Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1820/2024 08.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsi X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:37 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində “HYUDANİ İ30 minik” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən avtomobili yolun hərəkət hissəsində yerləşdirilmə qaydasını pozduğu üçün saxlanılmış, yoxlama zamanı sürücünün sərxoş olduğu məlum olmuşdur. Bununla da o, İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf etməyərək göstərdi ki, həqiqətən nəqliyyat vasitəsini idarə etmirdi, açarı vermişdi ki, parkinqa baxan işçi düzəltsin. Nahar edirdi, o, 4%-li enerji içkisi içmişdir. Gələndə maşını əyri saxlamışdı deyə açarını parklama nərazətçisinə verdi ki, maşını düz saxlasın. O, kafedə olanda polislər gəlib ondan sənəd istəyiblər, o da çölə gəldi ki, maşının sahibi odur. Bir daha təsdiq edir ki, içkili vəziyyətdə nəqliyyat vasitəsini idarə etməmişdir. Əvvəl maşını 2-ci cərigədə saxlamış, daha sonra nəqliyyat vasitəsi yolun gedişinə mane törətdiyi üçün açarları parklama nəzarətçisinə vermişdir. Protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxs) nümayəndəsi Nümayəndə bildirdi ki, vətəndaş hadisəni izah etdi, sadəcə bir hissəsini təhrif etdi. Əvvəl sürücü Nəqliyyat vasitəsini gəlib 2-ci cərigədə saxlayıb, sonra mane olduğu üçün nəqliyyat vasitəsinin yerini dəyişib. Bu barədə videogörüntü də var, hansında aydın görünür ki, əvvəl nəqliyyat vasitəsi 2-ci cərigədə dayandırılır, sonra isə vətəndaş kafeyə gedir, daha sonra kafedən gəlib nəqliyyat vasitəsinin yerini özü dəyişir və 10 metr irəliyə nəqliyyat vasitəsi ilə içkili vəziyyətdə hərəkət edir. Şəxs qeyri səmimi ifadə verdiyi üçün şəxsin barəsində sürücülük hüququnun məhdudlaşdırılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ X6 İdarəsinin inspektoru X3 izahatında bildirdi ki, hadisə olan günü sürücünü çağırmışlar ki, nəqliyyat vasitəsi 2-ci cərigədə saxlanılıb və yeri dəyişdirilməlidir. Sürücü çıxır, ətrafa baxır, çünki içkili olduğunu bilir, bundan sonra nəqliyyat vasitəsinin yeri dəyişdirilir. Bundan sonra biz ona yaxınlaşdıq, pozuntunu izah etdik, şəxs müayinəyə getmək belə istəmirdi və içkili olmadığını bildirdi. Lakin biz həmin video görüntüləri həmin şəxsə də göstərmişik və orada aydın görünür ki, nəqliyyat vasitəsinin yerini özü dəyişmişdir. Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2024-cü il tarixli, 2/559 saylı aktından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:55-də edilən müayinə zamanı Şəxs alkoqol sərxoşluğu vəziyyəti vardır. Buna görə də Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2024-cü il tarixli aktla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 06 mart 2024-cü il tarixdə saat “HYUDANİ İ30 minik” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən polis tərəfindən saxlanılmış, sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinədən keçmiş və nəticədə onun sərxoş olması müəyyən olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ailəli olmasını və himayəsində azyaşlı uşağının olmasını inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxsun əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Məmmədov X2 Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, 400 manat (dörd yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-1820/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1820/2024
08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver