Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1855/2020 10.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5 iclas katibliyi, Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, zərər çəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs vəkili Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1963-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonun Xanağa kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru İlqar Allahverdiyev tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Həsənov X6 Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(004)-7596/2018 nömrəli icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-7596/2018 nömrəli, xx xxxxxx 2018ci il tarixli qətnaməsi əsasında verilmiş xx xxxx 2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 12.000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 12.030 (on iki min otuz) manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi üzrə Yasamal rayon İcra və probasiya şöbəsində xx xxxx 2019cu il tarixli qərarla icraata başlanılmış, eyni tarixdə borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. Bildirişlə borclu Şəxs icra sənədinin qanunla müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən icra etməməsinə görə qanunvericiliklə müəyyən edilmiş məsuliyyət barədə xəbərdarlıq edilmiş və bildiriş ona xx xxxx 2020-ci il tarixdə şəxsən imza etdirilməklə təqdim edilmişdir. X2 əlavə olaraq bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin (004)-7596/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi apelyasiya və kassasiya qaydasında borclu tərəfindən mübahisələndirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(102)-1395/20 nömrəli qərarına əsasən dəyişdirilmədən saxlanılmışdır. Şəxs ilk dəfə xx xxxx 2020-ci il tarixdə Yasamal rayon İcra və Probasiya şöbəsində olmuş və həmin vaxt izahatı alınmışdır. İcra sənədi üzrə məcburi icra tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti qurumlara sorğular göndərilmiş və borclu tam şəkil icra sənədini icra edə bilmədiyini, yalnız hər ay 200-500 manat olmaqla ödəniş edə biləcəyini bildirmişdir. Buna baxmayaraq tələbkar icra sənədinin tam şəkildə ödənilməsini tələb edir. Göstərilənlərlə yanaşı borclu Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra o, məhkəmə baxışında qismən ödəniş edə biləcəyini bildirdikdən sonra möhlət verilmiş bundan sonra onun tərəfindən, xx xxxxxx 2020-ci il tarixdə icra sənədi üzrə 1500 manat ödəniş həyata keçirilmişdir. X2 tərəfindən tərtib edilmiş protokolu müdafiə etdiyini və Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(004)-7596/2019 nömrəli icra sənədinə əsasən ondan 12.030 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs verilməlidir. O, məhkəmə qətnaməsinə hörmətlə yanaşır. Lakin rayon məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə onun tərəfindən yuxarı instansiya məhkəmələrində mübahisələndirilmiş, kassasiya instansiyası məhkəməsinin qərarı xx xxxx 2020-ci il tarixdə qəbul edildikdən sonra qətnamə qanuni qüvvəyə minmişdir. Həmin tarixdən sonra ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi ilə bağlı maddi çətinlikləri yarandığından, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan, hazırda isə mövcud şəraitlə ilə əlaqədar olaraq sahibkarlıq fəaliyyəti dayandırıldığından və maddi vəziyyətinin ağır olması ilə əlaqədar borcunu hazıradək ödəyə bilməmişdir. O, öz öhdəliklərini dərk edir və protokol tərtib edildikdən sonra borcundan 1500 manat ödəniş həyata keçirmiş, qalan hissəsini isə yaxın 3 ay müddət ərzində ödəcəyini vəd edir. Həmin borcun 1500 manat hissəsi tərəfindən ödənilmiş, qalan hissəsini isə göstərilən müddətdə ödəməyi öhdəsinə götürür. O, məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırmır, ölkədə yaranmış vəziyyətlə bağlı, yəni obyektiv olaraq üzrlü səbəblərdən hazıradək borcunu ödəyə bilməmişdir. Şəxs göstərilən hallar nəzərə alınaraq barəsində tərtib edilmiş protokol əsasənda başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs vəkili Vəkil izahatında göstərdi ki, borclu Şəxs xx xxxx 2020-ci il tarixli icra sənədinin icrasından qəsdən boyun qaçırmış, tələbkara olan borcun hissə-hissə ödənilməsini xahiş etsə də, tələbkar buna qəti olaraq razı olmamış, hazırda borcun tam şəkildə ödənilməsini tələb edir və borclu barəsində tərtib edilmiş protokol əsasında onun təqsirli bilinərək tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-7596/2018 nömrəli xx xxxx 2019-cu il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 12000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 12030 manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra işi materiallarında olan xx xxxx 2019-cu il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə bildirişdən müəyyən edilir ki, borclu Şəxs xx xxxx 2020-ci il tarixdə təqdim edilməklə ona məsuliyyət barədə xəbərdarlıq elan edilmişdir. İş materiallarında olan Şəxs xx xxxx 2020 və xx xxxxxx 2020-ci il tarixli izahatlardan da görünür ki, Yasamal rayon icra və probasiya şöbəsi tərəfindən borcluya tələbin könüllü icrasına dair bildirişlər göndərilməklə Azərbaycan Respublikası İXM-nin 528.1 və Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tələbləri həmin tarixdə izah edilmişdir. İcra işi materiallarından görünür ki, X8 vasitəsilə borclunun əmlak və maddi vəziyyəti yoxlanılarkən onun adına bankda pulu, hesabı, tutmanın yönəldilə biləcək daşınar və ya daşınmaz əmlakı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 3 (102)-1395/20-ci il tarixli qərarından müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-7596/2018 nömrəli xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan “xxxxxxxxxxxx” ASC-nin Badamdar filialı vasitəsi ilə ödənilmiş xx xxxxxx 2020-ci il tarixli 32956 nömrəli qəbzdən görünür ki, Şəxs tərəfindən icra şöbəsinin hesabına 1500 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinəəsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Lakin məhkəmə tərəfindən borclu Şəxs əməlində icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin üzrsüz səbəbdən icra edilməməsi halı, yəni onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilməmişdir. Belə ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsi araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. İş materiallarından görünür ki, icra məmuru tərəfindən «icraata başlamaq haqqında qərar» və tələbin könüllü icrasına dair bildiriş xx xxxx 2019-cu il tarixli olsa da, həmin müddətdə müvafiq icra sənədinin verildiyi mülki iş apellyasiya və kassasiya instansiyası məhkəmələrində mübahisələndirilmiş, qətnamə yalnız Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(102)-1395/2020 nömrəli qərarı qəbul edildikdən sonra qanuni qüvvəsini almışdır. Qeyd olunan xx xxxx 2020-cu il tarixdən keçən qısa müddət ərzində isə icra sənədinin könüllü icrasına dair bildiriş xx xxxx 2020-ci il tarixdə borcluya təqdim edilmiş, həmin tarixdə ona qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət barədə rəsmi olaraq xəbərdarlıq edilmişdir. Məlum olduğu kimi, Nazirlər Kabinetinin müvafiq qərarları ilə ölkə ərazisində Koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət müəyyən dövrlərdə dayandırılmış, sərtləşdirilmiş karantin rejim qaydaları tətbiq edilmək sərbəst hərəkət məhdudiyyəti (xüsusi icazə əsasında) və bir sıra məhdudiyyətlər müəyyənləşdirilmişdir. İşin hallarından da göründüyü kimi, borclu xx xxxx 2020-ci il tarixdə məsuliyyət barədə xəbərdarlıq edilmiş və qeyd edilən tarix daxil olmaqla xx xxxx 2020-ci il tarixdən – xx xxxxxx 2020-ci il tarixədək Bakı şəhəri ərazisində sərtləşdirilmiş xüsusi karantin rejim qaydaları mövcud olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədinin icrasını tam olaraq icra etməyə obyektiv səbəblərə görə imkanı olmamış, barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra isə icra sənədi üzrə borcdan 1500 manat ödəniş həyata keçirmişdir. Göründüyü kimi, borclu Şəxs əməlində icra sənədi üzrə icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra edilməməsi halı mövcud deyildir. Odur ki, məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, şəxsin əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1855/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1855/2020
10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver