Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1848/2021 10.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 14 iyul 2021-ci il tarixli, BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsini və ona əlavə edilmiş materialı işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək dayanma və ya durma qaydalarını pozmağa görə barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə qəbul edilmiş 14 iyul 2021-ci il tarixli, BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş materialları işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, şikayətə baxılması qeyri-mümkündür və ona görə də, geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsinin məzmunundan görünür ki, X3 barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Lakin, ərizədə inzibati tənbeh vermə haqqında qərarın qəbul edilib-edilməməsi, əgər qərar qəbul edilmişdirsə, onun rekvizitləri göstərilməmiş, eləcə də nə iş üzrə qəbul edilmiş qərar, nə də inzibati xəta haqqında protokol iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə, şikayət ərizəsinin nəticə hissəsindən göründüyü kimi, məhkəmədən qəbul edilmiş qərarla bağlı qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası İXM-nin tələblərinə görə isə məhkəmələr tərəfindən inzibati xəta haqqında iş üzrə qərar və ya qərardad çıxarılır. Hazırda isə şikayətçi barəsində qəbul edilmiş qərarın həqiqətən də mövcud olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan müəyyən edilir ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Lakin, indiki halda şikayətdə inzibati xəta haqqında qərarın ləğv edilməsi xahiş edilsə də, nə inzibati xəta haqqında protokol, nə də ki, hər hansı bir qərar məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin məhkəmədə baxılmağa hazırlanması mümkün deyil, ona görə də, şikayət geri qaytarılmalı, həmçinin şikayətçiyə izah edilməlidir ki, qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən xətanın törədildiyi yer və ya vəsatətlə yaşayış yeri üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 14 iyul 2021-ci il tarixli, BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1848/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1848/2021
10.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver