Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1835/2024 04.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin sahə inspektoru X2, zərəçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 27-cı PŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 27-cı PŞ-si tərəfindən tərtib edilmiş 01 aprel 2024-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, həmin protokol əsasında qəbul edilmiş qərardad və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, X5 ərizə ilə 27-ci PŞ-ya mürciət edərək bildirmişdir ki, xx.xx.2023-cü ildə saat 12.00 radələrində komendatı olduğu ünvan 2 ünvanına elektrik şitinin qıfılını düzəltdirmək istəyən zaman binada yaşayan və 4 aylıq kommunal borcu olan Şəxs onunla mübahisə edərək təmir işinə maneə olmuş, bununla kifayətlənməyərək ünvanına nalayiq sözlər işlədərək onu təhqir etmiş, qol və boyun nahiyələrinə əli ilə vuraraq onu kənara itələmişdir. Zərər çəkmiş şəxs X3 şikayət ərizəsi əsasında Yasamal RPİ-nin 27-ci PŞ-də müvafiq araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibinin əlamətləri aşkar edilmədiyindən Yasamal RPİ-nin 27-ci PŞnin baş təhqiqatçısı Nəsimi Seyidzadə tərəfindən xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş və qərarın surəti Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə inzibati araşdırma aparılması üçün şöbənin müvafiq əməkdaşına həvalə edilmişdir. Bundan sonra Yasamal RPİ-nin 27-cı PŞ-nin polis mayoru Kənan Məmmədov tərəfindən müvafiq inzibati araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin sahə inspektoru X4 tərtib etdiyi protokolu müdafiə edərək Şəxs barəsində müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü ildə saat 12:00 radələrində yaşadığı Bakı şəhəri Yasamal rayonu Əbdülvahab Salamzadə küçəsi məhəllə 593 binanın komendatı olan X5 ilə aralarında olan mübahisə ilə əlaqədar olaraq ona qarşı nalayiq ifadələr işlətmiş və onu itələmişdir. Barəsində cinayət işinin başlanılması Yasamal RPİ-nin 27-ci PŞ-nin təhqiqatçısı Nəsimi Seyidzadə tərəfindən xx.xx.2024-cü il tarixli qərarla rədd edilmişdir. Törətdiyi əməlindən çox peşmandır və bir daha bu kimi əməllərə yol verməyəcəyinə söz verir. Həmçinin bildirmişdir ki, hazırda isə zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Odur ki, hal-hazırda zərər çəkmiş şəxs olan Leyla Pənahova ona qarşı hər hansı şikayəti yoxdur. Göstərilən halları nəzərə alaraq barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X5 izahatında göstərdi ki, xx.xx.2023-cü ildə saat 12.00 radələrində komendatı olduğu ünvan 2 ünvanına elektrik şitinin qıfılını düzəltdirmək istəyən zaman binada yaşayan və 4 aylıq kommunal borcu olan Şəxs onunla mübahisə edərək təmir işinə maneə olmuş, bununla kifayətlənməyərək ünvanına nalayiq sözlər işlədərək onu təhqir etmiş, qol və boyun nahiyələrinə əli ilə vuraraq onu kənara itələmişdir. Hal-hazırda Şəxs ilə barışmış və o, da Şəxs bağışlamışdır. Bu səbəbdən onun Şəxs heç bir şikayəti və tələbi yoxdur. Göstərilənləri nəzərə alıb Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan zərər çəkmiş şəxs X5 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cüil tarixli ərizəsindən görünür ki, o, Şəxs ilə barışmış, ona görə də sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu səbəbdən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərər çəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı şikayəti yoxdur. Azərbaycan Respublikası İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığı üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39, 40, 43, 48-51, 53, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Yasamal RPİ-nin 27-cı PŞ-si tərəfindən tərtib edilmiş 01 aprel 2024-cü il tarixli MN seriyalı, ******* nömrəli protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1835/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1835/2024
04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver