Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1848/2024 22.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Hüseynova Yağmur Azər qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin 04 noyabr 2023-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin 04 noyabr 2023-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının vətəndaşıdır və bildirir ki, ünvan 3 mənzil onun adınadır. xx.xx.2023-cü il tarixində adına olan mənzilin 1 otağını Qazaxıstan Respublikasının vətəndaşı olan Asselgul Nurmukhanovaya (Pasport: KAZ N12256980, İD No. **********26, Doğum tarixi: xx.xx.1989) icarəyə vermişdirlər. xx.xx.2023-cü il tarixində Asselgul Nurmukhanova mənzilin digər otağında qalan xanımla mübahisə etmiş və nəticədə həmin gün Asselgul Nurmukhanovadan polisə şikayət olunmuşdur. xx.xx.2023-cü il tarixində (müraciət nömrə: Fn30zNjUt8) Dövlət Miqrasiya Xidmətinə Qazaxıstan Respublikasının vətəndaşı olan Asselgul Nurmukhanova barədə məlumat xarakterli müraciət ünvanlamışdır. xx.xx.2023-cü il tarixində +**********24 saylı mobil nömrədən özünü Dövlət Miqrasiya Xidmətininin əməkdaşı kimi təqdim edən X8 ona zəng edib və bildirmişdir ki, qonşudan dəqiqləşdirib və müəyyən edib ki, həmin şəxs 2-3 gün olar ki bu mənzildə qalır və ona olduğu yer üzrə qeydiyyata düşmək barədə müvafiq xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixində +**********09 saylı mobil nömrədən ona zəng edilmiş və özünü Dövlət Miqrasiya Xidmətininin əməkdaşı kimi təqdim edən şəxs (şöbə rəisi X6) bildirmişdir ki, mənzildə qalan şəxsin ölkəyə yeni giriş-çıxış etdiyi üçün qeydiyyata düşməsi üçün hələ vaxtı var. xx.xx.2023-cü il tarixində Fn30zNjüt8 nömrəli müraciətinin nəzərə alındığı bildirilmiş və müraciəti üçün təşəkkür edilmişdir (https://migration.gov.az/az/apply). xx.xx.2024-cü il tarixində +**********48 saylı mobil nömrədən özünü Dövlət Miqrasiya Xidmətininin əməkdaşı kimi təqdim edən X8 ona zəng etmiş və bildirmişdir ki, onun ödənilməmiş cərimələri var. Qeyd edir ki, onun xx.xx.2023-cü il tarixində Dövlət Miqrasiya Xidmətinə məlumat xarakterli müraciətinə baxmayaraq, həmçinin ona xəbərdarlıq edilmədən (xəbərdarlıq edə bilərdilər ki, ölkədə 30 gündən çox yaşayan vətəndaşı qeydiyyata salmasa cərimə edəcəklər) sonradan Dövlət Miqrasiya Xidmətininin əməkdaşı X8 və şöbə rəisi X6 tərəfindən ona cərimə təyin edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 577-ci maddəsinə əsasən ona qarşı qanunsuz və əsassız tətbiq olunmuş inzibati tənbeh haqqında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə xx.xx.2024-cü il tarixli X6d341vuFE saylı şikayət ərizəsi ilə müraciət etmişdir, lakin onun şikayətinə həmin orqan tərəfindən baxılmış və təmin olunmamış saxlanılmışdır. E-icradan daxil olmuş mesajdan sonra xx.xx.2024-cü il tarixində Bakı şəhəri Yasamal rayon icra şöbəsinə yaxınlaşmış və qoşmada qeyd edilən müvafiq sənədlərlə tanış olmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin xx.xx.2023-cü il tarixli ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı ilə ona 300 manat məbləğində cərimə təyin edilmişdir. Hal-hazırda hesablanmış dəbbə pulu ilə birlikdə cərimənin ümumi məbləği 480 (dörd yüz səksən) manatdır. Ona qarşı tətbiq olunmuş inzibati tənbehi Qazaxıstan Respublikası vətəndaşının qeydiyyata düşmək üçün 30 gün ərzində vaxtı olduğunu (https://migration.gov.az/az/oyq - Azərbaycan Respublikasında 15 gündən artıq (Qazaxıstan Respublikasının vətəndaşları 30 gündən artıq) müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar), həmin ərəfədə ölkəyə giriş-çıxış etdiyini, həmçinin ona xəbərdarlıq edilmədən cərimə təyin edildiyi səbəbə görə qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin xx.xx.2023-cü il tarixli ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarında qeyd olunan xx.xx.2023-cü il tarixli ******* nömrəli protokol barədə onun məlumatı olmayıb, həmçinin onun iştirakı olmadan protokol tərtib olunub. Həmçinin bildirir ki, xətanın aşkar olunduğu tarix ilə (protokolun tarixi xx.xx.2023) İnzibati tənbeh vermə haqqında qərarın verildiyi tarix (xx.xx.2023) arasında da şübhəli məqam var. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarı ilə ona təyin edilmiş 480 (dörd yüz səksən) manat məbləğində olan cəriməni ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin dəlillərinə uyğun çıxış edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin 04 noyabr 2023-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin nümayəndəsi Nümayəndə şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Bildirdi ki, Azərbaycan Respublikası vətəndaşı X5 (Ş/V: AZE ********) xx.xx.2023-cü il tarixdə DMX-ya ünvanladığı elektron məktubunda ünvan 1 ünvanında yerləşən mənzilinin 1 otağını Qazaxıstan Respublikası vətəndaşı Nurmukhanova Asselgul-a (pasport: N********) xx.xx.2023-cü il tarixdən kirayəyə verdiyini, lakin əcnəbi barəsində xx.xx.2023-cü il tarixdə mənzilin digər otağında yaşayan digər xanımla mübahisə etdiyinə görə polisə şikayət edildiyini bildirmişdir. R.Hüseynov sözügedən məktubunda mənzilin 1 otağını qeyri-rəsmi Nurmukhanova Asselgul-a kirayəyə verməsinə baxmayaraq, sonuncunun ona məxsus evə müvəqqəti qeydiyyata düşməsinə razılıq vermədiyini və mənzili tərk etməsini tələb etsə də, əcnəbinin evi tərk etmək niyyətində olmadığını da qeyd etmişdir. X5 müraciətində həmçinin, DMX tərəfindən əcnəbinin ona məxsus ünvandan qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Müraciətin araşdırılması zamanı Qazaxıstan Respublikası vətəndaşı Nurmukhanova Asselgul-un (pasport: N********) xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına gəldiyi, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanına olduğu yer üzrə qeydiyyata alınması üçün DMXya müraciət etdiyi və şəxsin qeyd olunan ünvan üzrə xx.xx.2023-cü il tarixədək olduğu yer üzrə qeydiyyata alındığı məlum olmuşdur. Müəyyən edilmişdir ki, əcnəbi ümumiyyətlə ölkəyə gəldiyi gündən X4 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə müvəqqəti qeydiyyata alınmamışdır. Qeyd olunan xüsusatların araşdırılması zamanı Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələblərinin pozulduğu qənaətinə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Məcəllənin 21.8-ci maddəssinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar. Qeydiyyat müddəti başa çatdıqda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilirlər. Yenə həmin Məcəllənin 21.9-cu maddəsinə əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində bu Məcəllənin 21.2-21.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur. Odur ki, Qazaxıstan Respublikası vətəndaşı Nurmukhanova Asselgul araşdırmaya dəvət edilmiş, araşdırma zamanı yuxarıda qeyd olunan hallar təsdiqini tapmış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.5-ci maddəsinin (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməməsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir) tələblərini pozduğuna görə barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilələrək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Eyni zamanda, əcnəbiyə yaşayış sahəsi verən, lakin bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməyən Azərbaycan Respublikası vətəndaşı X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 577-ci maddəsində (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) Nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsinə gəlinmiş və araşdırmaya dəvət edilmişdir. Sonuncu araşdırmada iştirak etməkdən imtina etdiyindən barəsində onun iştirakı olmadan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 577-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol qəbul edilmiş və həmin Məcəllənin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında xx.xx.2023-cü il tarixli qərardad qəbul edilərək şəxsə işə baxılmasının yeri və vaxtı barədə məlumat verilmişdir. R.Hüseynov sözügedən qərardada da məhəl qoymayaraq işə baxılmasında iştirak etməmiş və barəsində onun iştirakı olmadan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 577-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərar qəbul edilərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Diqqətə çatdırmaq istər ki, X5 barəsində qəbul edilmiş inzibati xətalar haqqında işlər üzrə sənədlər İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsə rəsmi qaydada verilmişdir. Odur ki, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmədən Dövlət Miqrasiya Xidmətinin 04.11,2023-cü il tarixli MN ******* nömrəli qərarı qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin 04 noyabr 2023-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərara əsasən X5 İXM-in 577-ci maddəsi ilə (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsinə görə) təqsirli bilinib 300 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmişdir. Şikayətçinin göstərdiyi şəraitdə onun hərəkətlərində təqsirli bilindiyi İXM-nin həmin maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). Həmin Məcəllənin 21.8-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar. Qeydiyyat müddəti başa çatdıqda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilirlər. Qeyd edilən Məcəllənin 21.9-cu maddəsinə əsasə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində bu Məcəllənin 21.2–21.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, şikayət verən şəxs X5 öz mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən mənzili Qazaxıstan Respublikası vətəndaşı Nurmukhanova Asselgul-a (pasport: N********) xx.xx.2023-cü il tarixdən kirayəyə vermiş, xx.xx.2023-cü il tarixdə isə bu barədə DMX-yə məlumat vermiş, şəxsin həmin tarixdə hələ də qeydiyyatda olmadığını bildirimiş və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Bununla da X5 Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı ilə bağlı tələblərini pozmuşdur. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin 04 noyabr 2023-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-1848/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1848/2024
22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver