Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1813/2024 18.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 iclas katibliyi ilə Hüquqi ünvanı ünvan 1da qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: ünvan 1da qeydiyyatda olan Şəxs MMC-nın ünvanına 53464111, 63840508,65281834,58576679,53521738,56115322,56683436,53463303,53463352,5355 3467,61555736,55367940 nömrəli vaqonlar ilə xx.xx.2024-cü il tarixli **********7455 və **********7931 sorğu nömrəli gömrük bəyannamələri ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, BBGİ-nin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/005227 nömrəli xx.xx.2024-cü il tarixli, 3-33-1100/012/005245 nömrəli xx.xx.2024-cü il tarixli və 3-33- 1100/012/005246 nomrəli xx.xx.2024-cü il tarixli raportlara əsasən Şəxs MMC- nin ünvanına 53464111, 63840508, 65281834, 58576679, 53521738, 56115322, 56683436, 53463303, 53463352, 53553467, 61555736, 55367940 nömrəli vaqonlar ilə ölkə ərazisinə daxil olmuş yüklər üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Bununla da o, İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, № 00100-00702/24 (EP 0133775) saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə (hüquqi şəxsə) və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şəxs MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq Bakı şəhərində olmamağı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməməsi, iclasın növbəti vaxta təxirə salınmasını xahiş etsə də, bununla bağlı hər hansı bir sənədə istinad etməmiş, məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən gömrük bəyənnaməsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Bundan əlavə məhkəmə qeyd edir ki, inzibati xətanın törədilməsi hüquqi şəxsin nümayəndəsinin həm inzibati orqanda icraat zamanı verdiyi ifadəsində, həm məhkəməyə təqdim etdiyi ərizəsində etiraf olunmuşdur. İş materiallarında olan barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin məhkəməyə elektron qaydada ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsində qeyd edilmişdir ki, Şəxs MMC-nin gömrük məsələləri üzrə köməkçisi X1 xx.xx.2023-cü il tarixdə problem yaranmış, dərhal xəstəxanaya yerləşdirilmiş, xx.xx.2023-cü il tarixdə rəhmətə getmiş, mallara dair sənədlər onun tərəfindən deklaranta verildiyindən, o isə mallara dair sənədlərin qısa idxal bəyannaməsinin yazılması üçün verildiyini bildirdirdiyindən MMC-nin rəhbərliyi həmin mallara dair qısa idxal bəyannaməsinin tərtib edildiyini düşünmüşdür. Məhkəmə hesab edir ki, göstərilən hal inzibati xətanı rədd edən hal kimi qəbul edilə bilməz və hüquqi şəxsi məsuliyyətdən azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək, 1500 manat (bir min beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-1813/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1813/2024
18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver