Məhkəmə qərarları › İş №3(004)-1834/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1834/2024

19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1834/2024 19.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş 00700-00060/24 nömrəli 02 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC ünvanına Rusiya Federasiyasından 57403065 qeydiyyat nömrə nişanlı dəmiryol nəqliyyat vasitəsilə göndərilmiş və xx.xx.2024cü il tarixli, **********2464 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “Ağacdan və ya oduncaqlaşmış materiallardan hazırlanan emal edilməmiş ağacyonqarlı plitələr” yüklərinin daşındığı 57403065 qeydiyyat nömrə nişanlı dəmiryol nəqliyyat vasitəsilə xx.xx.2024-cü il tarixdə saat 10:37-də Xaçmaz Gömrük İdarəsi Yalama gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, lakin yükə dair gısa idxal bəyannaməsi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməmişdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əsasən gömrük organlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, Rəsmiləşdirmə mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-33- 1800/012/001237 nömrəli raporta əsasən müəyyən edilmişdir ki, Şəxs MMCnin ünvanına Rusiya Federasiyasından 57403065 qeydiyyat nömrə nişanlı dəmiryol nəqliyyat vasitəsilə göndərilmiş və xx.xx.2024-cü il tarixli, **********2464 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “Ağacdan və ya oduncaqlaşmış materiallardan hazırlanan emal edilməmiş ağacyonqarlı plitələr” yüklərinin daşındığı 57403065 qeydiyyat nömrə nişanlı dəmiryol nəqliyyat vasitəsilə xx.xx.2024-cü il tarixdə saat 10:37-də Xaçmaz Gömrük İdarəsi Yalama gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, lakin yükə dair xx.xx.2024-cü il tarixli **********4257 sorğu nömrəli gısa idxal bəyannaməsi rəsmiləşdirmək üçün vaxtından gec, mallar Azərbaycan Respublikasının gömrük ərazisinə daxil oldugdan sonra ,yəni xx.xx.2024-cü il tarixdə saat 13:33-də elektron gaydada gömrük organına təgdim edilmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haggında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından 57403065 qeydiyyat nömrə nişanlı dəmiryol nəgliyyat vasitəsilə göndərilmiş və xx.xx.2024-cü il tarixli, **********2464 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “Ağacdan və ya oduncaqlaşmış materiallardan hazırlanan emal edilməmiş ağacyonqarlı plitələr” yüklərinin daşındığı 57403065 qeydiyyat nömrə nişanlı dəmiryol nəqliyya vasitəsilə xx.xx.2024-cü il tarixdə saat 10:37-də Xaçmaz Gömrük İdarəsi Yalama qömrüt postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, lakin yükə dair xx.xx.2024-cü il tarixli **********4257 sorğu nömrəli qısa idxal bəyannaməsi rəsmiləşdirmək üçün vaxtından gec, mallar Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olduqdan sonra,yəni xx.xx.2024-cü il tarixdə saat 13:33-də elektron qaydada gömrük orqanına təqdim edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə proses iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin rəisi Musa Tağıyev tərəfindən verilmiş 30 mart 2024-cü il tarixli raportdan görünür ki, ünvan 2 ünvanında da qeydiyyatda olan "xxxx" MMC-nin adına (VÖEN: **********) Rusiya Federasiyasından 57403065 nömrəli dəmiryol nəqliyyat vasitəsi ilə ‘Ağacdan və ya oduncaqlaşmış materiallardan hazırlanan emal edilməmiş ağacyonqarlı plitələr:(DSP)” olan yük ölkə ərazisinə daxil olmuş və **********2464 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Rəsmiləşdirmə zamanı mallar gömrük ərazisinə daxil olmamışdan əvvəl qısa idxal bəyannaməsinin təqdim edilmədiyi onlar tərəfindən aşkar edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində İXM-in 485.2-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar