Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1809/2020 04.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin barəsində İXM-nin 253.3.1-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X1 tərəfindən xx.xx.2020-ci il tarixli, MN ******* saylıinzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Lakin həmin protokol həmin məhkəmənin 3(001)-1865/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin qərardadında işin Yasamal Rayon Məhkəməsinə göndərilməsi əsası kimi göstərilmişdir ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 1 Ona görə də Binəqədi Rayon Məhkəməsi hesab etmişdir ki, MMC-nin hüquqi ünvanı Yasamal rayonu ərazisi olduğu üçün, həmin işə Yasamal Rayon Məhkəməsi baxmalıdır. Lakin həmin əsaslandırmanın hüquqi əsası və faktiki əsası ilə razılaşıla bilinməz. Buna görə də işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində həmin məhkəmənin qərardadındakı qeyd edilənlərlə (qərardakı mövqe ilə) fikir ayrılığı yaranır. Belə ki, həmin məhkəmənin həmin qərardadında da qeyd edilmişdir ki, İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Hazırkı inzibati xəta haqqında protokol İXM-nin 253.3.1-ci maddəsindəki əmələ, yəni ağacların məhv edilməsi əməlinə görə tərtib edilmişdir. Protokoldan da görünür ki, MMC barəsində Binəqədi rayonu ərazisində M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə binanın qarşısındakı ağacların məhv edilməsi əməlinə görə protokol tərtib edilmişdir. Belə olduğu təqdirdə inzibati xətanın törədildiyi yer, yəni həmin ağacların kəsildiyi Binəqədi rayonu ərazisindir. Belə olduğu təqdirdə inzibati xəta haqqında işin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində hüquqi şəxsin hüquqi ünvanının harada yerləşməsi əhəmiyyət kəsb etmir. Hüquqi şəxsin hüquqi ünvanının harada yerləşməsindən asılı olmayaraq, həmin hüquqi şəxsin təqsirləndirildiyi əməlin törədildiyi yer, İXM-nin 110.1-ci maddəsindəki yerdir. Düzdür İXM-nin 110.1-ci maddəsinin 2-ci cümləsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər və İXM-in 52.2-ci maddəsinə əsasən vəsatət yazılı formada verilir. Ümumiyyətlə iş üzrə belə bir vəsatət olmamışdır. Bununla belə protokol hüquqi şəxs barəsində tərtib edildiyindən, hüquqi şəxsin yaşayış yeri olmur. Ona görə də hüquqi şəxsə münasibətdə bu cür vəsatət istisna edildiyindən, inzibati xəta haqqında işə yalnız inzibati xətanın törədildiyi yerdə baxılmalıdır. Yuxarıda göstərilənlər işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə Binəqədi Rayon Məhkəməsinin qərardadında qeyd edilənlərlə fikir ayrılığının yaranmasına səbəb olmuşdur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 118, 129-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən daxil olmuş Şəxs MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1809/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1809/2020
04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver