Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-181/2023 19.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi , AR DİN Bakı şəhəri Baş Polis İdarəsinin X12 İdarəsinin adından X3 X1 və onun vəkili X5 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X4 Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində, saat 22:00-da Şəfaət Mehdiyev küçəsində, idarə etdiyi MERCEDES C200 markalı, ** ER *** dövlət mömrə nişanlı minik avtomobililə icazə verilmiş yerdə, sol tərəfə geriyə dönmə (razvorot) əməliyyatı yerinə yetirirdi. Qarşı yolla heç bir avtomobilin hərəkət etmədiyini görüb, dönmə (razvorot) etməyə başladım. Yolun sol hissəsində, yol kənarında avtomobillər durduğu üçün bir dəfəyə dönə bilmədi. Buna görə də sükanı sağa yığıb, avtomobili arxaya vermək istədi ki, yola yerləşə bilsin. Bu zaman arxadan çox yüksək sürətlə hərəkət edən avtomobil sağ tərəfdən onun avtomobilinə çırpıldı. O, dönmə əməliyyatına başlarkən, həmin avtomobil yolda yox idi. Buna görə də güman edir ki, o avtomobilin sürəti çox yüksək olduğuna görə, gəlib onun avtomobilinə çırpıldı. Həmin avtomobildəki sürücü maşından düşərək, üzrlıaqlıq etməyə başladı və faktiki olaraq, günahkar olduğunu boynuna aldı. Lakin, hadisə yerinə gələn yol polisi, heç bir təhqiqat aparmadan, onu vuran avtomobilin əyləc yolunu ölçmədən və onun sürətini müəyyən etmədən, hadisədə onu günahkar hesab edib, barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə protokol tərtib etdi.Yolda quraşdırılmış kameralara baxış keçirilməsi barədə dəfələrlə xahiş etməyinə baxmayaraq, bu da bir nəticə vermədi.Bundan sonra barəsində inzibati tənbehvermə haqqında xx.xx.2022-ci il tarixli TP ******* №-li qərar çıxarıldı və o, Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilərək, 60 manat məbləğində cərimə edildi. Barəsində çıxarılmış bu qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, onun hərəkətlərində yol-hərəkəti qaydalarının heç bir pozuntusu olmamışdır. O, tamamilə boş yolda, icazə verilmiş yerdə (qırıq-qırıq xətlər olan yerdə) arxaya dönüş (razvorot) etmək istəmişdi və bu zaman çox yüksək sürətlə hərəkət edən və bu səbəbdən də onu haqlayan avtomobil tərəfindən vurulmuşdur. Hesab edir ki, yol polisi əməkdaşları tərəfindən hadisə lazımınca araşdırılmamış və buna görə də hadisəyə düzgün qiymət verilməmişdir. Hadisə nəticəsində onun avtomobilinə 700 manata yaxın maddi zərər dəymişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4, şikayətin dəlillərinə uyğun izahat verərək, təqsirsiz olmasını və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən vəkil X9, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri X12 İdarəsinin nümayəndəsi X6 bildirmişdir ki, aşkar edilmiş yol hərəkəti qayda pozuntusu faktına əsaslanmışdır. Belə ki, “Yol hərəkəti haqqında qanunun” 75-ci maddəsinin tələblərini pozmaqla, yolayrıcını keçmə qaydaları pozulmuşdur. X4 İXM-nin 327.2-ci maddəsi ilə inzibati xətanı törətdiyinə görə barəsində inzibati protokol tərtib olunmuşdur. Göstərilənlərə əsasən, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ-nin İXP ******* saylı,xx.xx.2022-ci il tarixli protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə, saat 22:00 radələrində idarə etdiyi "Mercedes C200" minik markalı **-ER-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Ş.Mehdiyev küçəsində nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozmasına görə barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmişdir.Həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində xx.xx.2022-ci il tarixli, TP5462732 saylı inzibati qərar qəbul edilərək 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İ.Hümbətli dönmə əməliyyatını həyata keçirərkən yolun sol hissəsində avtomobillər dayandığı üçün bir dəfəyə dönə bilməyəcəyini görüb, avtomobili yolun hərəkət hissəsində saxlamış və sükanı sağa yığaraq avtomobili arxaya verərkən arxadan gələn avtomobil ona çırpılmışdır. Halbuki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-cı maddəsində qeyd edilmişdir ki, sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir. Əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2022-ci il tarixdə, saat 22:00 radələrində Yasamal rayonu, Ş.Mehdiyev ərazisində yolayrıcını keçmə qaydalarının pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı şəhər DYPİnin xx.xx.2022-ci il tarixli, TP ******* saylı protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-181/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-181/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver