Məhkəmə qərarları › İş №3(004)-1852/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1852/2024

22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1852/2024 22.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X5 iclas katibliyi ilə, Müdafiəçi: X12, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş MN ******* saylı, xx.xx.2024cü il tarixli qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi Azərbaycan Respublikasının İXM-nin 150.5-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar qəbul etməklə X7 AR İXM-ni 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsini səbəbindən 4000 (dörd min) manat məbləğində cərimə tətbiq edilməsini qərara almışdır. Lakin X13 qərar qəbul edərkən işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmamışdır. Belə ki, X13 heç bir əlavə araşdırma aparmağı zəruri hesab etmədən və heç bir əsaslı fakta söykənmədən yalnız X17 şifahi izahatına əsaslanaraq Əli Ağayevin əmək müqaviləsi olmadan Eldar Rəfiyevin direktoru olduğu "xxxx" MMC-yə məxsus restoranda işləməsi qənaətinə gələrək Eldar Rəfiyev barəsində inzibati xəta törətməsini haqqında əsassız qərar qəbul etmişdir. Halbuki, Əli Ağayevin bir neçə gün sonra X9 müraciət edərək öz əvvəlki ifadəsini təkzib etməsinə baxmayaraq X13 işin həqiqi hallarını nəzərə almamışdır. Belə ki, Əli Ağayev yenidən müraciəti zamanı heç bir zaman Neşve Baku restoranında çalışmadığını, həmin restoranda su şef vəzifəsini icra etmiş dostu X6 ilə Eldar Rəfiyev arasında şəxsi anlaşılmazlıq olduğundan dostu ilə birləşərək qərəzli şəkildə bu cür addım atdıqlarını və hazırda tutduqları əməldən peşman olduqlarını bildirmişlər. Buna baxmayaraq X13 zəruri olduğu halda heç bir əlavə araşdırma aparmadan əsassız qərarın ləğv edilməsi ilə bağlı heç bir zəruri addım atmamışdır. Bununla yanaşı, X13 qərar qəbul edərkən X10 nəzər salmadan qeyd olunan tarixdə Əli Ağayevin başqa bir müəssisədə işləməsi faktını nəzərə almamışdır. Əli Ağayev X9 müraciət edərkən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Azərbaycan Elmi- X11 Ortopediya İnstitutu" X23 X13 Xidmətin Bakı şəhər İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 61 saylı məktubunda instituta birbaşa müraciət etdiyini və sol əlinin birinci barmağının kəsildiyini və rəhbərlik tərəfindən heç bir tədbir görülmədiyini irəli sürərək həmin xəsarətin Neşve Baku restoranında baş verdiyini bildirmişdir. X28 qeyd olunan müddətdə Neşve Baku restoranında yox, başqa bir daşınma şirkətində fəaliyyət göstərmişdir. Məhz bu səbəbdən də, Əli Ağayevin eyni zamanda nə rəsmi, nə də qeyri-rəsmi olaraq Neşve Baku restoranında çalışması fiziki olaraq mümkün deyildir. Bunu da məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Əli Ağayevin həqiqətən də Neşve Baku restoranında işləməsi və belə bir qəzanın baş verməsi halında Əmək Müfəttişliyi AR İXM-nin 198-ci maddəsinin pozulubpozulmaması faktını müəyyənləşdirmək üçün sözügedən iş yerinə baxış keçirməmişdir. Bunu da xüsusilə qeyd etmək istəyirik ki, Neşve Baku restoranında təhlükəsizliyə və işlərin qanunvericiliyə uyğun keyfiyyətli həyata keçirilməsinə nəzarət məqsədilə 24 saat ərzində çəkiliş həyata keçirən kameralar mövcuddur ki, həmin kamera görüntülərinə nəzər saldıqda Əli Ağayevin qeyd olunan tarixdə heç bir zaman Neşve Baku restoranına gəlmədiyini və çalışmadığını aşkar şəkildə görmək mümkündür. Bununla məhdudlaşmayaraq Neşve Bakuda fəaliyyət göstərən bütün personal öz ifadələrində Əli Ağayevi heç bir zaman Neşve Bakuda görmədiklərini təsdiq etməyə hazırdırlar. Bununla yanaşı, məhkəmənin nəzərinə çatdırırıq ki, şikayət edən şəxslər Əli Ağayev və Murad İbrahimov X13n müraciət edərkən onları Günay adlı şəxs qəbul etmiş və yazılı izahatlarını almışdır. Buna baxmayaraq inzibati protokol daha əvvəl şikayət edən şəxslərlə ünsiyyətdə olmamış Seyidağa tərəfindən tərtib olunmuş və imzalanmış, bununla da AR İXM-nin 100cü maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. X4 pozuntusu səbəbindən Günay adlı şəxsi hazırda işdən azad etmiş olsa da, qanunsuz hərəkətlər nəticəsində Eldar Rəfiyev barəsində tərtib edilmiş protokol müvafiq orqan tərəfindən bu günədək ləğv olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət vermiş şəxsin müdafiəçisi X18 bildirdi ki, eyni iş üzrə hüquqi şəxs 20 min manat cərimələnib, Rəfiyev Eldar isə 4 min manat. Bakı Apellyasiya məhkəməsinin müvafiq qərarı ilə hüquqi şəxs barədə tənbeh etmə dəyişdirilmədən saxlanılıb. Hazırda xx.xx.2024-cü il tarixli qərar ləğv olunmalıdır. Əli Ağayev şikayət etmiş əvvəldə və müqavilə olmadan aşbaz işinə cəlb olunmasını bildirmişdir, lakin bu məlumat öz təsdiqini tapmır. Bizdə kamera görüntüləri də var. Həmin sübutları apellyasiya məhkəməsinə təqdim etmişik, lakin məhkəmə tərəfindən qəbul olunmamışdır. Həmin şəxs eyni müddətdə başqa yerdə çalışıb. Ona görə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X8 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Belə ki, hüquqi şəxsin məsuliyyətə cəlb edilməsi üçün vəzifəli şəxsin əməlinə qiymət verilməlidir. Artıq Apellyasiya Məhkəməsi əmələ qiymət verib və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə əmək müqaviləsi bağlanmadan işçinin işlədilməsi öz təsdiqini artıq tapır. Həmin qərarın hazırki işdə preyudisial əhəmiyyəti var. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarına əsasən X22 "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirdiyi üçün həmin hüquqi şəxsin direktoru X15 İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat cərimə edilmişdir. Qərar MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, vəzifəli şəxs kimi X15 barəsində qəbul edilmiş qərar üzrə inzibati xəta hadisəsinin mövcudluğu artıq təsdiq edilmişdir, həmin xətaya görə həmin şəxs də inzibati məsuliyyət daşıyır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-488/2024 saylı, 15 fevral 2024-cü il tarixli qərarına əsasən "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 20000 manat (iyirmi min manat) məbləğində inzibati cərimə edilmişdir. Həmin qərara əsasən də X22 "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2023-cü il tarixdən 17 noyabr 2023-cü il tarixə qədər işlərin yerinə yetirdiyinə cəlb edildiyi üçün inzibati tənbeh edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 3(103)-570/2024 saylı, 19 mart 2024-cü il tarixli qərarına əsasən apelyasiya şikayəti təmin edilmədən, qərar isə dəyişdirilmədən saxlanılmışdır. Bununla da artıq barəsində şikayət verilmiş qərarda göstərilən inzibati xəta hadisəsinin mövcudluğu və törədilməsi təsdiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar