Məhkəmə qərarları › İş №3(004)-1840/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1840/2022

25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1840/2022 25.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Akif oğlu Məmmədovun sədrliyi, X4 iclas katibliyi ilə, X1 Bakı Nəqliyyat Agentliyinin 24.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı Nəqliyyat Agentliyinin 24.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, 24 noyabr 2021-cı il tarixdə B.Ağayev 100 (GPS: 40.3725996,49.8192123) ünvanında BNA əməkdaşı tərəfindən BNA ******* saylı protokol tərtib olunmuşdur. Protokolda, İnzibati Xətalar Məcəlləsinin 346.1 maddəsi ilə törətmiş olduğum xətaya görə məsuliyyət qeyd edilmişdir. Hesab edir ki, tərtib olunan protokolun hüquqi əsası yoxdur. Belə ki, yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinə əsasən nizamlama asitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Həmçinin, həmin maddəyə əsasən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi arasında məsafə 3 metrdən az olan yerlərdə, piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda, 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin Kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda, dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda və digər hallarda evtomobilin durması qadağandır. Qeyd edir ki, fotoşəkillərdən də göründüyü kimi həmin ərazidə əvvəllər piyada keçidi zolağı lub. Sonradan piyada zolağı xüsusi avadanlıqla yerdən silinərək ləğv olunub (bu hadisəyə özü şəxsən şahi olmuşdur). Asfalt örtüyünün məhvinin qarşısını almaq üçün piyada zolağı dərin qaşınmayıb. Növbəti olaraq piyada zolağı yolun qarşı tərəfinə keçirilərək, xüsusi düymə ilə nizamlanması təmin olunub. Bununla yanaşı, avtomobil 3.27 və 3.28 nişanlarının təsir dairəsindən kənarda olması görünür. Həmçinin, ərazidə eynidərəcəli yolların kəsişməsi halı yoxdur belə ki, məhəllədaxili yol yol xəsişməsi hesab olunmur və 5 metr məsafə saxlanılması bu işə şamil oluna bilməz. Eləcə də, həmin yolun başlanğıcında olan yol kəsişməsində 3.27 və 3.28 nişanları quraşdırılmayıb. “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən piyada zolaqları görünən xüsusi boya ilə çəkilməli və zolağın } anma piyada keçidini bildirən yol nişanı qoyulmalıdır. Əgər piyada zolağı görünməzdirsə belə halda sürücü məsuliyyətdən azaddır. Qeyd edim ki, əvvəllər piyada keçidlərinin təşkili ilə bağlı qərara yol hərəkətinin təhlükəsizliyi komissiyaları nəzarət edib. Hazırda həmin komissiya ləğv edilib və raytaxtda BNA BDYP İdarəsi ilə birgə qərar qəbul edir, piyada keçid və zolaqlarının yerini müəyyən eiir və orada sifarişçi həmin zolağın çəkilməsini icra edir. Qeyd olunan ərazidə olan piyada keçidi bu qurumların sifarişi əsasında yerdən qaşınıb. Yol örtüyünün zədələnməsməsi üçün qaşınma dərindən aparılmayıb. Əgər bu səhvən olubsa bu zolaqlara nəzarət etməlidirlər. Həmin qurumlar vaxtaşırı əraziyə baxış keçirməli, mövcud nöqsanları aradan qaldırmalıdır. Yaranan anlaşılmaz vəziyyət vətəndaşların hüquqlarının pozulması ilə nəticələnməli deyil. Əlavə olaraq qeyd edir ki, B.Ağayev 100 (GPS: 40.3725996,49.8192123) ünvanında DYP tərəfindən də dayanma durma qaydasının pozulmasına dair barəsində protokolu tərtib olunmuşdur. Lakin, şikayəti əsasında komissiya təşkil olunaraq əraziyə baxış keçirilmişdir. Baxışın nəticəsində qayda pozuntusu olmadığına dair rəy (əlavə qoşmada) verilərək 22 iyun 2021-ci il tarixli, EQ ******* saylı protokolun icrasına xitam verilmişdir. Göstərilənlərə əsasən Bakı Nəqliyyat Agentliyinin 24.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X3 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, şikayətin təmin edilməməsini və Bakı Nəqliyyat Agentliyinin 24.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı Nəqliyyat Agentliyinin 24.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən X8 İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat məbləğində inzibati cərimə edilmişdir. Qərara əsasən X8 24.11.2021-ci il tarixdə idarə etdiyi “Volksvagen Polo sedan minik” markalı, **-RB-*** d.q.n. nəqliyyat vasitəsi ilə B.Ağayev küçəsində dayanma və ya durma qaydalarını pozmuşdur. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentliyinin 24.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar