Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1853/2024 13.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 15 mart 2024-cü il tarixli MN seriyalı 00100-00336/24 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına 35BN036/99ZG976 nömrəli avtomaşınla, MYF**********038 invoys nömrəli, Packinq listin sənədi ilə daxil olmuş yüklərə **********7573 sorğu nömrəli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannamədə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİFMN üzrə ********** kodu altında 0% gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləsdirildivinin müəyyən edilməsi məqsədilə X2 idarəsinə müraciət olunmuş, həmin İdarədən GM**********66 saylı 24.10,2023-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən, MYF**********038 invovs nömrəli, AZR-015 proforma invoys üzrə 1-ci mövqeyi **********, 2-ci mövqeyi **********, 3-4 cü mövqeyi ********** alt yarımmövqeyində sinifləsdirilir. Beləliklə, **********7573 sorğu nömrəli xx.xx.2023-ci il tarixli gömrük bəyannaməsində yüklərin 15% idxal gömrük və 18% əlavə dəyər vergisi rüsumun olduğu təqdirdə "xxxx" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu 1474.41 manat, əlavə dəyər vergisi üzrə 11280.59 manat təşkil edir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 224-cü maddəsinə əsasən gömrük ödənişləri dedikdə, gömrük rüsumları, əlavə dəyər vergisi, aksizlər, yol vergisi, gömrük yığımları, haqq, dövlət rüsumu basa düşülür. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda inzibati məsuliyyət nəzərdə tutulur. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ basa düşülür. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Şəxs MMC tərəfindən **********7573 nömrəli, xx.xx.2023-ci il tarixli gömrük bəyannaməsi üzrə əlavə ödəniləcək gömrük ödənişlərini məbləği idxal gömrük rüsumu 1474.41 manat, əlavə dəyər vergisi üzrə 11280.59 manat olmağla, ümumilikdə 12755 manat ödənişini ödəyəcəkləri xx.xx.2024-cü il tarixli 3-33-1100/1- 003151/2024 nömrəli ərizə ilə bildirilmiş, lakin hələ də ödənməmişdir. Şəxs MMC gömrük ödənişlərinin ödənilməsindən ümumilikdə 12755 (on iki min yeddi yüz əlli bes) manat məbləğində yayınmışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə barəsində icraat aparılan Şəxs MMC tərəfindən məhkəmə prosesi zamanı təqdim edilən vəsatətə əsasən Bakı Baş Gömrük İdarəsində MMC tərəfindən ödənilməli olan əlavə gömrük ödənişlərinin məbləğinin dəqiqləşdirilməsi məqsədi ilə aidiyyəti struktur bölməyə müraciət olunmuş və müraciətə cavab olaraq, ödənilməli olan əlavə gömrük ödənişlərinin məbləğinin 12755 (on iki min yeddi yüz əli beş) manat deyil, 21986.24 (iyirmi bir min doqquz yüz səksən altı manat iyirmi dörd qəpik) manat olduğu müəyyən olunmuşdur. Göstərilənlərə əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanmış icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X4 izahatında bildirmişdir ki, Şəxs MMC ilə Türkiyənin “Myfarm Dış Ticaret” A.Ş. arasında bağlanmış müqavilə əsasında 1 dəst Quşçuluq üçün avadanlıq gətirilmişdir. Həmin avadanlıq xx.xx.2023 tarixli **********7573 nömrəli bəyannamə ilə ********** kodu ilə bəyan edilmiş və 445,40 AZN gömrük rüsumu ödənilmişdir. xx.xx.2023-cü il tarixli GM**********66 nömrəli ekspert rəyində gətirilən mallar üç müxtəlif təsnifat kodu ilə uyğunlaşdırılmışdır. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarını əsas tutaraq gətirilən malların 1 dəst quşçuluq avadanlığı olduğunu nəzərə alaraq əlavə ekspertiza keçirilməsi üçün müvafiq sərəncam verilməsi haqqında Bakı Baş Gömrük İdarəsi rəisi E.Ramazanova vəsatət verilmişdir. Qeyd olunan avadanlıq dəstinin gömrük dəyəri 36.000$ (61.000 azn) olduğu üçün 18% ƏDV hesablansa belə 10.900 manat təşkil edər, 445 manat ödədiyimizi nəzərə alsaq qalıq məbləğ 10.535 manat təşkil edir. Bakı Baş Gömrük İdarəsi tərəfindən qeyd olunan bəyənnamə üzrə Şəxs MMC-nin 12.755 manat ödəməli olduğu iddia olunur. Göstərilənləri nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını dinləyib, tərəflərin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-in 505-ci maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən
1. Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür.
2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair” 18 noyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 85 və 114.2.3-cü maddələrinin məzmunundan çıxış edərək qeyd edilməlidir ki, həmin maddələrdə aydın və birmənalı şəkildə müəyyən edilmiş qaydaya əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə özü cinayət işini başlamır, istintaq orqanın cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarını ləğv etmir, o, əməldə müəyyən etdiyi cinayət əlamətləri barədə cinayət təqibini başlamaq səlahiyyətində olan orqanı məlumatlandırmaqla materialları həmin orqana göndərir. Həmin qərarda həmçinin qeyd edilmişidir ki, istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. 85-ci maddəsində qeyd edilmişdir ki, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və qərarın surəti İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə cinayətin əlamətləri olduğu üçün xitam verilsin. Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Rauf Daşdəmirov