Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1838/2021 09.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X10 iclas katibliyi, protokol tərtib etmiş - Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X15 oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 14/40, mənzil 02-də qeydiyyatda olan və yaşayan X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru X11 tərəfindən tərtib edilmiş 09.08.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10279/2019 nömrəli, 02.10.2019-cu il tarixli icra sənədinə əsasən borclular X7, X2, X1, X3 və X5 müştərək qaydada 65.545 manat məbləğində borc və həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq tələbkar X8 ödənilməlidir. X12 dəfələrlə xəbərdarlıq olunmasına və izahatlarının alınmasına baxmayaraq icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən üzrsüz səbəbdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, X12 Azərbaycan Respublikasının İXM-nin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X12 protokolla tanış olaraq imzalamaqdan imtina etmişdir. İmzalamaqdan imtinasının səbəbi kimi icra sənədi üzrə borcunun olmasını qəbul etməməsi kimi göstərmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X11 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10279/2019 nömrəli, 02.10.2019-cu il tarixli qətnaməsinə əsasən borclular X7, X2, X1, X3 və X5 müştərək qaydada 65.545 manat məbləğində borcun tutularaq tələbkar X8 ödənilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən verilmiş icra sənədi üzrə 02.06.2020-ci il tarixli qərarla icraata başlanılmış, həmin qərar, tələbin könüllü icrası üçün bildiriş və icra sənədinin surətləri birlikdə icra edilməsi üçün borclu X9 göndərilmişdir. Məhkəmənin qətnaməsindən kassasiya instansiyası məhkəmələrinə verilmiş şikayətlərin icraata qəbul olunmasından imtina edilmişdir. Bundan sonra icra sənədi üzrə tələbin könüllü icrasına dair bildiriş 23.06.2020-ci il tarixdə borclu X9 imza etməklə təqdim edilmiş və o, icra sənədinin qanunla müəyyən edilmiş vaxtda icra edilməməsinə görə məsuliyyət barədə yazılı şəkildə xəbərdar edilmişdir. Məcburi icra tədbirləri zamanı onun mülkiyyətində hər hansı bir əmlakı aşkar edilməmişdir. İcra məmuru X11 əlavə olaraq qeyd etmişdir ki, icra işi üzrə icraatın uzun müddətdir başlanılmasına baxmayaraq borclu X12 icra sənədi üzrə hal-hazıradək borc məbləğindən ödəniş etməmişdir. Borclu icra şöbəsində olarkən izahatları alınmış, ona yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçıraraq icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. İcra etməməsinin səbəbi kimi borcun ona aid olmadığını göstərmişdir. Göründüyü kimi borclu bu hərəkətləri ilə qərəzli olaraq icra sənədini icra etməkdən, bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Buna görə də, onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən icra məmuru X11 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X12 izahatında göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 10279/2019 nömrəli, 02.10.2019-cu il tarixli qətnamənin mövcudluğundan məlumatı olmamışdır. Yalnız icra məmuru tərəfindən şöbəyə dəvət edilərkən sözügedən icra sənədindən məlumatı olmuşdur. Buna baxmayaraq 02 oktyabr 2019-cu il tarixli icra sənədinin ona aidiyyəti yoxdur. Belə ki, onun və anasının adından istifadə etməklə insanlardan pul alınmışdır. Ona aidiyyəti olmayan borc olduğuna görə icra sənədində qeyd edilən məbləği ödəməkdən imtina edir. X12 göstərilən halların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icaraat aparılan X6 izahatında göstərilənlərə münasibətdə icra məmuru X11 əlavə olaraq bildirmişdir ki, borclu tərəfindən hər hansı məbləğdə ödəniş edilməmişdir. Bundan başqa tələbkarla borclu arasında borcun hər hansı üsulla icrasına dair razılaşma mövcud olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin icra işi üzrə materialları araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X12 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, icra işi materiallarından görünür ki: -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10279/2019 nömrəli, 02.10.2019-cu il tarixli icra sənədinə əsasən borclular X7, X2, X1, X3 və X5 müştərək qaydada 65.545 manat məbləğində borc tutularaq tələbkar X8 ödənilməlidir. İcra sənədi 11.06.2020-ci il tarixdə verilmiş və 02.07.2020-ci il tarixdə icraata başlanılması haqqında qərar qəbul edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10279/2019 nömrəli, 02.10.2019-cu il tarixli qətnaməsindən müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, borclular X7, X2, X1, X3 və X5 müştərək qaydada 65.545 manat məbləğində borc tutularaq tələbkar X8 ödənilməsi qət edilmişdir. -Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 09.04.2021-ci il tarixli 2(102)-3172/2021 nömrəli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10279/2019 nömrəli, 02.10.2019-cu il tarixli qətnaməsindən X12 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. - İcraata başlamaq haqqında qərar borclu X9 tələbin könüllü icrasına dair bildirişlə birlikdə 23.06.2020-ci il tarixdə rəsmi qaydada təqdim edilmiş və borcluya icra sənədinin qanunla müəyyən edilmiş vaxtda icra edilməməsinə, o cümlədən icra məmurunun qanuni tələblərinin üzrsüz səbəbdən yerinə yetirilməməsinə görə məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu X6 hazırda qüvvədə olan icra sənədi üzrə icraatın uzun müddətdir ki, başlanılmasına baxmayaraq hazıradək 65.545 manat məbləğində borcdan onun payına düşən hissəsindən heç bir ödəniş etməməsini, onun Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında verilmiş icra sənədi üzrə öz öhdəliklərindən qəsdən üzrsüz səbəbdən yayınması kimi qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 məhkəmə iclasında verdiyi izahatında göstərilən xüsusatları özünü müdafiə xarakterli məlumat olaraq qiymətləndirir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs X12 İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə X6 barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, yaşını, Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X12 Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1838/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1838/2021
09.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver