Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1850/2022 19.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466 olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC tərəfindən 82139,16 avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC Bankda olan hesabından 21.02.2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı qündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 57371,72 avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Bununla da o, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 01.04.2022-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında iştirak etməsə də, məhkəmə iclası barədə məlumatlı olmuş və nümayəndəsi iş materialları ilə taış olarkən, iş materiallarına "xxxx" ASC-nin Şəxs MMC-yə ünvanladığı 11.04.2022-ci il tarixli məktubunu əlavə etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Şəxs MMC-yə ünvanladığı 11.04.2022-ci il tarixli məktubuna əsasən “VSE TRADİNG LTD” şirkətinə 26.04.2019-cu il tarixli CR-0324- S saylı müqavilə əsasında 21.02.2020-ci il tarixli 82139.16 EUR avans köçürmə olmuşdur. Bu avans köçürməsi 21.05.2020-ci il tarixdə gömrük portalında **********8856 (20639.53 EUR), 27.01.2022-ci il tarixdə **********8856 (4127.91 EUR) saylı yük gömrük bəyannamələri və 04.04.2022-ci il tarixdə banklarındakı AZ51AZFİ40140EU**********003 saylı hesabınıza geri qayıtmış 57371.72 EUR vəsait (SWİFT 074VTP6365360) ilə tam bağlanmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş valyuta həmin məktubdan görünür ki, 04.04.2022-ci il tarixdə ölkəyə geri qaytarılsa da, inzibati məsuliyyət aradan qalxmır. Çünki valyuta xaricə 21.02.2020-ci il tarixdə köçürülmüşdür. Həmin valyutaya görə inzibati məsuliyyətin yaranması üçün müəyyən edilmiş 02 ilik müddət 21.02.2022-ci ildə tamam olur. Ona görə də həmin tarixədək ya mallar ölkəyə idxal edilməli, ya xidmət göstərilməli, ya da valyuta həmin tarixədək geri aqytarılmalı idi. Həmin tarix tamam olarnda, artıq şəxsin əməlində inxibati xəta tərkibi yaranmış olur. Ona görə də 02 il tamam olandan sonra, yəni inzibati xəta törədildikdən sonra valyutanın ölkəyə geri qaytarılması, şəxsin inzibati məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28.11.2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə 20.02.2020-ci il tarixdə edilmiş dəyişiklikdən sonra həmin bənddə nəzərdə tutulmuş müddət 02 il müəyyən edilmişdir. Həmçinin geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirləri həyata keçirilir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, "xxxx" ASC-nin 22.02.2022-ci il tarixli, 7726 saylı məktubu ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 57371,72 avronun 20% məbləğində, yəni 11474,34 avro (on bir min dörd yüz yetmiş dörd avro 34 sent) (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1850/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1850/2022
19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver