Məhkəmə qərarları › İş №3(004)-1815/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1815/2020

04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1815/2020 04.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, “Şəxs” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Binəqədi RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş materialı işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: “Şəxs ” MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Binəqədi RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilən inzibati iş, həmin məhkəmənin xx xxxx 2020-ci il tarixli 3(001)- 1930/2020 nömrəli qərardadına əsasən ərazi aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialı işin məhkəmədə baxılmasına hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, protokol düzgün tərtib edilməmiş və ona əlavə edilmiş material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-i tərəfindən tərtib edilmişxx xxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki,“Şəxs ” MMC onun mülkiyyətində (istifadəsində) olan “Chevrolet Niva 212300-55” (minik) markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində məlumat verməmişdir. Bununla da, “Şəxs” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Şəxs” MMC-nin VÖEN-si qeyd edilməmişdir. Lakin protokol tərtib etmiş qurum tərəfindən işə əlavə edilmiş nəqliyyat vasitəsinə dair məlumatlardan müəyyən edilir ki, onun mülkiyyətində olduğu hüquqi şəxsin VEÖN-si **********-dir. İş materiallarında olan Azərbaycan Respublikasıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nəzdində olan X1 “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında”çıxarışdan və “Elektron Məhkəmə Sistemi”ndə hüquqi şəxs haqqında məlumatlardan müəyyən edilir ki, VÖEN ********** “Şəxs” MMC-yə deyil “xxxxxxxxxxxxxxxxx” MMC-yə məxsusdur. Bundan başqa qeyd edilən protokolun seriyası və nömrəsi üzrə “AsanPay” internet informasiya portalı vasitəsilə axtarış aparılarkən protokol tərtib edilmiş hüquqi şəxsin adının “xxxxxxxxxxxxxxxxx” kimi qeydə alındığı məlum olmuşdur. Göründüyü kimi, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolda hüquqi şəxsin adı düzgün müəyyən edilməmişdir. Göstərilənlərlə yanaşı iş materiallarından müəyyən edilir ki, Binəqədi RPİ-nin DYPŞnin sözügedən sorğusu “Şəxs” MMC-nin adına və ünvan 1 ünvanına göndərilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(001)-1930/2020 nömrəli qərardadında da görünür ki, barəsində protokol tərtib edilmiş hüquqi şəxsin hüquqi ünvanı Yasamal rayonu ərazisində yerləşdiyindən həmin inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Həmçinin Azərbaycan Respublikasıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nəzdində olan X1 “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında”çıxarışdan və “Elektron Məhkəmə Sistemi”ndə hüquqi şəxs haqqında məlumatlardan müəyyən edilir ki, VÖEN-si ********** olan “xxxxxxxxxxxxxxxxx” MMC-nin hüquqi ünvanı ünvan 2 Göründüyü kimi, məhkəməyə təqdim edilmiş protokol Azərbaycan Respublikası İXMnin 100.1.3-cü maddəsinin tələbləri pozulmaqla tərtib edilməklə yanaşı, ona əlavə edilmiş sənədlər natamam olmaqla bir-biri ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Şəxs ” MMC-nin Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin müvafiq inzibati xətanı törədib-törətməməsini müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Şəxs ” MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair tərtib edilmiş xx xxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş material Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nə geri qaytarılsın. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar