Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-184/2025 20.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Yasamal rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Hacıyev Sərməst Faiq oğlunun katibliyi, X4 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 24070587 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 24070587 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-184/2025 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 24070587 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan X7 apellyasiya qaydasında şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən şikayət qismən təmin edilmiş, qərar ləğv edilmiş və yenidən araşdırılması üçün Bakı şəhəri Yasamal rayon məhkəməsinə qaytarılmışdır. Məhkəmə verilmiş şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan və X7 tərəfindən mübahisələndirilən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 24070587 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə saat 17:53 radələrində Bakı şəhəri, A.M.Şərifzadə küçəsində “MERCEDES 250 minik” markalı, “**-KF-***” dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsinin səkidə dayanmasına görə İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə təqsirli bilinib 60 manat cərimə edilmişdir. xx.xx.2007-ci il tarixli etibarnamədən görünür ki, X1 İlham Yaqub oğluna Şəhər (rayon) X11 tərəfindən xx.xx.2001-ci ildə verilmiş AA 403150 qeydiyyat şəhadətnaməsi əsasında ona məxsus Mercedes Benz 250 minik markalı, BAN WDR1241261C085998, buraxılış ili 1994, dövlət qeydiyyat nişanı **-KF-*** olan nəqliyyat vasitəsini sürücülük hüququ olmaqla idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı, onun üzərində sərəncam verməyi və digər hərəkətlər etməyi etibar etmişdir. Etibarnamə 50 (əlli) il müddətinə verilib və xx.xx.2057-ci il tarixədək qüvvədədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. X7 tərəfindən mübahisələndirilən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 24070587 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın məzmunundan görünür ki, X7 deyil, onun etibarnamə əsasında idarə etdiyi Mercedes Benz 250 minik markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi olan X3 İXM-in 346.9-cu maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilmişdir. Göründüyü kimi Baş Dövlət Yol Polis İdarəsinin EQ 24070587 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı X4 barəsində çıxarılmadığından, onun qərardan şikayət vermək hüququ da mövcud deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılması mümkün deyil, ona görə də, X4 Baş Dövlət Yol Polis İdarəsinin EQ 24070587 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti geri qaytarılmalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apelyasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 Baş Dövlət Yol Polis İdarəsinin EQ 24070587 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti geri qaytarılsın. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-184/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-184/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver