Məhkəmə qərarları › İş №3(004)-1838/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1838/2022

06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1838/2022 06.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, qərarından şikayət verilən AR ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər İdarəsinin sektor müdiri X3, şikayətçi «X19» MMC-nin direktoru X1 nümayəndəsi və vəkili X2 iştirakları ilə, AR ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər İdarəsinin 18.03.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək, AR ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər İdarəsinin 18.03.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmovun 18.03.2022-ci il tarixli MN1064234 saylı inzibati xəta haqqında qərarına əsasən “X19” MMC-nin direktoru X4 AR İXM-nın 192.1 -ci maddəsi ilə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Aşağıdakı əsaslara hesab edir ki, həmin qərar ləğv edilməlidir: “X19” MMC-nin direktoru X4 barəsində inzibati icraat Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin təqdim etdiyi material əsasında başlanılmışdır. 28-ci Polis Bölməsinin X9nə ünvanladığı 05.02.2022-ci il tarixli məktubda qeyd olunur ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, “Mirvari Park” yaşayış kompleksində mühafizəçi vəzifəsində xidmət edən 22.12.2021 -ci il tarixdə yaşayış kompleksinin parkinqinə növbədə olmuş 29.07.1990-cı il təvəllüdlü X10, 10.06.1999-cu il təvəllüdlü X6 və 1977-ci il təvəllüdlü X7 heç bir əmək müqaviləsi bağlamadan həmin yaşayış kompleksində mühafizəçi kimi xidmətə cəlb olunmuşlar. Həmin məktuba əlavə olunmuş sənədlərdən görünür ki, məktubda adları mühafizəçi kimi qeyd edilən şəxslərdən polis orqanının əməkdaşları tərəfindən izahatlar alınmışdır. Həmin izahatları verən şəxslərin heç biri isə “X19” MMC-də işləmələrini qeyd etməmişlər. Həmin izahatlarda mühafizəçilər “Mirvari Park” yaşayış kompleksində işləmələrini göstərmişlər. Lakin inzibati icraatı başlayan və onu aparan orqan heç bir əsas olmadan inzibati məsuliyyətə “X19” MMC-nin direktorunu cəlb etmişdir. Ümumiyyətlə “X19” MMC-nin rəhbəri tərəfindən izahatları alınmış şəxsləri əmək müqaviləsi olmadan işə cəlb etməsi hər hansı mötəbər sübutla təsdiq olunmur. Əmək müfəttişliyi izahatları alınmış şəxlərin həqiqətən də də işə “X19” MMC tərəfindən cəlb edilib-edilməməsini müəyyən etmədən, yoxlamadan, bunu tasdiq edən mötəbər, təkzib olunmayan sübutlar əldə etmədən inzibati icraat başlamış və bununla da qanunsuz olaraq hüquqi şəxsin rəhbərini inzibati məsuliyyətə cəlb etmişdir. Polis Bölməsi tərəfindən eyni zamanda Əmək Müfəttişliyinə kassa mədaxil orderi göndərilmiş və cox güman ki, Əmək Müfəttişliyi həmin kassa mədaxil orderini əsas tutmaqla “X19” MMC-nin rəhbəri barəsində inzibati icraat başlamışdır. X16 Müfəttişliyinə göndərdiyi izahatlar, kassa mədaxil qşbzi ümumiyyətlə inzibati icraat başlanması üçün əsas ola bilmızdir. Həmin sənədlər inzibati xəta qanunvericiliyinə görə sübut hesab edilmir. Belə ki, izahatlara gəldikdə qeyd olunmalıdır ki, həmin izahatlar ümumiyyətlə inzibati icraatı aparan orqan tərəfindən alınmamışdır. Digər tərəfdən həmin şəxslər inzibati icraatda şahid qismində də iştirak etməmişlər. Hər bir halda inzibati icraatı aparan orqan həmin şəxsləri dəvət edib şahid qismində dindirdikdən sonra onların izahatlarını sübut kimi qiymətləndirə bilərdi. Digər tərəfdən izahatların heç birində “X19” MMC-nin adı hallanmır. Belə olan halda ehtimal xarakterli olan, şübhə yaradan hallar hüquqi şəxsin rəhbərinin inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Kassa mədaxil orderinə gəldikdə isə qeyd olunmalıdır ki, həmin qəbzin üzərində “X19” MMC-nin adı qeyd olunsa da, o qəbzin üzərində hüquqi şəxsin qanuni təmsilçisinin nə imzası, nə möhürü mövcud deyil. Ümumiyyətlə həmin qəbz hüquqi şəxsin əmək müqaviləsi olmadan fiziki şəxsləri işə cəlb edilməsinin təsdiq edən sübut kimi qəbul oluna bilməz. Digər tərəfdən qeyd olunmalıdır ki, cinayət təqibi üzrə araşdırmanı aparan polis orqanı aldığı izahatları aidiyyəti üzrə göndərməkdə də qanunsuzluq etmişdir. AR CPM-nın tələblərinə əsasən polis cinayət təqibi üzrə aparılan icraat yalnız aparılan icraatın davam etdirilməsi üçün aidiyyəti üzrə göndərilə bilər. Əməldə inzibati xəyanın əlamətləri aşkar olunduğu halda polis orqanı həmin şəxslər barədə inzibati məsuliyyətin həlli üçün materialı müvafiq icra hakimiyyəti orqanına göndərə bilər. Lakin araşdırmada iştirak etməyən, ümumiyyətlə araşdırmanın ona hər hansi aidiyyəti olmayan hüquqi şəxsin təmsilçisi barədə belə qaydada (polis orqanının göndərdiyi material əsasında) inzibati icraatın başlanılması yolverilməzdir. Əslində polis orqanı bu cür hərəkətlə «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun tələblərini pozmuşdur. Belə ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 3.2-ci bəndinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunun göstərilən tələblərindən görünür ki, hüquqi şəxsin yoxlanılması üçün həmin məlumatlar vahid reyestrə daxil edilməlidir. Əmək Müfəttişliyi hüquqi şəxsin qanuni təmsilçisinin əmək qanunvericiliyinin tələblərini pozaraq əmək müqaviləsi olmadan şəxsi işə cəlb edilməsi barədə məlumatı almışdırsa, bu halda müvafir qərar qəbul edib qanunun tələblərinə əsasən həmin fakti yoxlamalı idi. Yalnız həmin yoxlamanın nəticəsinə uyğun olaraq inzibati icraatın başlanılması ilə bağlı qərar verilə bilərdi. Lakin göründüyü kimi Əmək Müfəttişliyi qanunun tələblərini kobud şəkildə pozmuşdur. Göstərilənlərə əsasən barəsində tərtib edilmiş AR ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər İdarəsinin 18.03.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi «X19» MMC-nin direktoru X1 nümayəndəsi və vəkili X5 ərizənin mahiyyətinə uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən AR ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər İdarəsinin sektor müdiri X8 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq şikayətin təmin edilməməsini və AR ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər İdarəsinin 18.03.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 18.03.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, «X19» MMC-nin direktoru X4 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, «X19» MMC-nin direktoru X4 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir, bu səbəbdən də AR ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər İdarəsinin 18.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1165/2022 saylı, 04.05.2022-ci il tarixli qərarından görünür ki, «X19» MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qeyd edir ki, «X19» MMC-nin bundan əvvəl də eyni inzibati xətaya görə məsuliyyətə cəlb edildiyindən və həmin iş üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan, yenidən «X19» MMC-nin direktorunun eyni məsələyə görə AR ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən inzibati məsuliyyətə cəlb edilməsi qanunvericiliyin tələblərinə zidd olmuş olur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 əməlində inzibati xəta tərkibi olmadığından onun şikayəti təmin edilməli, AR ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər İdarəsinin 18.03.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. AR ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər İdarəsinin 18.03.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar