Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1813/2020 31.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Carçalova Nuranə Həsrət qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan xxxxxxxxx Sabir Səfər oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş xxxxxxxxx Sabir Səfər oglunun Bakı şəhəri Dövlət X1 xx.xx.2020 tarixli TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: xxxxxxxxx Sabir Səfər oğlu Bakı şəhəri Bakı şəhəri Dövlət Yol Polis Xidmətinin TP ******* saylı xx.xx.2020 il tarixli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xxxxxxxxx Sabir Səfər oğlu 2009-cu ildən "xxxxxxxxx" MMC tibb mərkəzinin direktoru vəzifəsində işləyir. Karantin rejimi tətbiq olunan gündən 2020-ci ilin avqust ayının 5-nə kimi onun və ** ZR *** nömrəli maşınının Respublika daxilində sərbəst hərəkət etmək üçün icazəsi olduğunu bildirdi. xx.xx.2020-ci il tarixində təxminən saat 15:30 radələrində Nəsimi rayonunun 3-cü Mikrarayon dairəsində onun idarə etdiyi ** ZR *** nömrəli “Nissan Tida” markalı maşınını Bakı şəhər Dövlət Yol Polisinin nümayəndəsi saxlayaraq, xxxxxxxxx Sabir Səfər oğluna protokol tərtib etdiyini və icazəsinin olmadığını bildirdi. xxxxxxxxx Bakı şəhər Dövlət Yol Polisinə müraciət etdiyini bildirdi. Yoxlama nəticəsində icazənin mövcut olduğunu bildirdi. xxxxxxxxxun sözlərinə görə, ona məhkəməyə müraciət etməyini söylədilər. Odur ki, göstərilənləri nəzərə alaraq, xxxxxxxxx Sabir Səfər oğlu adına və ** ZR *** nömrəli maşına TP ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020 tarixli TP ******* saylı qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xxxxxxxxx Sabir Səfər oğlu müvafiq sənədlərin surətlərini təqdim edərək bildirdi ki, onun protokolda qeyd edilən tarixlərdə müvafiq qaydada alınmış icazəsi olmuşdur. Ona görə də barəsində qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmişqərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, məhkəmənin sorğusu əsasında təqdim olunmuş və iş materiallarına əlavə edilmiş Bakı şəhəri Dövlət Yol Polis Xidmətinin tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xxxxxxxxx Sabir Səfər oğlu xx.xx.2020-ci il tarixdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla əlaqədar Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan “əməkdaş barədə məlumatlar”dan görünür ki, xxxxxxxxx Sabir Səfər oğlu "xxxxxxxxx” MMC-nin əməkdaşı olmaqla, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ölkə ərazisi üzrə hərəkət etməyə müvafiq icazəsi olmuşdur. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublıikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Elektron Hökümətin İnkişafı Mərkəzi” X2 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli məktub görünür ki, xxxxxxxxx Sabir Səfər oğluna (Seriya: AZE 01504053) aid icazə qeydiyyata alınmışdır. Sözügedən icazə 2020-ci il 5 iyul tarixində saat 00:00-da təstiqlənmiş və 2020-ci il 5 avqust tarixində saat 18:01:00-dən qüvvədə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə araşdırılması zamanı xxxxxxxxx Sabir Səfər oğlu tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması öz təsdiqini tapmamışdır. Əksinə, məhkəməyə təqdim olunmuş sübutlar təsdiq edir ki, xx.xx.2020-ci il tarixində xxxxxxxxx Sabir Səfər oglunun Bakı şəhəri ərazisində hərəkəti üçün müvafiq icazəsi olmuşdur. Lakin buna baxmayaraq, səlahiyyətli orqan mübahisələndirilən qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xxxxxxxxx Sabir Səfər oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Ona görə də xxxxxxxxx Sabir Səfər oglunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhəri Dövlət Yol Polis Xidmətinin xx.xx.2020 tarixli TP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020 tarixli TP ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət təmin edilsin. xxxxxxxxx Sabir Səfər oglunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhəri Dövlət Yol Polis Xidmətinin xx.xx.2020 tarixli İXP3417916 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020 tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1813/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1813/2020
31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver