Məhkəmə qərarları › İş №3(004)-1804/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1804/2024

01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1804/2024 01.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, X1 nümayəndəsi Nümayəndə iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ/ 18629381 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ/ 18629381 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırdı ki, 22 dekabr 2023-cü il tarixdə “Hyundai Tucson” markalı, **-DD-*** d.q.n. avtomobil ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki “Qoşa Qala” restoranı yaxınlığında hərəkət etdikdə bir müddət sonra guya İXM-nin 328.2maddəsində nəzərdə tutulan xətanı törətməyi barədə məlumat daxil olmuşdur. “Asan Pay” sistemi vasitəsi ilə kabunetinə daxil olub daha geniş məlumat əldə etdikdə orada foto və video görüntü yerləşdirilmişdir. Şəkildəki həqiqətən idarə etdiyi avtomobil olduğu məlumdur. Lakin, videogörüntüdə yük avtomobilini ardıcıl üç avtomobilin ötdüyü görünür. Təqdim edilmiş qərarda ümumiyyətlə avtomobilinin radar hissəsində hansı surətlə hərəkət etməyi məlum deyil, yalnız surət həddini 21-40 km arası aşdığı qeyd edilir. Tərtib edilmiş elektron qərara görə ərazidəki 60 km/saat surət həddini göstərən nişan olan hissədə surətinin 21 km/saat aşmağı və guya saatda 82 km/saat surətlə hərəkət etməyi inandırıcı deyil. Buna şübhələr ona görə yaranır ki, İXM-nin 328.1-ci maddəsinə görə yolda müəyyən edilmiş hərəkət surətini 10-20 km/saat həddində aşmağa görə 10 (on) manat, İXM-nin 328.2-ci maddəsinə görə isə yolda müəyyən edilmiş hərəkət surətini 21-40 km/saat həddində aşmağa görə 50 (əlli) manat və 2 cərimə balı nəzərdə tutulur. Burada şübhəli məqam məhz surət həddinin 21 km/saat aşmağının qeyd edilməsidir. Məntiqi sual yaranır necə oldu ki, surəti saatda 71-80 km arası və yaxud saatda 81,83,84, 85 km və s. olmadı məhz saatda 82 km oldu? Cavab isə sadə: məqsəd onu İXM-nin 328.1-ci (10 manat) deyil, İXM-nin 328.2-ci (50 manat və 2 bal) maddəsi ilə qəsdən təqsirli bilərək cərimə məbləği daha yüksək olan sonuncu maddə ilə cərimələmək olmuşdur. Belə olan halda onun şəkildə qeyd edildiyi kimi saatda 82 km surətlə hərəkət etməyi barədə yazılması barədə sübut şübhəlidir və bununla bağlı qərar qanuni sayıla bilməz. Bildirir ki, həmin əraziyə yaxın bağ evi yerləşir və bu yolla hər gün hərəkət edir və orada qurğusu olduğundan surət rejiminə həmişə nəzarət edir. Eyni zamanda yerləşdirilmiş videogörüntüdə avtomobili ilə birgə cəmi 4 avtomobil vizual görünüşə görə eyni surətlə hərəkət edir. Hesab edir ki, surət rejiminə əməl etdiyi halda texniki səhv və ya radar qurğusunun nasazlığı səbəbindən eyni anda və təxminən eyni surətlə hərəkət edən 4 maddəsi ilə surət həddini saatda 21-40 km aşdığına görə 2 bal və 50 manat cərimə tətdiq edilməsi absurddur. Ona görə də BDYPİnin qərarı ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-136/2024 saylı, 13 fevral 2024-cü il tarixli qərarı ilə şikayəti qismən təmin edilərək, Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sistemi vasitəsi ilə İXM-nin 328.2-ci maddəsi ilə cərimə edilməyi barədə EQ 18629381 saylı, 22 dekabr 2023cü il tarixli inzibati protokol əsasında çıxarılmış eyni tarixli elektron qərar ləğv edilib və inzibati iş yenidən baxılması üçün BDYPİ-nə göndərilmişdir. Xüsusi qeyd edir ki, inzibati işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılarkən BDYPİ-nin nümayəndəsi iştirak etmədiyindən iclas təxirə salınmış, lakin nümayəndə yenə də iştirak etməmiş və hər hansı sübut təqdim etmədiyindən qurumun qərarı ləğv edilmişdir. Buna baxmayaraq BDYPİ həmin qərarla dolayısı ilə razılaşaraq apellyasiya qaydasında şikayət verməmiş, əksinə şikayət tərəfindən verilmişdir. Hətta, tərəfindən verilmiş şikayət əsasında işə apellyasiya qaydasında baxılarkən BDYPİ-nin nümayəndəsi ümumiyyətlə iclasda iştirak etməmiş və işin nəticəsi ilə maraqlanmamışdır. EQ/ 18629381 saylı inzibati protokola BDYPİ tərəfindən yenidən baxılaraq, məhkəmə qərarında qeyd edilmiş, araşdırılmalı və sübut edilməli olan məqamlara aydınlıq gətirilməmiş, bununla da mötəbər və təkzibedilməz sübut təqdim edilmədən 30 mart 2024-cü il tarixli qərarla yenidən İXM-nin 328.2-ci maddəsi ilə cərimə edilməyim barədə qərar çıxarılmışdır. Hesab edir ki, BDYPİ-nin EQ/ 18629381 saylı inzibati protokol əsasında İXM-nin 328.2-ci maddəsi ilə cərimə edilməyi barədə 30 mart 2024-cü il tarixli qərarı şübhəli olmaqla yanaşı hər hansı mötəbər və təkzibedilməz sübuta əsaslanmadığından həmin qərar ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. Baş Dövlət Yol Polis İdarəsinin EQ/ 18629381 saylı inzibati protokol əsasında İXM-nin 328.2-ci maddəsi ilə cərimə edilməyi barədə 30 mart 2024-cü il tarixli elektron qərarın ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin nümayəndəsi Nümayəndə bildirdi ki, əvvəllər eyni şikayətlə müraciət etmişlər və məhkəmənin qərarı ilə iş yenidən qərar qəbul olunması üçün inzibati orqana göndərilmişdir. Lakin inzibati orqan iş üzrə heç bir əsas olmadan eyni nəticəyə gəlmişdir. Hazırda işin icraatına xitam verilməlidir və inzibati orqanın qanunsuz hərəkətlərinə son qoyulmalıdır. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin EQ/ 18629381 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarına əsasən X5 xx.xx.2023-cü il tarixdə saat 19:41 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan istiqamətində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə (yəni, yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə) təqsirli bilinib 50 manat cərimə edilmişdir. Həmin protokol və qərarda şəxsin xx.xx.2023-cü il tarixdə həqiqətən də “yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağı” ilə müşaiyyət olunan nəqliyyat vasitəsini idarə etməsini təsdiq edəcək sübutla təsdiq edilmir. Barəsində protokol tərtib edilmiş şəxs, protokolla razı olmadıqda, onun təqsiri digər əlavə sübutlarla təsdiq edilməlidir. İş üzrə görünür ki, həmin vaxtı şəxs protokolla razı olmamışdır, inzibati xəta törədilməsi ilə razı olmamışdır, bunu mübahisələndirir. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın məhz X5 tərəfindən törədilməsində şübhələr yaranır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir, bu barədə sübutlar kifayət etmir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X7 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXMnin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. İXM-də 2 qaydada protokol tərtib edilməsi müəyyən edilmişdir. Dərhal və ya inzibati araşdırmanın nəticəsi üzrə. Belə ki: - İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmçinin - İXM-nin 101.3-cü maddəsinə əsasən İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Lakin hazırkı iş üzrə şəxs əməlin mövcudluğu ilə razılaşmadığı üçün, tərtib edilmiş protokol yeganə sübut ola bilməz. Hazırkı iş üzrə protokol hər hansı bir araşdırmanın nəticəsi olaraq tərtib edilməmişdir. Hazırkı protokolu tərtib etmiş şəxs hesab etmişdir ki, xəta törədilib, ona görə də hər hansı bir araşdırma aparmadan protokol tərtib etmişdir. Bu səbəbdən də həmin protokol onu tərtib etmiş şəxsin subyektiv mülahizəsini (ehtimalını) əks etdirməklə, dərhal tərtib edilmişdir. Subyektiv mülahizəsini (ehtimalı) əks etdirən protokol isə şəxsin təqsirliliyini təsdiq edən yeganə sübut kimi qəbul edilə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 barəsində İXM-in 328.2-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ/18629381 saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar