yolunun 31-ci km.-liyi ünvanında yerləşən YDM-də epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadəolunmaması (işçi X1) tərəfindən müəyyən edildi. Bununla da inzibati xəta həmin yerdə törədilmişdir. Həmçinin hazırkı iş üzrə inzibati xəta haqqında işin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində hüquqi şəxsin hüquqi ünvanının harada yerləşməsi əhəmiyyət kəsb etmir. Hüquqi şəxsin hüquqi ünvanının harada yerləşməsindən asılı olmayaraq, həmin hüquqi şəxsin təqsirləndirildiyi əməlin törədildiyi yer, İXM-nin 110.1-ci maddəsindəki yerdir. Belə ki, İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Düzdür İXM-nin 110.1-ci maddəsinin 2-ci cümləsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər və İXM-in 52.2-ci maddəsinə əsasən vəsatət yazılı formada verilir. Ümumiyyətlə iş üzrə belə bir vəsatət olmamışdır. Bununla belə protokol hüquqi şəxs barəsində tərtib edildiyindən, hüquqi şəxsin yaşayış yeri olmur. Ona görə də hüquqi şəxsə münasibətdə bu cür vəsatət istisna edildiyindən, inzibati xəta haqqında işə yalnız inzibati xətanın törədildiyi yerdə baxılmalıdır. İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1) həll etməlidir. İXM-in 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər həmin məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 110, 118ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Hüquqi şəxs olan Şəxs MMC barəsində İXM-nin 211.2-ci maddəsi ilə tərtib edilən inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar