Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1854/2020 19.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bolməsinin sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İXMnin 211-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh tədbiri təyin edilməsinə dair barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-si tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, “xxxxxxxxxxx” MMC-də icraçı hüquqşünas vəzifəsində işləyir və “Kontakt Home” mağazaları tərəfindən xüsusi karantin rejimi dövründə malların onlayn satışını həyata keçirmişdir. Bu səbəbdən o da onlayn satış üzrə fəaliyyətə cəlb olunmuşdur. Onlayn satış üzrə fəaliyyəti həyata keçirmək üçün yaşayış yerini tərk etmək zərurəti olduğundan o, xx.xx.2020-ci il tarixdə elektron qaydada müvafiq icazə almışdır. İş vaxtı bitdikdən sonra yaşayış yerinə qayıdan zaman Nərimanov RPİ-nin 16-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq icazəsinin olubolmadığı soruşulmuş, o, isə öz icazəsini polis əməkdaşlarına təqdim etmiş, lakin onlar sistemdə elektron icazənin olmadığını soyləyib bu səbəbdən protokol tərtib edilməli olduğunu bildirmişlər. Bundan sonra qəbul edilmiş qərar ona təqdim edilməmiş, qərar barədə yalnız təyin edilmiş cərimənin onun məvacibinə yönəldilməsi barədə xəbərdarlıq məktubunu aldıqdan sonra öyrənib bilmişdir. X4 göstərilən hallar nəzərə alınmaqla onun Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov RPİ-nin 16-ci PB-si tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 ərizəsində qeyd olunmuş dəlillərə uyğun çıxış edərək şikayətinin təmin edilməsini, Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin təyin edilməsi haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nəməhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada bildiriş göndərilməsinə baxmayaraq qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü tələblərinə uyğun olaraq işə qərarından şikayət verilmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməli və X1 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə tənbeh tədbirinin təyin edilməsinə dair Bakı şəhəri Nərimanov RPİ-nin 16-ci PB-sinin sahə rəisi X5 tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli qərar dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-nin 16-ci PB-sinin sahə rəisi X5 tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx xxxxx 2020-ci il tarixdə saat 18:58-də epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejiminin qaydalarını pozmuş və o, Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinə əsasən təqsirli bilinərək barəsində 100 (bir yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətçi barəsində protokol tərtib edildiyi vaxt karantin rejimi qaydalarına müvafiq olaraq ölkə ərazisində sərbəst hərəkəti üçün elektron icazəsinin olubolmamasının yoxlanılması məqsədilə məhkəməyə Yasamal RPİ-si tərəfindən təqdim edilmiş cihaz vasitəsilə onun şəxsi məlumatları “İcazələrin Alınması və Monitorinqi Sistemi”nə daxil edilib baxış keçirilərkən müəyyən edildi ki, “xxxxxxxxxxx” MMCdə icraçı vəzifəsində işləyən X2 xüsusi icazənin verilməsi üçün müraciət edilmiş müddət xx xxxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək olan müddəti və Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin ərazisini əhatə etsə də, müvafiq icazə səlahiyyətli qurum tərəfindən xx xxxxx 2020-ci il tarixdə saat 19:26:22-də, yəni xətanın aşkarlanmasından 30 dəqiqə sonra təsdiqlənmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin xx xxxx 2020-ci il tarixədək qüvvədə olan 211-ci maddəsinin mətninəəsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslərin yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslərin min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 120 nömrəli qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyətin xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılması və insanların fərdi evlərdən və mənzillərdən çıxışı təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə tərk etməsi müəyyən edilmişdir. Həmin Qərarın 4-cü bəndində Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə fəaliyyətinin davam etdirilməsinə icazə verilmiş sahələrin siyahısı göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarına əsasən x xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00dək ölkə ərazisində hərəkət məhdudiyyətləri müəyyən qaydalar çərçivəsində tətbiq edilmişdir. Qeyd olunan hərəkət məhdudiyyəti xx xxx 2020-ci il tarixədək, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 176 nömrəli qərarı ilə həmin tarixdən aradan qaldırılanadək qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarının 1.4-cü bəndinə görə 1.1-ci bənddə sadalanan şəxslərdən başqa bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilmişdir: 1) təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 2) ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar; 3) yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Qərarın 1.5.1-ci yarım bəndinə görə 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməli (SMS məlumatlar ödənişsizdir), SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməli, 1 indeksi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2 indeksi ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir); 3 indeksi isə - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün nəzərdə tutulmuşdur. Qərarın 1.2.2-ci bəndinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçilərinin barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.egov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə icazə verilməsi müəyyən edilmişdir. Qərarın 1.7-ci bəndinə görə Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilmiş və qaydalara görə şəxsin yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk etməsi nəzərdə tutulmuşdur. Həmçinin Qərarın 1.10-cu bəndinə görə müvafiq dövlət qurumlarının və özəl hüquqi şəxslərin əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatlarının könüllülər barədə məlumatların “icaze.e-gov.az” portalına x xxxxx 2020-ci il saat 10:00-dan etibarən daxil edilməsi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq icazə verilən fəaliyyət istiqaməti üzrə fəaliyyət göstərən şikayətçi X1 barəsində məlumatlar “icaze.e-gov.az” portalına daxil edilməklə onun Abşeron rayonu, Bakı və Sumqayıt şəhərləri ərazisində maneəsiz hərəkəti üçün xüsusi icazə verilməsinə baxmayaraq həmin icazə xx xxxxx 2020-ci il tarixdə saat 19:26:22-də təsdiqlənərək qüvvəyə minmişdir. Lakin X4 müvafiq icazə səlahiyyətli qurum tərəfindən təsdiq edilmədən, yəni icazə qüvvəyə minmədən və ya sms icazəsi almadan xx xxxxx 2020-ci il tarixdə saat 18:58-də, yəni icazənin təsdiqlənməsindən yarım saat əvvəl yaşayış yerini tərk edib həmin tarixdə qüvvədə olan xüsusi karantin rejimi qaydalarına əsasən hərəkət məhdudiyyəti tələblərini pozmuşdur.Yəni, şikayətçi X4 barəsində inzibati xəta haqqında protokol tərtib edildiyi anda onun həmin vaxt qüvvədə olan xüsusi karantin rejimi qaydalarına uyğun olaraq səlahiyyətli qurum tərəfindən təsdiqlənmiş icazəsi mövcud olmamışdır. Bununla da o, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası İXMnin 211-ci (köhnə redaksiyada) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Məcəllənin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədikdə qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin sahə rəisi X5 tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəliinzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X1 şikayəti əsassız olduğundan və onun əməlində Azərbaycan Respublikası İXM-nin 211-ci (xx xxxx 2020-ci il tarixədək qüvvədə olan) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından təmin edilməməlidir. Həmçinin qəbul edilmiş qərarla inzibati xəta törətmiş X2 müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbiri təyin edilmiş, inzibati tənbeh tədbirinin yüngülləşdirilməsi və ya qərarın dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə tərəfindən hazırki iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXM-nin tələblərinin pozuntusu halı müəyyən edilmədi. Odur ki, barəsində şikayət verilmiş qərar qanuni olmaqla dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin sahə rəisi X5 tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1854/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1854/2020
19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver