Məhkəmə qərarları › İş №3(004)-1813/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1813/2021

12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1813/2021 12.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi, ev 20A-da qeydiyyatda olan və yaşayan X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsi tərəfindən X3 barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə MN ******* saylı, 06.08.2021-ci il tarixdə protokol tərtib olunmuşdur ondan ötəri ki, vətəndaş X3 03.08.2021ci il tarixdə saat 21:00 radələrində ünvan 1 ünvanının qarşısında polis əməkdaşları tərəfindən saxlanılmış, üzərinə baxış zamanı 3,098 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmçinin həmin iş üzrə X3 barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə 06.08.2021-ci il tarixdə Yasamal rayon prokuroru vəzifəsini icra edən R.Orucov tərəfindən qərar qəbul olunmuşdur. Protokol 06.08.2021-ci il tarixdə tərtib edilib, məhkəməyə 06.08.2021-ci il tarixdə daxil olmuşdur. Protokol “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 06.08.2021-ci il tarixli qərara əsasən tərtib edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1813/2021 saylı, 06.08.2021-ci il tarixli qərarı ilə X3 AR İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1969/2021 saylı, 30.08.2021-ci il tarixli qərarı ilə Yasamal rayon prokuroru vəzifəsini icra edən Rəşadət Orucov tərəfindən verilən protest qismən təmin edilmiş, iş üzrə X2 AR İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 3(004)-1813/2021 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon prokurorluğunun nümayəndəsi, Yasamal rayon prokurorunun köməkçisi Elvin Bəşirli şəxsin inzibati məsuliyyətə cəlb edilməsi və inzibati tənbeh edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, protokolda göstərilən əməli törətmişdir, nakrotik vasitəni özünün istifadəsi üçün əldə etmişdir, əməlindən peşmandır. Ədalətli qərar çıxarılmasını xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı A.Qədiməliyevin 06.08.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, X2 AR İXM-nin 206-cı maddəsi ilə barəsində inzibati icraat açılması üçün Yasamal rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. Yasamal rayon prokuroru vəzifəsini icra edən R.Orucovun inzibati xəta haqqında iş üzrə icraatın başlanması və araşdırmanın aparılması üçün aidiyyəti üzrə göndərilməsi haqqında 06.08.2021-ci il tarixli qərarına əsasən X2 barəsində AR İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsi inzibati xəta kimi müəyyən edilmişdir. X2 həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, həmin qərarda istinad edilmiş ekspertiza rəyi, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. Lakin məhkəmə qeyd edir ki, inzibati icraatın başlanılmasına əsas olan cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar 06.08.2021-ci il tarixdə qəbul edilmişdir. Həmin vaxtdan hesablanmaqla hazırkı vaxtda inzibati məsuliyyətə cəlb edilmə müddəti olan 3 aylıq müddət bitmişdir. İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Lakin hazırkı inzibati xəta haqqında protokolda şəxsin təqsirli bilindiyi inzibati xəta İXM-in 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 03 ay müəyyən edilmişdir. Ona görə də hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar