Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1832/2024 18.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə müəyyən etdi: Şəxs MMC tərəfindən qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Bununla əlaqədar Sumqayıt Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı X2 tərəfindən 2 aprel 2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC və protokol tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələri məhkəməyə gəlməmiş, məhkəməyə gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan 2 aprel 2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “GRAND 2021" MMC ünvanına Özbəkistan Respublikasından 30572DBA/304978A/ qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsilə göndərilmiş və Sumqayıt Gömrük İdarəsind; xx.xx.2024-cü il tarixli, **********5941 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiı “Kimyəvi toxuculuq materiallarından döşəmə ücün örtüklər" yüklərinə dair Azərbaycaı Respublikasının gömrük ərazisinə gətirilməmişdən əvvəl Azərbaycan Respublikası Gömrül Məcəlləsinin 113.1 -ci maddəsinin tələblərinə əsasən gömrük orqanlarına elektron formada qıs; idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan Rəsmiləşdirmə mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-33 1800/012/001165 nömrəli raporta əsasən müəyyən edilmişdir ki, AZ 1012, ünvan 1 ünvanında qeydiyyatda olan “GRAND 2021" MMC ünvanın; Özbəkistan Respublikasından 30572DBA/304978AA qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsik göndərilmiş və Sumqayıt Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli, **********5941 sorğı nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “Kimyəvi toxuculuq materiallarından döşəmə üçüı örtüklər” yükləri üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada mallar gömrük ərazisini gətirilməmişdən əvvəl elektron formada qısa idxal bəyannaməsi gömrük orqanına təqdin olunmamışdır. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin “X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, “GRAND 2021" MMC ünvanına Özbəkistan Respublikasından 30572DBA/304978AA qeydiyyat nömrə nişanlı nəqlivva vasitəsilə göndərilmiş və xx.xx.2024-cü il tarixli. **********5941 sorğu nömrəli gömrül bəyannaməsi ilə bəyan edilmiş “Kimyəvi toxuculuq materiallarından döşəmə üçün örtüklər yüklərinin daşındığı 30572DBA/304978AA qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cı il tarixdə saat 21:13-də Samur gömrük postundan keçirilməklə keçirilməklə Azərbaycaı Respublikasının gömrük ərazisinə daxil olmuş, lakin yükə dair qısa idxal bəyannaməsi mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməmişdən əvvəl elektron qaydada gömrük orqanına təqdim edilməmişdir. AR Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinın inzibati məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı X2 tərəfindən tərtib edilmiş 2 aprel 2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Şəxs MMC malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada gömrük orqanlarına elektron qaydada qısa idxal bəyannaməsi verməli olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə uyğun olaraq mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına qısa idxal bəyannaməsi verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs MMC (VÖEN: **********) inzibati xəta haqqında 2 aprel 2024-cü il tarixli ******* saylı protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində birbaşa Bakı Apellyasiya Məhkəməsinə və ya Yasamal Rayon Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1832/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1832/2024
18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver